“AsstrA” dəmir yolu yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Bu seqment üçün bazardakı vəziyyətdən asılı olmayaraq, böyük tələbat və yüksək yük dövriyyəsi xarakterikdir. Sabitlik və bazarın təsir bağışlayan göstəriciləri dəmir yol nəqliyyatının universal imkanları ilə izah olunur. Yük qatarları öz yükgötürmə qabiliyyətləri sayəsində xeyli həcmdə yükləri daşımaq gücündədirlər, istənilən məsafələri tez qət edirlər və malı bütöv və salamat çatdırmağa imkan verirlər. “AsstrA” Avropa üzrə və onun hüdudları kənarına dəmir yolu yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “AsstrA” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
ƏLAVƏ MƏLUMAT
-
Daşıdığımız yüklərin növləri:
- Üstü örtülü vaqonlarda və koteynerlərdə daşınan əl və ya mexaniki yükləməni tələb edən ədəd hesabı qablaşdırmada mal
- Üstü açıq vaqonlarda, yaxud paltformalar və transportyorlarda daşınan kranla yükləməni tələb edən ağırçəkili və əndazəsiz (qabaritsiz) yük
- Açıq vaqonlarda, yaxud xüsusi təyinatlı dəmir yol nəqliyyat vasitəsi ilə daşınan tökmə və qabsız yük
Təklif etdiyimiz dəmiryol yükdaşıma növləri:
- Xüsusi təyinatlı vaqonlardan istifadə etməklə avtmobillərin və digər xüsusi yüklərin daşınması
- Soyutma qatarlarda termos-vaqonlar, izotermik vaqonlardan istifadə etməklə temperatur reijiminə əməl olunmasını tələb edən yüklərin daşınması
- Yüngül və həcmli yüklərin (120 m3-dən artıq) daşınması
- Sürət qatarlarından təşkil edilmiş qatarlarda daşımalar. Sürəti artırılmış “sərnişin sürəti” ilə böyük məsafəyə yüklərin çatdırılması
-
Müasir dəmir yolu nəqliyyatının texniki təchizatı demək olar istənilən yükü daşımağa imkan verir:
- Ədədhesabı. Ədədhesabı yüklər örtülü vaqonlarda və konteynerlərdə daşınır. Yükləmə-boşaltma işləri əl ilə və ya xüsusi mexaniki vasitələrdən istifadə etməklə aparılır.
- Əndazəsiz və ağırçəkili. Əndazəsiz və ağırçəkili yüklər açıq vaqonlarda, uyğunlaşdırılmış transportyorlarda və ya platformalarda daşınır. Yükləmə-boşaltma işləri xüsusi krandan istifadə etməklə aparılır.
- Aşırma (tökmə) və maye. Aşırma (tökmə) və maye yüklər uyğunlaşdırılmış hərəkət tərkiblərində daşınır. Yükləmə-boşaltma işləri yığma və bərkitmə olmadan aparılır.
Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması üçün markalama, qablaşdırma, təhlükəsizlik nişanlarının vurulması məsələlərini tənzimləyən xüsusi qaydalara əməl olunmasını tələb edir. Təhükəli maddələr konkret maddənin aid olduğu təhlükə sinfindən asılı olaraq, uyğunlaşdırılmış konteynerlərdə daşınır. “AsstrA” dəmir yolu yük daşımaları üzrə Rusiyanın milli və beynəlxalq tənzimləmədəki dəyişikliklərin monitorinqini həyata keçirir. Mütəxəssislərimiz bunun sayəsində hər bir konkret yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.
-
Dəmir yolu yük daşımalarını həyata keçirmək üçün bütün mümkün modifikasiyalı xüsusi qatarlar və dəmir yolu konteynerlərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün özəlliklərindən asılı olaraq, uyğunlaşdırılmış nəqliyyat seçməkdə kömək edirlər. “AsstrA”nın mütəxəssisləri hava, dəniz, dəmir yol nəqliyyatı və avtomobillərdən istifadə etməklə monomodal və multimodal daşıma sxemlərini hazırlayırlar.
-
- ÇOXİLLİK TƏCRÜBƏ 20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə almaqla, həllər təqdim etməyə imkan verir.
- ETİBARLILIQ Daşınan yükə tam nəzarət etməklə yükün “qapıdan qapıya” çatdırılması imkanı – tərəzidə çəkmə, markalama və qablaşdırmanın qorunması. Dəmir yolu konteynerlərində daşıma və yükün müvafiq bölüşdürülməsi, o cümlədən təhlükəli yükün işarələnməsi bütün daşıma ərzində maksimum mühafizəniф təmin edir.
- KOMPLEKS XİDMƏT Təcrübəli əməkdaşlarımız dəmir yolu nəqliyyatı ilə daşıma, tranzit anbara yığma, gömrük rəsmiləşdirilməsi, yüklərin sığortalanmasından ibarət zəruri və optimal kompleks logistik xidmətlərə zəmanət verir. Dünyanın 18 ölkəsində mövcudluğumuz və 8 gömrük agentliyimizin olması bizə daşıma prosesini mütəmadi təkmilləşdirməyə, innovativ logistik həllər təklif etməyə imkan verir.
- QARIŞIQ DAŞIMA SXEMLƏRİ Avtomobil, dəniz və hava nəqliyyatlarından istifadə etməklə Avropa, Baltikyanı, MDB, Balkan, Mərkəzi Asiya, Çin və Yaxın Şərq ölkələrindən dəmiryol daşımalarının təşkili.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ Biz beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, effektiv xidmətlərin göstərilməsinə cəmlənmişik. Daşınan yükə görə holdinqin məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 EUR limiti ilə sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
-
Demir yol nəqliyatı ilə yüklərin daşıması:
- Balkan daxil olmaqla Avropa ölkələri və uzaq Rusiya daxil olmaqla MDB ölkələri arasında
- Balkan daxil olmaqla Avropa ölkələri və Qafqaz arasında
- Balkan daxil olmaqla Avropa ölkələri və Mərkəzi Asiya arasında
- Avropa, MDB ölkələri və Çin arasında
- Avropa, MDB ölkələri və Monqolustan arasında
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.