“AsstrA” beynəlxalq alkoqol daşımalarını həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. İnkişaf etməkdə olan alkoqol sənayesinin müxtəlif ölkələrə alkoqol ixracı tələbini qarşılamaq iqtidarında olan özünəməxsus nizamlı və dəqiq logistik sistemə ehtiyacı var. “AsstrA” şəhərlərarası və beynəlxalq nəqliyyatda alkoqol məhsullarının tədarükündə öz sxemlərini hazırlayıb və onlardan istifadə edir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi və Mərkəzi Asiya ölkələrinə yükdaşımaları təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və aksiz malların dəyərini hesablayırlar. “AsstrA” alkoqol ixracı və idxalını daşıma coğrafiyasından asılı olmayaraq, razılaşdırılmış müddətə təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri, Polşa, Litva və Latviyadakı aksiz anbarları ilə məhsuldar tərəfdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
*AsstrA spirt və tütün məmulatlarının istifadəsini təşviq etmir.
ƏLAVƏ MƏLUMAT
-
DAŞIMA ŞƏRTLƏRİ
Alkoqol məhsulları kateqoriyasına müxtəlif növ mallar aiddir: vermut, şərab, pivə, tünd spirtli içkilər və bəzi digər mallar. İstənilən alkoqol məhsulu müxtəlif xarici amillərin əlverişsiz təsirinə məruz qalan həssas yükdür. Xarici təsirlərə qarşı həssaslıq və alkoqol məhsulunun xassəsi xüsusi qablaşdırma, markalama, müəyyən temperatur rejimini saxlamaq daxil olmaqla, alkoqolun daşınma qaydaları və şərtlərinə ciddi əməl etməyi şərtləndirir. Alkoqol məhsulunun logistikası şərtlərinə əməl etməmək, yaxud düzgün riayət etməmək yükün xarab olmasına, istehlakçı xassələrinin itməsinə gətirib çıxarır. Alkoqol məhsulunun korlanmasından və təbii itkisindən qaçınmaq üçün müəyyən temperatur rejimini qorumaq, nəqliyyat vasitəsində nəmliyin səviyyəsinə nəzarət etmək, etiketin keyfiyyətinə nəzarət etmək, yükə markalar və kontretiketlər yapışdırmaq üçün etibarlı aksiz anbarlarından istifadə etmək lazımdır. Alkoqol daşınmasının xüsusiyyətlərindən biri tezsınan şüşə taradır. Onun salamat qalması üçün xüsusi təhlükəsizlik tədbirləri görülməlidir. Bundan başqa, aksiz malların tədavülü haqqında qanunvericilik alkoqol ixracı və idxalına qarşı sərt tələbləri müəyyənləşdirir. O cümlədən, alkoqol məhsulunun olduğu qablaşdırmaya mütləq qaydada xüsusi nişan vurulur. “AsstrA”nın əməkdaşları Rusiyanın daxili və beynəlxalq hüquqi tənzimləmələrdəki tələblərin, daşımalar sahəsində texniki və sanitar normativlərin əməl olunmasına nəzarət edir, eləcə də alkoqol daşımaları üzrə öz təcrübəsinə və çoxillik praktikasına əsaslanır. Şirkətimiz bunun sayəsində konkret hər bir malın xassələrindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
NƏQLİYYAT NÖVLƏRİ
Alkoqol məhsulları xarici amillərə qarşı yüksək həssaslığı ilə seçildiklərinə görə onların daşınması üçün ixtisaslaşdırılmış nəqliyyatdan istifadə edilir. Alkoqol daşınması daimi nəmlik səviyyəsinin və temperatur rejiminin olduğu germetik (kip), təmiz nəqliyyat vasitələrindən istifadə etməklə həyata keçirilir. Yükün olduğu yerin tam qaranlıqlaşdırılması geniş yayılmış tələbdir. Tezsınan şüşə taranın salamatlığını təmin etmək üçün yükün nəqliyyat vasitəsində mütləq təsbiti nəzərdə tutulub. Belə ki, alkoqol içkilərin olduğu butulkalar daşınmadan əvvəl yeşiklərə qablaşdırılır, sonradan onlar nəqliyyat vasitələrinin daxilində taxta palletlərdə yerləşdirilir. Yükləmə-boşaltma işlərininin həyata keçirilməsi prosesində alkoqolun olduğu butulkaların sınmaması məqsədi ilə yüklənmiş palletləri asanlıqla qaldıran xüsusi qaldırıcı mexanizmlər tətbiq olunur.
“AsstrA” təkcə öz texniki imkanlarından istifadə etmir, həm də etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir, buna görə də bütün nəqliyyat vasitələrində və qoşqularda bütün texniki sənədlər mövcuddur. Bundan başqa, nəqliyyat vasitəsi əlavə təhlükəsizlik sistemləri ilə təchiz edilib: izləmə sistemi, siqnalizasiya, əlavə qıfıl, qaçırılma əleyhinə elektron qurğular, immobilayzer.“AsstrA”nın təcrübəli mütəxəssisləri yükün xassələrindən və müştərinin tələbatından asılı olaraq alkoqol məhsullarının daşınması üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla multimodal daşıma sxemlərini tərtib edirlər.
-
İMKANLARIMIZ
Alkoqol daşınması şirkətimiz üçün uzun illərdir avtomobol nəqliyyatı ilə yükdaşımaların prioritet istiqamətlərindən biridir. Nəqliyyat və logistik xidmətlərin göstərilməsi üçün alkoqol sənayesinin şirkət-təmsilçisi tərəfindən “AsstrA Drinks & Tobacco Logistics” xüsusi departamenti yaradılıb. Bu şöbənin əsas ixtisası alkoqol məhsullarının idxalı və ixracı təşkil edir. “AsstrA Drinks & Tobacco Logistics”in əməkdaşları alkoqol məhsulu bazarınının özəlliyini və onun daşınması xüsusiyyətlərini dəqiqliklə bilirlər. Buna görə də mütəxəssislərimiz daşıma və saxlama zamanı yükün maksimim təhlükəsizlik səviyyəsini təmin edirlər, bütün sanitar və texniki normalara əməl edirlər, aksiz mallar haqqında qanunvericiliyin tələblərini nəzərə alırlar. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha münasib marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir. “AsstrA” şirkətinin xidmətlərinin keyfiyyəti ISO-22000 menecment sistemi sertfikatı - məqsədi spirt tərkibli malların bütün növləri daxil olmaqla daşınan yeyinti məhsulların salamatlığını təmin etmək olan təhlükəsiz yeyinti məhsulları sahəsində beynəlxalq standart ilə təsdiq olunub.
“AsstrA”nın alkoqol daşınması üzrə kompleks xidmətlərinə daxildir:
- Layihə və daşıma qrafikinin hazırlanması
- Kiçik partiyalar daxil olmaqla, alkoqol məhsulların Avropa İttifaqındakı (Latviya, Litva, Polşa) aksiz və gömrük anbarlarına qədər avtomobil nəqliyyatı ilə daşınması
- Alkoqol məhsulların Avropa İttifaqındakı aksiz və gömrük anbarlarından son yük alıcılarınadək çatdırılması
- Alkoqol məhsulların Klaypeda, Novorossiysk, Odessa, Riqa, Sankt-Peterburq, Çernomorsk kimi iri limanlar üzərindən tranzitlə uzaq məsafələrə ( Avstraliya, Şimali və Cənubi Amerika, CAR-dakı göndərmə məntəqələrinə və digər uzaq coğrafi regionlara) konteynerlərlə daşınması
- Latviya və Litvadakı aksiz anbarların ərazilərində malların aksiz markalarla yapışdırılması
- Sonradan yapışdırmaq üçün stikerlərin çap edilməsi
- Alkoqolun istehsalçı zavoddan yükün alıcısınadək birbaşa tədarük edilməsi
- Avropa İttifaqının bütün ölkələri daxil olmaqla, Avropaya alkoqol ixracı, “AsstrA”nın zəmanəti altında Avropa İttifaqı əraizisi üzrə tranzit
- Yüklərin “bütün risklərdən” sığortalanması. “AsstrA” İsveçrənin “Basler Versicherung”, "Zurich Versicherungs-Gesellschaft AG (Zurich Insurance Company Ltd)" holdinqi və Almaniyanın “Aktiv Assekuranz” şirkəti daxil olmaqla, Avropa və MDB-nin ən iri sığorta firmalarında sığorta xidmətləri göstərir.
- Şirkətin məsuliyyəti, o cümlədən aksiz vergisinin ödənişini də qarşılayır
-
ÜSTÜNLÜKLƏRİMİZ
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları tütün ixracı və idxalı ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşımalar zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və nizamlı sisteminə, təyin edilmiş çatdırılma müddətinə əməl olunmasına və daşımanın bütün şərtlərinin yerinə yetirilməsinə zəmanət verilir.
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 20 ildən artıqdır alkoqol məhsullarının daşınmasını təşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələri və fəaliyyət sferalarını öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.
- GÖMRÜK DAŞIYICISININ STATUSU
“AsstrA” lisenziyalı gömrük daşıyıcısıdır, bu da Gömrük İttifaqı ərazisində gömrük müşayiəti olmadan tütün məhsullarının və alkoqol daşınmasını həyata keçirməyə imkan verir. Bundan başqa, gömrük daşıyıcısının lisenziyası müvafiq ərazidə gömrük ödəmələrindən azad edilməni nəzərdə tutur, bu da, öz növbəsində gömrük və nəqliyyat xərclərini optimallaşdırmağa imkan verir.
- MÜHAFİZƏ MÜŞAYİƏTİ
Şirkətimiz etibarlı tərəfdaşlarla – Aİ və MDB ölkələrində, eləcə də Gürcüstanda mühafizə bölmələri ilə işləyir. Bununla da, “AsstrA” alkoqol ixracı və idxalının təhlükəsizliyini təmin edir.
- TAM SƏNƏDLƏR PAKETİNİN RƏSMİLƏŞDİRİLMƏSİ
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən alkoqol daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə zəruri gömrük və və mal müşayiət sənədlər komplektini vaxtında və tam həcmdə hazırlamağa imkan verir.
- ZAMİN
Alkqol məhsulu Avropa İttifaqı ərazisi üzrə tranzitlə daşınarsa, “AsstrA” şirkəti gömrük zamini qismində çıxış edir, bu da xərcləri azaltmağa və çatdırılmanı tezləşdirməyə imkan verir.
- ETİBARLILIQ
“AsstrA” Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasına (TAPA) daxildir, TAPA-ya üzv olmaq alkoqol daşınması zamanı yükün korlanması və itkisi risklərini minimuma endirmək üçün əlavə imkanlar verir. Bundan başqa, “AsstrA” AEO-təsərrüfat fəaliyyətinin səlahiyyətli subyekti sertfikatını alıb. AEO sertifikatı təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, daşıma zamanı təhlükəsizlik standartlarına və qanunvericiliyin bütün tələblərinə əməl edir.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz akoqol daşınması üzrə təhlükəsiz və səmərəli xidmətlərin göstərilməsinə cəmlənmişik, bunlar da öz növbəsində beynəlxalq hüququn tələblərinə cavab verir. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
-
QAYDALAR/SƏNƏDLƏR
Beynəlxalq və Rusiyadaxili milli səviyyədə vahid normativ-hüquqi aktın olmaması alkoqol daşınmalarının hüquqi tənzimlənməsini çətinləşdirir. Belə ki, bu növ yükün daşınma qaydalarının ətraflı siyahısından ibarət vahid normativ-hüquqi akt yoxdur. Daşıyıcılar hər bir konkret halda avtomobil, dəmir yolu, hava və ya digər nəqliyyat növü ilə alkoqolun daşınma qaydalarına müraciət etməyə, beynəlxalq müqavilələrin, federal qanunların, dövlət orqanlarının aktlarının və ya texniki normativ-hüquqi aktların tətbiqinə aid normalarını müəyyənləşdirməyə məcbur qalırlar. Alkoqol məhsulun daşınmasının özəlliyi ondan ibarətdir ki, bu mal aksiz kateqoriyaya aiddir. Aksiz malların çatdırılmasının hüquqi tənzimlənməsi müxtəlif ölkələrdə dəyişir. Daşınan alkoqol məhsulun hər mövqeyi gömrük baxışının yüngülləşdirilməsi üçün ayrı-ayrı sənədlər komplekti ilə müşayiət olunur. Bütün əlaqədar sənədlərdə ( ixrac və ya tranzit bəyannamələri, mal müşayiət sənədləri) alkoqol məhsulun istehsalçı təşkilatn və ya idxalçının həqiqi möhürü qoyulur. Avropaya alkoqol ixracı Avropa İttifaqının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Alkoqolun daşınma qaydalarının çətinliyi və müfəssəlliyi bir çox normativ-hüquqi aktlarda yer alır.
“AsstrA” müvafiq qayda və normativlərə riayət olunmasını izləyir, habelə mal müşayiət sənədləri, qaimə-faktura, gömrük bəyannamələri, icazələr və s. daxil olmaqla əlaqədar sənədlərin rəsmiləşdirilməsi üzrə öhdəliyi tam üzərinə götürür.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.