“AsstrA” 25 ildir beynəlxalq yükdaşımaların təşkili ilə məşğul olur. “Göyərtədə kuryer” xidməti kiçikqabaritli yüklərin çatdırılması üçün innovativ servis və yüksək sürətli logistik həlldir. Bu xidmətə fərdi sahibkarlardan tutmuş iri istehsalçılar və idxalçılara qədər müxtəlif miqyaslı şirkətlər arasında tələbat var. Yüklərin hava nəqliyyatı ilə kuryerlə çatdırılması maksimum sürəti ilə seçilir və daşınan bağlamaların tam təhlükəsizliyinə zəmanət verməyə imkan yaradır. “AsstrA” kiçikqabaritli yüklərin Rusiya üzrə və onun hüdudları kənarına daşınmasının bütün üstünlüklərindən istifadə etməkdə öz müştərilərinə kömək edir. Bizim əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini təhlil edirlər, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və onun dəyərini hesablayırlar. “AsstrA” daşıma coğrafiyasından asılı olmayaraq, malların nəqlini müəyyən edilmiş müddətə qəti şəkildə uyğun olaraq təşkil edir. Etibarlı nəqliyyat şirkətləri və digər tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparmağı və yüksək xidmət səviyyəsini qorumağı bacarırıq. “Göyərtədə kuryer” xidmətinin hər bir xırdalığında İsveçrə keyfiyyət standartı mövcuddur.
ƏLAVƏ MƏLUMAT
-
“Göyərtədə kuryer” xidməti kiçik yükləri ən qısa vaxt ərzində dünyanın istənilən nöqtəsinə çatdırmağa imkan verir. “AsstrA”nın xüsusi təlim verilmiş kuryerləri bağlamaları göndərənlərdən qəbul edirlər və onları alanlara demək olar “əldən ələ” verirlər. Kuryerlə çatdırmağa çəkisi 11 kiloqramdan artıq olmayan yüklər qəbul edilir. Onların invoys qiyməti 5000 USD-ni ötmür.
“Göyərtədə kuryer” xidmətinə yüklərin aşağıdakı növlərinin daşınmasında tələbat var:
- Texnikanın ehtiyat hissələri;
- Sərgi nümunələri və malların prototipləri;
- Şəxsi əşyalar;
- Təxirəsalınmaz sənədlər.
Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi kateqoriyalı yüklərin kuryerlə çatdırılmasına icazə verilmir. Bu kateqoriyalara müəyyən ADR siniflərinə aid təhlükəli maddələr, korroziya, zəhərli və partlatıcı materiallar daxildir. Bu cür maddələrin hava yolu ilə daşınması hava nəqliyyatında və ya əlaqədar yüklərə zərər yetirə bilər.
“AsstrA” yükdaşımalar üzrə milli və beynəlxalq hüquqi tənzimləmədəki dəyişiklikləri diqqətlə izləyir, hər bir konkret malın xassələrinə əsaslanaraq təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
“AsstrA”nın təcrübəli mütəxəssisləri yükün səciyyəvi xüsusiyyətlərindən və müştərinin tələbatlarından asılı olaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Bizim əməkdaşlarımız hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından istifadə etməklə kombinə edilmiş nəql sxemlərini təşkil edirlər.
-
- Skandinaviya ölkələri daxil olmaqla, Avropa üzrə kuryerlə çatdırılma
- MDB üzrə kuryerlə çatdırılma
- Rusiya üzrə kuryerlə çatdırılma
- Avropadan MDB-yə kuryerlə çatdırılma
- Avropadan Mərkəzi Asiyaya kuryerlə çatdırılma
- Avropadan Qafqaza kuryerlə çatdırılma
- Çindən Avropa və MDB-yə kuryerlə çatdırılma
“AsstrA”nın təcrübəli kuryerləri 25 ölkədəki 36 şəhərdə işləyirlər. Bizim əməkdaşlarımız təkcə istənilən çətinlikdə olan yüklərin çatdırılması üçün xüsusi hazırlıqdan keçmirlər, həm də demək olar dünyanın hər bir ölkəsinə giriş üçün vizalar və icazələr alırlar.
-
“AsstrA”nın “Göyərtədə kuryer” servisi aşağıdakılar deməkdir:
- Müştəriyə yönümlülük;
- Xüsusi təlim keçilmiş kuryerlər;
- Yüklərin “qapıdan qapıyadək” çatdırılması;
- Yüklərin dünyanın istənilən nöqtəsinə yüksək sürətlə çatdırılması;
- Terminallarda uzunmüddətli rəsmiləşdirmə olmadan yüklərin ekspress çatdırılması;
- Yüklərin kombinə edilmiş çatdırılma sxemləri;
- Qiymət qoyulmasına qarşı şəffaf yanaşma;
- Daimi müştərilər üçün çevik endirim sistemi;
- Sifarişçilərə hər gün monitorinq təqdim etmək imkanı ilə birlikdə yolun hər hissəsində daşımaya operativ nəzarət;
- Kuyerlə birbaşa telefon və ya elektron ünvan vasitəsilə sutkanın 24 saatı və həftənin 7 günü əlaqə saxlamaq imkanı;
- Mal müşayiət və gömrük sənədlərinin rəsmiləşdirilməsi;
- Yüklərin “bütün risklərdən” sığortalanması.
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 25 ildir beynəlxalq yükdaşımalarını təşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələrin özəlliklərini və fəaliyyət sferalarını öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.
- GENİŞ COĞRAFİ TƏMSİLÇİLİK
“AsstrA” geniş filial şəbəkəsini Avropa və MDB-nin 18 ölkəsində inkişaf etdirib. Əməkdaşlarımız xarici dillərə yiyələniblər və müştərinin harada olmasından və saat qurşağından asılı olmayaraq, onunla həmişə əlaqə saxlayırlar. Coğrafi təmsilçiliyin inkişafı, həmçinin nəql prosesinə nəzarəti xeyli asanlaşdırır.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən xidmətlərin tam kompleksini təqdim edir. “AsstrA”nın dünyanın 18 ölkəsində filialları olması ilə yanaşı, 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- UYĞUNLAŞDIRILMIŞ DAŞIMA SXEMLƏRİ
“AsstrA”nın əməkdaşları müştərinin çatdırılma müddəti və qiymətinə qarşı tələbini nəzərə alırlar və yükün xassələrini təhlil edirlər. Onlar bu məlumatı nəzərə alaraq, müvafiq nəqliyyat sxemlərini və uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər.
- ETİBARLILIQ
“AsstrA” təkcə beynəlxalq yükdaşımalarını sərbəst təşkil etmir, həm də nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini daşımaların həyata keçirilməsinə cəlb edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq, KPI üzrə yüksək göstəricilərin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
“AsstrA” göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur və beynəlxalq hüququn tələblərinə diqqətlə əməl edir. Bizim şirkətimiz hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində limitlə daşınan yükə görə məsuliyyət sığortası müqavilələri bağlayır. Sığorta ödənişini şirkətin İsveçrədən olan sınanmış tərəfdaşı “Zurich Versicherungs-Gesellschaft AG” qarşılayır.
- ÇOXİLLİK TƏCRÜBƏ
-
“Göyərtədə kuryer” xidməti yükün hava nəqliyyatı ilə daşınmasını nəzərdə tutduğuna görə, bu növə aviadaşımaların qaydaları tətbiq oluna bilər. Hava nəqliyatı ilə daşımalar kompleks hüquqi aktların vasitəsi ilə tənzimlənir. Bu sahədəki milli normativ-hüquqi aktların bütün həcmini bir neçə kateqoriyaya ayırmaq mümkündür. Birinci kateqoriyaya dövlət tənzimləmə aktları daxildir: məcəllələr, qanunlar, sertifikasiyalaşdırma və lisenziyalaşdırma qaydaları. İkinci kateqoriyanı federal miqyasdakı aviasiya qaydaları, üçüncü kateqoriyanı isə lokal təyinatlı sərnişin və yük aviadaşımalarının qaydaları təşkil edirlər. Rusiyada Beynəlxalq mülki aviasiya haqqında Çikaqo konvensiyası, Hava daşımları qaydalarının unifikasiyası üçün Varşava konvensiyası, Beynəlxalq Mülki Aviasiya Təşkilatının bır sıra sənədləri məcburi hüquqi qüvvəyə malikdirlər. Digər tərəfdən, daşımaların bu növünün tənzimlənməsində Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında qanun, Nəqliyyat-ekspedisiya fəaliyyəti qaydası və başqa sənədlər tətbiq edilir. Bütün bu aktlar daşımaların həyata keçirilməsinin çətin və ətraflı qaydalarını müəyyənləşdirir. “AsstrA” müvafiq qaydaların əməl edilməsinə nəzarət edir və mal müşayiət sənədləri, qaimələr, gömrük bəyannamələri və s. daxil olmaqla, əlaqədar sənədlərin rəsmiləşdirilməsi üzrə öhdəliyi tam üzərinə götürür.
Ətraflı məlumat almaq, habelə yükün daşınmasına görə tarifin hesablanması üçün sorğunu birbaşa saytda rəsmiləşdirin və ya “AsstrA” nın ən yaxınlıqdakı ofisinə müraciət edin.