“AsstrA-Associated Traffic AG” 2008-ci ildən kənd təsərrüfatı məhsullarının çatdırılması ilə məşğul olur. Bu müddət ərzində taxıl daşımalarının həcmi 15 dəfədən çox artıb. Çoxillik təcrübə və sahənin özünəxass xüsusiyyətini bilmə sayəsində “AsstrA”nın taxıl daşımaları üzrə şöbəsi formalaşdırılıb. Şöbə müştərilərə ən yaxşı qiymət təkliflərini və sərfəli əməkdaşlıq şərtlərini təklif edir. Xidmətlərimiz təkcə iri aqrar holdinqləri üçün deyil, həm də orta və kiçik sahibkarlar üçün aktualdır.
ƏLAVƏ MƏLUMAT
-
Taxıl daşımalarının təşkili zamanı həmin yükün xüsusiyyətlərini nəzərə almaq lazımdır. “AsstrA”nın mütəxəssisləri yükün mühafizəsinə böyük diqqət ayırırlar, buna görə də taxıl daşınması üçün yalnız ixtisaslaşmış parkdan istifadə olunur. Bu, xarici amillərin yükə təsirini tam aradan qaldırmağa imkan verir. “AsstrA”nın mütəxəssisləri müştərinin fərdi tələblərini nəzərə alaraq, Sizə lazımi yükqaldırma nəqliyyatı təklif edəcəklər, optimal çatdırılma sxemini seçməkdə kömək edəcəklər.
Təklif edirik:
- Avtomobil nəqliyyatı ilə taxıl bitkilərinin beynəlxalq daşımaları
- Kənd təsərrüfatı məhsullarının istənilən növünün qabsız (kisəsiz) daşınması üçün dəniz/çay gəmilərinin fraxtı
- İxtisaslaşmış taxıl daşıyan vaqonlarda taxılın dəmiryol daşımaları
- Taxıl və yağ qrupundan olan mallar, habelə FOB və CIF bazislərində onların emal məhsulları üzrə ticarət əməliyyatları
- Daşımanın bütün gedişatında gömrük xidmətlərinin göstərilməsi (zəruri mal (əmtəə) müşayiət sənədlərinin ixrac, idxal və tranzit rəsmiləşdirilməsi)
- Gündəlik monitorinqin təqdim edilməsi ilə yolun hər bir sahəsində daşımaya operativ nəzarət
- “AsstrA”nın mütəxəssisləri zəruri sertifikatların, mal müşayiət və gömrük sənədlərinin hazırlanması zamanı kompleks dəstək göstərirlər
-
- ANBAR XİDMƏTLƏRİ
“AsstrA” şirkətinin tərəfdaş anbarları Avrasiyanın bütün regionlarında yerləşirlər, bu da geniş coğrafi təmsilçiliyi təmin edir və effektiv distribüter şəbəkəsini qurmağa kömək edir.
- ETİBARLILIQ
“AsstrA” uzunmüddətli müqavilələr əsasında nəqliyyat xidmətlərinin sınanmış tədarükçüləri ilə əməkdaşlıq edir ki, bu da istənilən bazar şəraitlərində yüksək KPI-yə zəmanət verir.
- EKOLOJİ UYĞUNLUQ
Hər bir daşıma ətraf mühitin mühafizəsinin bütün norma və qaydalarına riayət etməklə həyata keçirirlir.
- MƏSULİYYƏT SIĞORTASI
“AsstrA” şirkəti öz müştərilərinin etibarına dəyər verir, buna görə də daşınan mala görə qəbul edilən məsuliyyətimiz İsveçrənin nüfuzlu sığorta agentliyində hər bir sığorta hadisəsi üzrə 3000 000 avro məbləğinədək sığortalanıb.
- ANBAR XİDMƏTLƏRİ
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.