AsstrA beynəlxalq şirkəti zamanla ayaqlaşır və korporativ Müştərilərin işini optimallaşdırmağa hesablanmış innovativ texnologiyaları fəal şəkildə tətbiq edir. Belə həllərdən biri də EDI elektron məlumat mübadiləsidir (Electronic Data Interchange).
EDI işgüzar tərəfdaşlar arasında məlumatların səmərəli mübadilə alətidir, əsas məqsədi logistik və inzibati proseslərə çəkilən xərcləri azaltmaq və insanların onlarda səhvlərini minimuma endirməkdir. EDI sənədləri (hesab-faktura, göndərmə haqqında bildiriş, alış üzrə sifarişlər və s.) standartlaşdırır ki, bu da biznesin aparılmasını asanlaşdırır. Məhz buna görə sistem bütün dünyada biznesmenlər tərəfindən fəal istifadə olunur.
ƏLAVƏ MƏLUMAT
-
- Kontragentlərə faylların ötürülməsi vasitələrini (faks, telefon, e-mail) axtarmağa ehtiyac qalmayacaq, bu da vaxt və resurslara qənaət edəcək.
- Hər bir sənədin emal vaxtı 80% azalır.
- EDI məlumatların əl yolu ilə daxil edilməsini praktiki olaraq tam istisna edir ki, bu da səhvlərin sayını sıfıra endirir.
- “Sifariş-tədarük” zəncirinin hər mərhələsi sistemin nəzarəti altında olur. Məsələn, mütəxəssis sənədin statusunu (oxunub, göndərilib və s.) izləyə, eləcə də sifarişin necə yerinə yetirildiyinə nəzarət edə bilər.
- EDI sənədlərin tədarükçüyə vaxtında çatdırılmasının zəmanətidir. Elektron sistemdən istifadə edərkən vacib fayllar itirilmir ki, bu da çox vaxt klassik sənəd dövriyyəsini apararkən baş verir.
- Şirkət xərclərinin və resurslarının azalması. EDI-nin xüsusi orqtexnikaya (faks) və xərcli materiallara (kağız, dəftərxana) ehtiyacı yoxdur, həmçinin personalın sənədlər üzərində iş vaxtını azaldır.
-
EDI universal sistemdir: o, logistik operatora istehsalçılar, distributerlər, pərakəndə ticarətin nümayəndələri və Müştərilərlə məlumat mübadiləsi aparmağa imkan verir.
Sistem bir neçə növdə elektron məlumat göndərməyə imkan yaradır. Məsələn:
- IFCSUM – qiymətləndirmə üzrə sifariş;
- IFTMIN – çatdırılmaya dair təlimat;
- IFTSTA – təsdiq və statuslar;
- INVOICE
EDI qəbul faktı və sifarşin icrası üzrə, eləcə də əsas hadisələr – yükləmə, gömrükdən keçid və s. – üzrə informasiyanı əks etdirir.
Bununla belə, kontragentlər bütün növ məlumatları daxil etməyə məcbur deyillər: onların hansı məlumatları mübadilə edəcəklərinə dair razılaşmaları kifayət edir. Bu cür “seçmə qabiliyyəti” məlumatların emalını sürətləndirməyə və onların itkisini minimuma endirməyə imkan verir.
-
- AsstrA sifarişi qəbul edir.
- Sifariş EDI üzrə təsdiq olunur.
- Sifariş Tədarükçünün şəxsi Kabinetinə göndərilir.
- Tədarükçü “Track and Trace” mobil tətbiqini aktivləşdirir.
- Mal yüklənmə üçün çatır.
- Tədarükçü mobil tətbiqin xəritəsinin köməkliyi ilə malın olduğu nəqliyyatın hərəkətini izləyir.
- Mal boşaldıldıqdan sonra tədarükçü daşımanın statusunu qeyd edir.
- Müştərinin sistemində uğurla çatdırılma haqqında məlumat əks olunur.