“AsstrA-Associated Traffic AG” beynəlxalq şirkətlər qrupu tədarük zəncirinə nəzarət etmək və onu idarə etmək üçün kompleks IT həlləri fəal şəkildə tətbiq edir. AsstrA 2019-cu ilin mayında Fransanın “Shippeo” şirkəti ilə tərəfdaşlıq sazişi imzalayıb. Şirkət GPS/Telematic sistemlərin vahid bazaya inteqrə edilməsi üzrə həlləri hazırlayandır. AsstrA-nın korporativ Müştəriləri daşımaların şəffaflığının təmin edilməsi üzrə bazarın lideri ilə əməkdaşlıq sayəsində bütün istehsalat-satış zənciri proseslərinin şəffaflığının təmin edilməsinin yeni səviyyəsinə çıxmaq imkanı əldə edirlər.
ƏLAVƏ MƏLUMAT
-
GPS Track&Trace hansı provayderin xidmətlərindən istifadə etməsindən asılı olmayaraq, yedəkçilərdə qoşulan GPS ötürücülərdən siqnal almağa imkan verir.
- Dünyanın 20 ölkəsindən 140-dan çox GPS operatordan nəqliyyat vasitəsinin yeri haqqında məlumat Müştərinin seçdiyi onlayn platformada əks olunur.
- Nəqliyyat və daşımanın gedişi haqqında məlumatlar bir yerdə toplanır və 24/7 rejimində əlçatandır. Məlumatın yenilənməsi real vaxt rejimində baş verir. Peyk naviqasiya sistemi sayəsində GPS internet siqnalın mövcudluğundan və sabitliyindən asılı olmur.
- Yeni alətdən istifadə telefon, messencerlər və email vasitəsi ilə ənənəvi kommunikasiyanı əvəzləyir ki, bu da daşımanın statusu və nəqliyyat vasitəsinin yeri haqqında məlumat almaq üçün vaxtı optimallaşdırır.
-
- Korporativ Müştərilər GPS Track&Trace nəqliyyatın onlayn izlənməsi alətinin köməkliyi ilə bütün tədarük ərzində maksimum şəffaf xidmət görürlər.
- Nəqliyyat vasitəsinin yüklənməyə, aralıq məntəqələrinə və boşaltmaya gəliş vaxtının dəqiq proqnozu yükü göndərənlərə və yükü alanlara daşımanı izləməyə və onun müddətinin dəyişməsini qabaqlamağa, Müştəriləri yükləmə-boşaltma cədvəlində dəyişiklik ehtimalları barədə əvvəlcədən xəbərdar etməyə, dəyişən şəraitdə işi operativ yenidən qurmağa imkan verir. Müştərilər etibarlı informasiyaya əsaslanaraq istehsalatda, distribusiya məntəqələrində və anbarlarda əməliyatları vaxtında optimallaşdırırlar.
- Hadisələrin aktual proqnozlaşdırılması sayəsində (yüklənməyə, gömrükə, anbara, boşaltmaya və s.-ə gəliş) AsstrA-nın Müştəriləri istehsalat xəttinin fors-major dayandırılmasından qorunublar və mağaza rəflərində mallarla təmin olunublar.
AsstrA-Associated Traffic AG şirkətlər qrupu Müştərilərin və Tərəfdaşların fərdi məlumatlarının qorunmasının qayğısına qalır. İxtisaslaşmış proqramdan istifadə AsstrA-nın ekspertlərinə, qeydiyyatdan keçmiş daşıyıcılara və Müştərilərə yalnız daşımanın həyata keçirilməsi zamanı nəqliyyat vasitəsinin geolokasiyası haqqında məlumata giriş təqdim edir. Siz Privacy policy istinadı üzrə fərdi məlumatların qorunması üzrə siyasətlə daha ətraflı tanış ola bilərsiniz.