Nəqliyyat logistikası uğuru bütün KPI-lara və müştərinin tələbatlarına ciddi əməl etməkdən 100 faiz asılı olan biznesdir. Lakin söhbət kənar hərəkət heyətinin cəlb edilməsindən gedəndə həmişə sual yaranır: etibarlı tədarükçünü seçməyi və yükü təhlükəsiz və vaxtında çadırmağı necə etmək olar? Daşıyıcıların “qara siyahısı”nı açanda bu məsələ xüsusi ilə aktuallıq qazanır: yükləmənin pozulması, yükün oğurlanması və korlanması, sürücülərin qeyri-etik davranışı. Daşıyıcılara qarşı iddiaların siyahısını sonsuz uzatmaq mümkündür. Bununla belə, sual əvvəlki kimi qalır, dələduzun “tələsinə” düşməmək və keyfiyyətli daşımanı müştəriyə təminat vermək üçün nə edilməlidir?
Biz “AsstrA-Associated Traffic AG” beynəlxalq nəqliyyat-logistika şirkətinin ekspertləri ilə daşıyıcıarın seçim prosesi haqqında danışdıq.
“AsstrA”nın potensial tərəfdaşı necə olmaq mümkündür?
“AsstrA Menecment” məhdud məsuliyyətli xarici cəmiyyətin direktoru Vladimir Yefremov:
Yeni tədarükçüləri cəlb etməyin iki variantı var. Birinci variantda tədarükçünün özü saytda müvafiq formanı doldurmaqla və ya “AsstrA”nın istənilən ofisinin biri ilə əlaqə saxlamaqla bizə əməkdaşlıq təklif edir. “TransRussia” və ya “BreakBulk Europe” kimi sahə sərgilərində kifayət qədər çoxlu kontakt bir-birilə bağlanır. İkinci variant isə yeni istiqamətlərdə müəyyən marşrutlar üzrə hərəkət tərkibi çatışmayanda Bizim ekspeditorların özlərinin yeni variantları axtarmasıdır. Bu halda satınalmalar şöbəsi tədarükçülər haqqında məlumatı emal edir. Bunu tədarükçülərə qarşı tələblər əsasında edir və sərbəst şəkildə və ya operativ bölmələrlə birlikdə formalaşdırılmış siyahıları hazırlayaraq birbaşa tədarükçülərə çıxmaqla əməkdaşlıq təklif edir.
Birinci mərhələdə tədarükçülərə hansı minimum tələbləri irəli sürürsünüz?
Vladimir Yefremov:
Müvafiq qiymət və keyfiyyətə məhsullar və xidmətlər təklif edən hər bir nəqliyyat-logistika şirkəti Bizim şirkətimizin tədarükçüsünə çevrilə bilər. Biz qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşının xeyrinə seçim edirik. Ən azı müvafiq hərəkət tərkibinin və ya xidmətlərin mövcudluğu tələb olunur. Sonra isə uyğunluğun nəzərdən keçirilməsi, yoxlama və potensial tədarükçüdən “AsstrA”nın real tədarükçüsünə keçmə proseduru gəlir.
SRM şöbəsinin müdiri Mixail Mlınarski:
Təcrübədə hər şey konkret daşımadan və konkret istehlakçının tələblərindən asılıdır: ümumiyyətlə ekspedisiya ilə işləmək olarmı, yoxsa biz yalnız öz maşınlarımızı təşkil edə bilərik, hərəkət tərkibinin maksimum yaşı və vəziyyəti, daşıyıcıda icazələrin olması və s. məsələlər. Lakin Bizim ilkin standartlara aiddir: Avro-5 və Avro-6 ekoloji standartına uyğun nəqliyyat vasitələri, eləcə də daşıyıcının qüvvədə olan məsuliyyət sığortası müqavilələrinin olması. Və artıq yalnız bu iki tələb ilkin mərhələdə kifayət qədər xeyli sayda potensial daşıyıcını ayırd etməyə imkan verir.
Tədarükçü ilkin mərhələdə hansı yoxlamalardan keçir?
Mixail Mlınarski:
Daşıyıcının yoxlanılması Bizim SRM (Suppliers Relationship Management Division) şöbəsində başlayır. “AsstrA”nın əməkdaşları daşıyıcının qeydiyyat sənədlərini, lisenziyaları və daşıyıcının məsuliyyət sığortasını yoxlayırlar. Bu mərhələdə daşıyıcının bu nəqli yerinə yetirməsinin faktiki imkanına da nəzarət edilir. Biz onun müəyyən qrup malların daşınması və müəyyən marşrutlar üzrə sığortasında əlavə bəndlərinin olmasını yoxlayırıq. Ardından daşıyıcının etibarlılığının yoxlanılmasına keçirik: onun kontakt məlumatlarını yoxlayırıq, əlaqələndirici şəxsin təqdim etdiyi telefon nömrələrini və elektron poçt ünvanını qeydiyyat bazalarındakı, sənədlərdəki, nəqliyyat birjalarındakı və açıq informasiya mənbələrindəki məlumatlarla müqayisə edirik. Rəylər istəyirik və onların həqiqiliyini yoxlayırıq. Bununla da Bizimlə dələduzun deyil, həqiqi daşıyıcının əlaqə saxladığına əmin olmaq üçün bütün mümkün yoxlamaları həyata keçiririk.
Yeni daşıyıcılar üçün sifarişlərin sayı və ya marşrutlar üzrə məhdudiyyət varmı?
Vladimir Yefremov:
Biz əsas müştərilərimiz üçün daşıyıcılara, eləcə də yüksəklikvidli və baha qiymətli yüklərə yeni nəqliyyat-logistika şirkətlərini cəlb etmirik. Bizim üçün yeni şirkətlər sadə daşıma növləri üzrə işləyirik. Əməkdaşlığın başlanğıcında bu cür tədarükçülərin keyfiyyət və etibarlılıq səviyyəsini başa düşməliyik ki, gələcəkdə onlardan daha geniş istifadə edək. Bizim biznesin təhlükəsizliyini və dayanıqlığını yüksəltmək üçün yaxın zamanlarda cəlb olunmuş şirkətlərdən istifadə üzrə müəyyən məhduyyətlərimiz var. Məsələn, biz bir tədarükçünün payının müştəri üzrə 30 faizi və treydleyn üzrə isə 15 faizi keçməməsi üçün çalışırıq.
Hüquqi baxımdan müştəriyə hansı formada təhlükəsizliyə zəmanət verilir?
Vladimir Yefremov:
Yükləmənin pozulması, nəqliyyat vasitəsinin sınması və s kimi fəaliyyətlərə görə daşıyıcının məsuliyyəti daşıyıcılarla əməkdaşlıq müqavilələrindətəsbit edilir, eləcə də “AsstrA”nın tədarükçülərlə işinin əsas şərlərində yer alır. Nəql həyata keçirildikdən sonra daşımanın keyfiyyətinə mütləq nəzarət edirik və daşımalar üzrə yüksək səviyyəli uyğunsuzluğu olan tədarükçülərin gələcəkdə cəlb edilməsinin məqsədəuyğunluğunu qiymətləndiririk.
Sizin şirkət üçün tədarükçü nə vaxt etibarlı sayıla bilər? İki-üç ildən sonra?
Mixail Mlınarski:
Şirkətimizdə reytinq sistemi tətbiq edilib. Daşıyıcının reytinqi bir sıra parametrlər əsasında müəyyənləşdirilir. Bura sifarişlərin sayı, həmin tədarükçü ilə dövriyyəmiz, nəqliyyat parkının həcmi, uyğunsuzluq faizi (yubanmalar, gecikmələr) və s. Reytinq nə qədər yüksək olarsa, bir o qədər də tədarükçü Bizim üçün etibarlıdır.
“AsstrA”da tədarükçülərin qara siyahıları varmı?
Mixail Mlınarski:
Bəli, Bizim öz qara siyahımız var. Adətən şirkətlər həmin siyahıya iki səbəbdən daxil olurlar. Ya daşıyıcı müqavilə üzrə birbaşa öhdəliklərini yerinə yetirməyib (gecikmə, yükləmənin pozulması, maşın üzrə informasiyanın olmaması və s.), ya da o, dələduz olub: sənədlərin və əlaqə üçün məlumatın yoxlanılması zamanı uyğunsuzluq (məsələn, saxta sığorta və ya maşının saxta texniki pasportu) aşkar edilib. Biz, həmçinin birbaşa müştərilərdən və üzvü olduğumuz assosiasiyalardan etibarsız daşıyıcılardan məlumat alırıq. Biz aşkarlanmış fırıldaqçılar haqqında informasiyanı nəqliyyat birjalarına və assosiasiyalara göndəririk. Əgər gerçək nəqliyyat şirkətinin sənədləri saxtalaşdırılıbsa, o zaman həqiqi daşıyıcı ilə əlaqə saxlayırıq və ona bu vəziyyət barədə xəbərdarlıq edirik.
Nəqliyyat şirkətinin seçimində hansı ümumi məsləhətləri verə bilərsiniz?
Mixail Mlınarski:
Tədarükçüləri həmişə yoxlayın, daha dəqiq desək, onların nəqliyyat birjalarında və qeydiyyar bazalarında mövcud olub-olmamasını yoxlayın. Əlaqə üçün məlumat mənbədən mənbəyə fərqlənməməlidir. Reyestrlərdə lisenziyaları və sənədləri, sığortada maşın nömrələrinin mövcudluğunu yoxlayın. Şirkətin nə vaxt təsis edildiyinə və onun sahibin yaxın zamanlarda dəyişib-dəyişmədiyinə diqqət yetirin. Dələduzlar çox vaxt artıq həqiqi nəqliyyat-logistika şirkətlərindən istifadə edirlər və bunu sadəcə onları satın almaqla həyata keçirirlər. Daimi tərəfdaşlarımızın və ya daşıyıcıların peşəkar birliklərinin tövsiyələri çox önəmlidir
Sözlərə deyil, fakt və sənədlərə inanın.