“AsstrA” şirkəti məişət kimyası, şəxsi gigiyena vasitələri və uzun müddət istifadə edilməyən digər məmulatlar daxil olmaqla xalq istehlakı mallarının (FMCG) beynəlxalq daşınmasının təşkil edilməsi və həyata keçirilməsi üzrə kompleks nəqliyyat-logistik xidmətlər təqdim edir. FMCG bazarı böhranın mənfi təsirini elə bu yaxın müddət ərzində özündə hiss edib. Lakin 2017-ci ildə bu seqmentdə ticarətin dövriyyəsi yenidən artmağa başlayıb. Bu, xalq istehlakı mallarına olan praktiki gündəlik tələbat, eləcə də onların qiymətinin əlçatan olması və çeşidlərin genişliyi ilə bağlıdır. FMCG bazarı üçün sabit yüksək artım, yüksək rəqabət və yeni markaların və mal növlərinin bazara çıxması ilə əlaqədar daimi genişlənmə səciyyəvidir. Bu cür geniş sahə artan tədarük həcmlərinin öhdəsindən gəlmək iqtidarında olan dəqiq nizamlanmış logistik sistemin yaradılmasını tələb edir.
“AsstrA” şirkəti beynəlxalq nəqliyyatda kütləvi istehlak mallarının ardıcıl tədarükünün təşkil olunmasına kömək edir. Şirkətimizin təcrübəli əməkdaşları Avropa, MDB, Baltikyanı, Cənub-Şərqi və Mərkəzi Asiya ölkələrində bütün nəqliyyat növlərindən və kombinə edilmiş çatdırılma sxemlərindən istifadə etməklə yük daşımalarını təmin edir. “AsstrA”nın mütəxəssisləri müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib daşıma marşrutunu tərtib edirlər və FMCG mallarının daşınma dəyərini hesablayırlar.
Şirkətimiz daşımanın çətinliyindən və coğrafiyasından asılı olmayaraq, istənilən yükün çatdırılmasını razılaşdırılmış müddətə təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və göstərilən xidmətlərin dəyişməz yüksək keyfiyyətini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
Xalq istehlakı mallarının yerli və beynəlxalq daşıma şərtləri yükün konkret növündən asılı olaraq fərqlənir. “AsstrA” aşağıdakı xalq istehlakı mallarının daşınmasını təşkil edir:
- Məişət kimyası (parçalara qulluq üçün məhsulların geniş çeşidi, dezinfeksiyaedici dərman çeşidləri və s. daxil olmaqla)
- Şəxsi gigiyena əşyaları (qadın komfortu və üzlərin komfortuna qayğı üçün məhdud imkanlı vasitələr daxil olmaqla)
- “Baby Care” məhsullarının geniş çeşidi
Adətən gündəlik tələbat malları “tələbkar olmayan yüklər” kateqoriyasına aid edilir. Bu cür yüklər müəyyən temperatur rejiminin və ya rütubətin səviyyəsinin saxlanmasını tələb etmir. Bununla yanaşı, nəmlə uzun müddət təmas zamanı və ya həddən ziyadə yüksək və ya aşağı temperaturun təzyiqi ilə məişət kimyası, şəxsi gigiyena əşyaları və digər FMCG malları öz istehlak xassələrini itirə və istifadə üçün yararsız ola bilərlər. Sıx zavod qablaşdırması və bərk tara (qutular, yeşiklər) yükü xarici amillərin mənfi təsirindən etibarlı qoruyur.
Xalq istehlakı mallarının çatdırılmasında çətinlik çox vaxt onların geniş çeşidli olması ilə əlaqədardır. Bir nəqliyyat vasitəsində eyni vaxtda öz xassələrinə görə müxtəlif tərkibli FMCG malları daşıyırlar. Bu, ilk növbədə təmizləyici və yuyucu vasitələrdən tutmuş uşaq mallarınadək olan müxtəlif məhsulların çatdırılması üçün öz xüsusiyyətlərinə görə uyğunlaşdırılmış nəqliyyatdan istifadənin zəruriliyi anlamına gəlir.
Bundan başqa, kütləvi istehlak mallarının müxtəlifliyi yüklərin gömrük rəsmiləşdirilməsi prosesini çətinləşdirir: FMCG mallarının rəsmiləşdirilməsi üçün təkcə invoysların və maliyyə sənədlərinin deyil, həm də sertifikatların olması lazımdır. Sertifikatlaşdırma və markalanma, öz növbəsində xalq istehlakı məhsullarının bəzi növlərinin nəql edilməsi üçün mütləq tələbdir.
“AsstrA”nın əməkdaşları daşımalar sahəsində milli və beynəlxalq hüquqi tənzimləmələrdə, texniki və sanitar normalarda dəyişikliklərin monitorinqini, həyata keçirir, habelə xalq istehlakı mallarının daşınması üzrə öz təcrübəsinə və çoxillik praktikasına əsaslanır. Şirkətimiz bunun sayəsində hər bir konkret malın xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və tez çatdırılmanı təmin edir.
-
Xalq istehlakı mallarının avtomobil nəqliyyatı ilə daşınması daha rahat və sərfəli nəql yoludur. Avtomobil nəqliyyatının hərəkəti limanların, dəmiryolu stansiyaların və aeroportların cədvəlindən asılı deyil, buna görə də nəql minimum vaxt aparır və praktiki olaraq günün 24 saatında həyata keçilir. Avtomobil daşımalarının üstünlükləri arasında, o cümlədən konsolidasiya ilə birlikdə yığma yüklərin çatdırılması və “AsstrA” şirkətinin İtaliya, Almaniya, Litva, Polşa və Avropanın digər ölkələrdəki tərəfdaş anbarlarında mallara xidmət göstərilməsi imkanı da var. Şirkətimiz məişət kimyası, şəxsi gigiyena vasitələrinin və digər məmulatların avtomobillə daşınmasını həyata keçirmək üçün uyğunlaşdırılmış yük avtomobilləri və qoşqular təklif edir.
Kütləvi istehlak məhsullarının dəniz yolu ilə daşınması uzaq məsafələrə operativ və səmərəli çatdırılma üsuludur. Dəniz yolu ilə çatdırılma üçün nəzərdə tutulmuş konteynerlər nəql edilən yüklərin salamatlığını təmin edir. Dəniz yolu ilə konteyner daşımalarının üstünlüklərinə konteynerlərin tam və yarımçıq yüklənməsi, limanda yükə kompleks xidmət göstərilməsi, Avropa və MDB-də gömrük prosedurlarından sadələşdirilmiş qaydada keçilməsi daxildir.
Uzaq məsafələrə daşıma zamanı FMCG mallarının dəmir yolu ilə daşınmasına da tələbat var. Dəmiryol daşımalarının üstünlüklərinə yüksək sürət, uyğunlaşdırılmış vaqonlardan, platformalardan və konteynerlərdən istifadə, operativ boşaldıb yüklənmə aiddir. “AsstrA” şirkəti sürət qatarlarından istifadə etməklə Avropa və MDB ölkələrindən Çinə və Çindən xalq istehlakı mallarının dəmir yolu ilə daşınmasını təşkil edir. Qatarlar cədvələ ciddi şəkildə uyğun hərəkət etdiklərinə görə müştərilərimiz çatdırılmanı qabaqcadan sifariş verirlər, onların yükləri isə düz razılaşdırılmış müddətə gəlir. Dəmir yolu ilə daşınma daşımaların coğrafiyasından asılı olaraq 12 gündən 22 günədək davam edir.
FMCG mallarının hava yolu ilə daşınması daha baha qiymətə başa gəlir, lakin beynəlxalq nəqliyyatda malların tez çatdırılma yoludur. Yük təyyarələri yüksək yükgötürmə qabiliyyəti ilə seçilirlər, bu da malların uzaq məsafələrə nəqli zamanı xərcləri azaltmağa imkan verir. Aviadaşımaların üstünlüklərinə bütün beynəlxalq aeroportlardan çatdırılma, aeroportlarda yükə tam xidmət göstərilməsi, malı yükü alanın anbarınadək çatdırma imkanları daxildir.
“AsstrA”nın mütəxəssisləri müvafiq yükün xüsusiyyətlərini nəzərə almaqla gündəlik tələbat məhsullarının daşınması üçün uyğunlaşdırılmış nəqliyyat seçirlər, nəqliyyat xidmətlərinin sınanmış tədarükçülərini cəlb edirlər. Əməkdaşlarımız ehtiyac yaranarsa, aviasiya, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə multimodal sxemlər tərtib edirlər.
-
- Baltikyanı ölkələr və Skandinaviya daxil olmaqla Avropanın daxilində xalq istehlakı mallarının (FMCG) daşınması
- Rusiya və MDB üzrə xalq istehlakı mallarının (FMCG) daşınması
- Avropa İttifaqı və MDB ölkələri arasında xalq istehlakı mallarının (FMCG) daşınması
- Avropa ölkələri və Qafqaz arasında xalq istehlakı mallarının (FMCG) daşınması
- Avropa və Mərkəzi Asiya ölkələri arasında xalq istehlakı mallarının (FMCG) daşınması
- Avropa İttifaqı, MDB ölkələri və Çin arasında xalq istehlakı mallarının (FMCG) daşınması
-
“AsstrA”nın əməkdaşları FMCG məhsullarının daşınmasının təşkili sahəsində yüksək ixtisasa və çoxillik təcrübəyə sahibdirlər. Bazarın özəlliyini tanıma və istehlak davranışını anlama bizə hər bir müştəri üçün fərdi həll tapmağa, konkret yükün xüsusiyyətini və sifarişçilərin azrzularını nəzərə almağa kömək edir. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq münasib marşrutlar hazırlamağa və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və hər bir yükü müəyyən edilmiş müddətə operativ nəql etməyə imkan verir.
“AsstrA” şirkətinin kütləvi istehlak məhsullarının daşınması üzrə kompleks xidmətlərinə daxildir:
- Daşıma layihəsinin və qrafikinin tərtib edilməsi
- Münasib marşrutun tərtib edilməsi
- Risklərin təhlili
- Yükün xassələrini nəzərə almaqla uyğunlaşdırılmış nəqliyyatın seçimi
- Zəruru təhlükəsizlik tədbirlərinə əməl etməklə yükləmə-boşaltma işlərinin təşkili
- Şirkətimizin Avropa və MDB-dəki tərəfdaş anbarlarında yükə kompleks xidmət göstərilməsi
- Kompleks gömrük müşayiəti və gömrük prosedurlarından keçməyə kömək edilməsi
- Yığma daşımaların təşkili
- Naviqasiya sistemlərindən istifadə etməklə daşımanın gedişində yükün salamatlığına və yerinə günün 24 saatı və həftənin 7 günü nəzarət edilməsi
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 20 ildən artıqdır xalq istehlakı mallarının daşınmasını təşkil edir. Şirkətimiz bu müddət ərzində bu sahənin özəlliyini öyrənib və istənilən logistik tapşırıqların sınanmış və səmərəli həllini hazırlayıb. Buna görə də “AsstrA” şirkətinin müştəri portfelində FMCG mallarının istehsalçıları və tədarükçülərinin xüsusi çəkisi durmadan artır.
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları məişət kimyası, gigiyena əşyaları və kütləvi istehlakın digər malların daşınması ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşınma zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və nizamlı sisteminə, daşımanın təyin edilmiş müddətdə əməl olunmasına və bütün texniki, sanitar normaların yerinə yetirilməsinə zəmanət verilir.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın mütəxəssisləri bir logistik operator tərəfindən xalq istehlakı məhsullarının daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir: gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini hazırlamağa imkan verir.
- ETİBARLILIQ
“AsstrA” FMCG mallarının daşınmasını təşkil edir, habelə nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini daşımaların həyata keçirilməsinə cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərinin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz gündəlik tələbat malların daşınması üzrə təhlükəsiz, innovativ, səmərəli xidmətlərin göstərilməsinə cəmlənmişik, bunlar da beynəlxalq hüququn tələblərinə cavab verir. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- ÇOXİLLİK TƏCRÜBƏ
-
FMCG malların daşınma qaydaları bir neçə kriteriya əsasında müəyyən edilir: yükün növü, çatdırılmanın həyata keçirildiyi nəqliyyatın növü, daşıma coğrafiyası. Bir çox dövlətlərin qanunvericiliyi xalq istehlakı malların bəzi növlərinin sertifikatlaşdırılması və markalanmasına qarşı xüsusi qaydalar təyin edir, eləcə də bu qaydalara əməl etməməyə görə hüquqi məsuliyyəti təsbit edir. Xalq istehlakı məhsullarının daşınma prosesini tənzimləyən normalar bir sıra texniki-normativ-hüququ aktlarda öz əksini tapıb.
Həmçinin, müvafiq malların sertifikatlaşdırılması və markalanmasının zəruriliyini müəyyənləşdirən sanitar-epidemioloji qaydaları və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyi qeyd etmək lazımdır. Təkcə gündəlik tələbat məhsullarının daşınma qaydaları deyil, həm də bu cür daşımanı həyata keçirmək üçün lazım olan sənədlər müxtəlifdir. “AsstrA” müvafiq qayda və normaların əməl olunmasına nəzarət edir, mal müşayiət sənədləri, fakturalar, gömrük bəyannamələri, icazələr və s. daxil olmaqla əlaqədar sənədlərin rəsmiləşdirililməsi məsələləri üzrə konsultasiya verir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.