“AsstrA” şirkətinin fəaliyyətinin əsas istiqamətlərindən biri gömrük müşayiəti və əlaqədar bütün məsələlər üzrə müştərilərə konsultasiya verilməsidir. Biz gömrük rəsmiləşdirilməsi, eləcə də zəruri icazə və sertifikatların alınması üçün lazımi sənədlərin hazırlanmasında kömək göstəririk. Biz kompleks müşayiət çərçivəsində Avropa İttifaqı (Aİ) və MDB ölkələrində gömrük rəsmiləşdirilməsi xidmətlərini göstəririk. “AsstrA” AEO sertifikatını (“Authorized Economic Operator” və ya “İqtisadi fəaliyyətin səlahiyyətli subyekti”) alıb, bu da təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, təhlükəsizliyin müəyyən standartlarına və qanunvericiliyin müvafiq normalarına əməl etməklə işləyir. Əldə edilən sertifikat müştərilərimizə zəmanət verir:
- Gömrük bəyannamələrində prioritet xidmət
- İdxal/ixrac bəyannaməsinin asan rəsmiləşdirilməsi
- Sənədlərin və daşınan yükün minimum yoxlanılması
ƏLAVƏ MƏLUMAT
-
“AsstrA”nın Maqdeburqdakı ofisi Sizin gözləntilərinizi qarşılamağa can ataraq gömrük xidmətlərinin tam spektrini göstərir:
- Beynəlxalq Yol Daşımaları (BYD) kitabçalarının, CMR əmtəə-nəqliyyat qaimələrinin, EX1 ixrac bəyannamələrinin rəsmiləşdirilməsi
- T1 və T2 tranzit bəyannamələrinin rəsmiləşdirilməsi
- NCTS sistemində BYD kitabçalarının elektron surətlərinin rəsmiləşdirilməsi
- Nəqliyyat şirkətlərinə avansların verilməsi
- Kod, çəki və qiymət üzrə malların göndərilməsinin sistemləşdirilməsi
- Alman yük alıcılarının ünvanına hərəkət edən yüklərin azad tədavülə buraxılması
- Aİ-nin gömrük qanunvericiliyi məsələləri üzrə konsultasiya
-
AsstrA nın gömrük agentlikləri Koroşin, Belostok və Kuznitsada sərhəd keçidlərində sutkada 24 saat, o cümlədən istirahət və bayram günləri işləyir və gömrük xidmətlərinin tam kompleksini göstərir:
- Aİ-nin və Avropa Azad Ticarət Assosiasiyasının üzv ölkələrinə hərəkət edən yüklər üçün T1 ümumi tranziti prosedurunun rəsmiləşdirilməsi
- BYD kitabçalarının və CMR qaimələrinin rəmiləşdirilməsi
- NCTS sistemində BYD kitabçalarının elektron surətlərinin rəsmiləşdirilməsi
- Sənədlərin tərcüməsi
- Nəqliyyat şirkətlərinə avansların verilməsi
- Kod, çəki və qiymət üzrə malların göndərilməsinin sistemləşdirilməsi
- Polşalı yük alıcılarının ünvanına hərəkət edən yüklərin azad tədavülə buraxılması
- Valyuta mübadiləsi və yol kartlarının satışı (yalnız Kuznitsada)
- Gömrük xidmətlərinin göstərilməsi məsələləri üzrə konsultasiya
- Malların Aİ ərazisinə idxalı barədə elektron qabaqcadan bildirişin rəsmiləşdirilməsi
-
“AsstrA”nın gömrük agentliyi Vilnüs və Klaypedada aşağıdakı xidmətləri göstərir:
- Kamennıy Loq (Myadininkay), Kotlovka (Lavorişkes), Rayqordas (Privalka) və Klaypedadakı məntəqələrdə T1-in açılması
- Aİ-nin gömrük qanunvericiliyi məsələləri üzrə konsultasiya
- Litva-Belarus sərhədi vasitəsilə Gömrük İttifaqı ərazisinə malın idxalı zamanı elektron qabaqcadan bildirişin rəsmiləşdirilməsi
-
“AsstrA” Minsk və Brestdə malların “qapıdan qapıyadək” çatdırılması çərçivəsində gömrük baxışı ilə birlikdə xidmətlərin tam həcmini göstərir:
- Sənədlərin hazırlanması və yüklərin tam gömrük rəsmiləşdirilməsi
- Sahibin və ya malların mülkiyyətçisinin tapşırığı üzrə gömrük rəsmiləşdirilməsi məqsədi ilə mal və sənədlərin gömrüyə təqdim edilməsi
- Gömrük idxal, ixrac, statistik və tranzit bəyannamələrinin rəsmiləşdirilməsi
- Müvəqqəti saxlama anbarlarında yığma yüklərin işlənməsi (dekonsolidasiya)
- CMR əmtəə-nəqliyyat qaimələrinin, BYD kitabçalarının, BYD kitabçalarının elektron surətinin doldurulması
- Gömrük baxışına aid ümumi və özəl məsələlər üzrə konsultasiya
- Gömrük rəsmiyyətləri üzrə ümumi və ixtisaslı konsultasiyalar
- Malın kodunun və malın hər bir kodu üzrə ödənişlərin müəyyənləşdirilməsi
- Gömrük rəsmiləşdirilməsi məsələləri üzrə hüquqi şəxslərin konsultasiyaları
- Gömrük təmizlənməsi üçün zəruri digər dövlət nəzarət orqanlarının icazələrinin alınması ilə bağlı xüsusi məsələlər üzrə konsultasiyalar (fitosanitar, baytarlıq, sanitar-epidomoloji nəzarət, sertifikasiya)
-
“AsstrA” Moskva, Sankt-Peterburq, Smolensk, Bryanskda aşağıdakı gömrük rəsmiləşdirilməsi xidmətləri təklif edir:
- Gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin yoxlanılması
- İdxal və ixrac gömrük prosedurlarında gömrük nümayəndəsi adından malların bəyan edilməsi
- Malın xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturasının kodlarının müəyyənləşdirilməsi və gömrük bəyannamələrinin verilməsinədək gömrük ödənişlərinin hesablanması
- Gömrük rəsmiləşdirilməsi, eləcə də gömrük rəsmiləşdirilməsi üçün zəruri olan dövlət nəzarət orqanlarının icazələrinin alınması (fitosanitar, baytarlıq, sanitar-epidomoloji nəzarət, sertfikasiya), Federal Gömrük Xidmətində malın təsnifatı üzrə qərarın alınması ilə bağlı məsələlər üzrə şirkətin müştərilərinə konsultasiyaların verilməsi
- Gömrük orqanlarında müştərinin maraqlarının təmsil edilməsi
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.