AsstrA” dəniz yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Dəniz yük daşımaları seqmenti sabit yüksək tələbatla seçilir. Bu seqmentdə tələbatlılıq və yüksək yük dövriyyəsi dəniz və çay nəqliyyatının təsir bağışlayan imkanları və nisbətən sadə daşıma prosesi ilə izah edilir. Məsələn, dəniz yük daşımalarının populyarlığı su nəqliyyatının yüksək yükgötürmə qabiliyyəti, aşağı maya dəyəri və buraxılış qabiliyyətinin minimum məhdudiyyətləri ilə şərtlənir. Uzaq məsafələrə yükün çatdırılması zamanı dəniz gəmilərindən istifadə daşıma xərclərini optimallaşdırmağa və pul vəsaitlərinə qənaət etməyə imkan verir. Konteyner daşımaları əlavə təhlükəsizlik zəmanətləri verir və kiçik ədədhesabı mallara xidmət göstərilməsini sadələşdirir. “AsstrA” dəniz nəqliyyatı ilə konteynerlərdə yük daşımaları təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan malın səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “AsstrA” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
ƏLAVƏ MƏLUMAT
-
AsstrA müxtəlif növ konteynerlərdən istifadə etməklə çeşidli yüklərin çatdırılmasını təmin edir:
- Müxtəlif həcmli standart konteynerlər
- Əndazəsiz (qabaritsiz) yüklərin daşınması üçün xüsusi konteynerlər
- Maye yüklərin nəqli üçün tank-konteynerlər
- Tökmə (aşırma) və qabsız yüklərin nəqli üçün konteynerlər
- Temperatur rejiminə riayət edilməsini tələb edən yüklərin nəqli üçün soyuducu konteynerlər
- Avtomobillərin daşınması üçün konteynerlər
- Kiçik partiyalı yüklər üçün nəzərdə tutulmuş konteynerlər
Geniş xidmət spektrini təklif edirik:
- Yüklərin “limandan qapıyadək”, “stansiyadan qapıyadək” və “qapıdan qapıyadək” çatdırılması
- Daşımanın hər mərhələsində bütün iştirakçıların işinin koordinasiyası
- Konteynerin hərəkətinə nəzarət
- Mal (əmtəə) müşayiət sənədlərin rəsmiləşdirilməsi
- Malın işlənməsi və yüklənməsi ilə bağlı bütün xidmət spektri
- Fraxtlaşdırma və agentlik servisi
-
Statistik məlumatlara əsasən, dünyada daşınan bütün yüklərin böyük əksəriyyətini daşımaq üçün su nəqliyyatından istifadə edilir. Müasir dəniz yük gəmilərinin texniki təchizatı göyərtəyə xam nefti və neft məhsulları, kimyəvi maddələr və materiallar, faydalı qazıntılar, maye qaz, sənayenin müxtəlif sahələri üçün xammal, avtomobillər və texnika, diri heyvanlar, yeyinti sənayesi məhsulları və digər mallar daxil olmaqla, demək olar istənilən yükü almağa imkan verir. Bəzi kateqoriyalı malların çatdırılması təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilir. Bu qaydalara əməl edilməməsi nəqliyyat vasitəsinin, digər yüklərin zərər görməsinə gətirib çıxarır, heyət üzvünün həyat və sağlamlığını təhlükə altına qoyur. Məsələn, təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması ətraf mühitin çirklənməsinin yüksək riski ilə bağlıdır və buna görə də texniki təhlükəsizlik təlimatlarına ciddi əməl etməyi tələb edir. “AsstrA” dəniz yük daşımaları üzrə Rusiyanın milli və beynəlxalq tənzimləmədəki dəyişikliklərin monitorinqini həyata keçirir. Mütəxəssislərimiz bunun sayəsində hər bir yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.
-
Beynəlxalq dəniz yük daşımalarının həyata keçirilməsi üçün uyğunlaşdırılmış yük dəniz və çay gəmilərindən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olaraq, uyğunlaşdırılmıs su nəqliyyatını seçməkdə kömək edirlər: avtomobil daşınması üçün nəqliyyat, balkerlər, mal-qara daşınması üçün nəqliyyat, yükün lixterdə daşınması üçün gəmilər, gəmi-refrijeratorlar. Nəql edilən yüklərin xüsusiyyətləri xüsusi konteynerlərin seçimini şərtləndirir: müxtəlif kubaturalı ISO-konteynerlər; müxtəlif kateqoriyalı yüklərin daşınması üçün uyğunlaşdırılmış konteynerlər (ağırçəkili, əndazəsiz, tökmə, maye); maye halında yüklərn daşınması üçün çənlər (tank-konteynerlər); tezkorlanan malların daşınması üçün refrijerator konteynerlər; avtomobil və texnikanın daşınması üçün təchiz edilmiş konteynerlər, müxtəlif malların və təhlükəli yüklərin dənizlə daşınması. “AsstrA”nın mütəxəssisləri hava, dəniz, dəmir yol nəqliyyatı və avtomobillərdən istifadə etməklə monomodal və multimodal daşıma sxemlərini hazırlayırlar.
-
- ÇOXİLLİK TƏCRÜBƏ 20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə alaraq, həllər təqdim etməyə imkan verir.
- GENİŞ COĞRAFİYA “AsstrA” 18 ölkədə mövcuddur, bunun sayəsində dəniz nəqliyyatı daşımaları üzrə sorğunu Sizin üçün daha uyğun ofisdə rəsmiləşdirə bilərsiniz. Ofislərin tranzit ölkələrdə olması gözlənilməyən vəziyyətlərdə ani reaksiya vermək imkanı yaradır.
- QEYRİ-STANDART YÜKLƏRİN DAŞINMASI İstənilən, o cümlədən qeyri-standart qabaritli xarakteristikaları olan yüklərin nəqli imkanı. Dəniz nəqliyyat vasitələrinin differensiallaşdırılması (fərqləndirilməsi) sayəsində onları konkret tələblərə uyğunlaşdırmaq imkanı mövcuddur.
- ÇATDIRILMA MÜDDƏTİ Dənizlə daşıma zamanı gömrük prosedurlarının sadələşdirilməsi limanlarda, nəzarət-buraxılış məntəqələrində və dəmir yolu stansiyalarında həddən artıq yüklənmədən qaçınmağa imkan yaradır ki, bu da çatdırılma müddətini azaltmağa fürsət verir.
- QƏNAƏTCİLLİK Dəniz nəqliyyatı bir dəfəyə xeyli sayda yükü daşımağa imkan verir, bu da nəqliyyat xərclərini azaltmaq imkanı yaradır.
- . YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ Biz diqqəti beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, effektiv xidmətlərin göstərilməsinə cəmləmişik. Daşınan yükə görə holdinqin məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 EUR limiti ilə sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
-
Beynəlxalq dəniz yük daşımaları:
- Avropa ölkələri arasında
- Avropa və uzaq Rusiya daxil olmaqla MDB ölkələri arasında. Rusiya (Naxodka, Vladivostok, Tuapse, Novorossiysk, Temrük, Rostov, Sankt-Peterburq), Baltikyanı (Riqa, Klaypeda, Ventspils, Tallin) və Ukrayna limanları (Odessa, Çernomorsk) vasitəsilə yüklərin çatdırılması
- Avropa, MDB ölkələri və Qafqaz arasında
- Avropa, MDB ölkləri və Türkiyə arasında
- Avropa, MDB ölkələri və Çin arasında
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.