“AsstrA” məişət texnikasının beynəlxalq daşınması həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təklif edir. Son dövrlər məişət texnikası və elektronika malları bazarı sabit artım nümayiş etdirir. Ekspertlərin hesablamalarına görə, “HiTech” bazarının müxtəlif seqmentlərində (audio-video elektronika, iri məişət cihazları, ofis və telekommunikasiya avadanlıqları, kompüter texnikası) dövriyyə ötən illərlə müqayisədə 3-15 faiz artıb.
Bazarın sabitləşməsi və “HiTech” məhsullarının müxtəlif çeşidlərinə olan tələbatın artması orta statistik alıcıda qənaət rejiminin zəifləməsi və müsbət istehlakçı gözləntilərinin yaranması ilə izah edilir. Buna müvafiq olaraq, texnika və elektronika mallarının göndərilməsinə tələbat artıb. “AsstrA” bazar şəraitindən asılı olmayaraq, elektronika mallarının və iri məişət texnikasının daşınmasının davamlılığını təmin etməkdə müştərilərinə kömək edir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Şərqi və Mərkəzi Asiya ölkələrinə yükdaşımalar təşkil edir.
Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər və məişət texnikasının daşınmasının dəyərini hesablayırlar. Hər bir məişət texnikasının daşınma qiyməti fərdi hesablanır və müxtəlif amillərdən asılıdır: yükün həcmi, daşınma marşrutu, yükləmə-boşaltma işlərinin aparılmasının texniki xüsusiyyətləri və s. “AsstrA” daşıma coğrafiyasından asılı olmayaraq, çatdırılmanı razılaşdırılmış müddətə təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar tərəfdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
DAŞIMA ŞƏRTLƏRİ
Elektronika mallarının və məişət texnikasının daşınması şərtləri malların salamatlığını təmin etməyə, habelə itki, korlanma, oğurlama risklərinin minimuma endirilməsinə yönəldilmiş qaydalar və təlimatlar sistemidir. “HiTech” bazarının məhsulları həssas yüklər kateqoriyasına aiddir. Həssas yüklər göndərmə prosesində mexaniki zədələrə məruz qalırlar. Buna görə də onların daşınma şərtləri mütləq qaydada daxildən və xaricdən qoruma tədbirlərinin görülməsini zəruri edir.
Daxildən qoruma üsullarına məmulatlarla birlikdə ayrıca qablaşdırmaya qoyulan alətlər və materiallar daxildir. Məişət texnikası və elektronika mallarının olduğu qutulara penoplastdan düzəldilmiş qablaşdırma profili qoyulur. Profil məmulata sıx yapışır və onunla qutuların divarları arasındakı boşluğu doldurur. Kiçik elektronika malı hava-qabarcıqlı (“qabarıq-qabarıq olan”) salafana bükülür. Daxili müdafiənin digər üsulları porolon, çoxqatlı qablaşdırma kağızı və polimer qranuladan istifadəni nəzərdə tutur. Məişət texnikası və elektronika məhsullarının istehsalçısı daxildən qorumanı təmin edir.
Xarici təhlükəsizlik tədbirlərinin təşkilinə görə daşıyıcı cavabdehdir. Həssas “HiTech” məhsulunu zədələrdən qorumağa faner və ya taxta lövhələrlə şəbəkə düzəltmə, yükün poddonda stretç-plyonka (paletləşdirmə) ilə bərkidilməsi, bayıra qoyulan fiksator və kəmərlərlə fiksasiya kömək edir. Məişət texnikası və elektronika malları bütöv və ya büzməli kartondan ibarət qutularda, parça olmayan tekstil materialından və ya çoxqatlı kağızdan düzəldilmiş kisələrdə, sərt qablaşdırmada göndərilir. Yükün davamlı fiksasiyasını təmin etmək və mexaniki zədələrdən qorumaq üçün yük və tara arasına amortizasiya materiallarından ibarət altlıqlar qoyulur.
Məişət texnikasının daşınma qaydası həssas yüklərin olduğu taraya xüsusi nişanların vurulmasını tələb edir. Yeşik və qutularda fərqləndirici simvolika qoyulur. Fərqləndirici nişanlar malın xüsusiyyətini, məkan səmtlərini və yükün xassələri barədə xəbərdarlıq edən digər informasiyanı göstərir. “AsstrA”nın əməkdaşları daşımalar sahəsində beynəlxalq hüquqi tənzimlənmənə, texniki və sanitar normaların tələblərinə əməl olunmasına nəzarət edir, habelə elektronika mallarının və iri məişət texnikasının daşınması üzrə öz təcrübəsinə və çoxillik praktikasına əsaslanırlar. Şirkətimiz bunun sayəsində hər bir konkret malın səciyyəvi xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
NƏQLİYYAT NÖVLƏRİ
Elektronika mallarının və məişət texnikasının daşınması üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə olunur. Dəmiryol tərkiblərindən istifadə uzaq məsafələrə göndərilmə zamanı sərfəlidir. “HiTech” malların dəmir yolu nəqliyyatı ilə çatdırılması yüksək yüktutumlu və yükgötürmə qabiliyyəti olan iritonnajlı konteynerlərdə həyata keçirilir. Məişət texnikası və istehlakçı elektronikanın su nəqliyyatı ilə çatdırılması daşınma müddətini qısaltmağa və onun təşkilinə çəkilən xərcləri azaltmağa imlan verir. Yüksək qiymətli texnikanın çatdırılmasında, eləcə də “HiTech” məhsullarının iri partiyasının daşınmasında aviadaşımalara tələbat olur. Avtomobil nəqliyyatı universaldır, aeroportların, limanların və vağzalların iş qrafikindən asılı deyil, bu da çevik marşrutlar üzrə operativ göndərməyə zəmanət verir. “AsstA” şirkəti elektronika mallarının və məişət texnikasının daşınması üçün etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir. Bütün nəqliyyat vasitələrində texniki sənədlərin tam komplekti mövcuddur, bundan başqa, avtomobil nəqliyyatı əlavə təhlükəsizlik sistemləri ilə təchiz olunub: izləmə sistemi, siqnalizasiya, əlavə qıfıl, immobilayzer. “AsstrA”nın təcrübəli mütəxəssisləri yükün xüsusiyyətindən və müştərinin tələbatından asılı olaraq, məişət texnikasının daşınması üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla kombinə edilmiş daşıma sxemlərini tərtib edirlər.
-
İMKANLARIMIZ
Şirkətimiz üçün istehlakçı elektronika, telekommunikasiya avadanlığı, “HiTech” məhsulları və məişət texnikasının daşınması uzun illərdir fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. 2012-ci ildə bu sektorda nəqliyyat və logistik xidmətlərin göstərilməsi məqsədi ilə xüsusi “AsstrA HiTech Logistics” departamenti yaradılıb. “AsstrA HiTech Logistics” şöbəsinin əməkdaşları “HiTech” seqmentində işləyən istehsalçılara, topdan satış anbarlarına və pərakəndə satıcılara kompleks xidmətlərin göstərilməsi üzrə ixtisaslaşıb.
Mütəxəssislərimiz yükün göndərilməsi zamanı yükün maksimum təhlükəsizliyi və qorunmasını təmin edirlər, sanitar və texniki standartlara əməl edirlər. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrutlar hazırlamağa və seçməyə, çatdırılmanın bütün mərhələlərini dəqiq əlaqələndirməyə və istənilən yükü operativ göndərməyə imkan verir.
“AsstrA”nın istehlakçı elektronikanın və iri məişət texnikasının daşınması üzrə xidmətlər kompleksinə aşağıdakılar daxildir:
- Avropa İttifaqı (Aİ) və MDB daxilində, Aİ və MDB ölkələri arasında avtomobil nəqliyyatı ilə yükdaşımaların təşkili və təmin edilməsi.
- Yükləmə prosesində yükün salamatlığının təmin olunması üzrə fərdi tədbirlərin təşkili. Mütəxəssislər zəruri tədbirləri müəyyənləşdirmək məqsədi ilə sifarişçinin tələbatını və istəyini, yükün xassəsini, daşıma məsafəsini və yolların vəziyyətini nəzərə alırlar.
- Dəniz nəqliyyatı ilə Cənub-Şərqi Asiyadakı göndərmə məntəqələrindən Aİ ölkələrinə və Rusiyaya istehlakçı elektronikanın və iri məişət texnikasının daşınmasının təşkili və təmin edilməsi.
- Dəmir yol nəqliyyatı və multimodal sxem ilə Cənub-Şərqi Asiyadakı göndərmə məntəqələrindən Aİ ölkələrinə və Rusiyaya, habelə sürətli dəmiryol tərkiblərindən istifadə etməklə Çindən və əks istiqamətə elektronika və məişət texnikasının daşınmasının təşkili və təmin edilməsi.
- Yüzdən artıq istiqamət üzrə baha qiymətli yüklərin (mobil telefonlar, kompüterlər, planşetlər) və texnikanın iri partiyalarının hava nəqliyyatı ilə daşınmasının təşkili və təmin edilməsi.
- Anbar xidmətləri və yığma partiyaların konsolidasiyası. Konsolidasiya Asiya, Aİ və MDB-nin anbarlarında həyata keçirilir. Əməkdaşlarımız ehtiyac olarsa, yüklərin göstərilən istənilən regiondan son alıcıyadək çatdırılmasını təşkil edir.
- “AsstrA”nın təhlükəsizlik sistemi. Təhlükəsizlik xidmətimiz daşıyıcılarda zəruri lisenziyaların və qeydiyyatların olub-olmadığını yoxlayır və ancaq daşımalar üzrə 120 iş günündən artıq qanuni fəaliyyət göstərən nəqliyyat şirkətləri ilə əməkdaşlıq edir.
-
ÜSTÜNLÜKLƏRİMİZ
- GENİŞ COĞRAFİ TƏMSİLÇİLİK
“AsstrA” geniş filial şəbəkəsini Avropa və MDB-nin 18 ölkəsində inkişaf etdirib. Əməkdaşlarımız xarici dillərə yiyələniblər və müştərinin harada olmasından və saat qurşağından asılı olmayaraq, onunla həmişə əlaqə saxlayırlar.
Coğrafi təmsilçiliyin inkişafı, həmçinin istehlakçı elektronika mallarının və iri məişət texnikasının daşınması prosesinə nəzarəti xeyli asanlaşdırır.
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 10 ildən artıqdır məişət texnikasının daşınmasını təşkil edir. Şirkətimiz bu müddət ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini və fəaliyyət sferalarını öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları istehlakçı elektronika, telekommunikasiya avadanlığı, digər “HiTech” məhsulları, o cümlədən iri məişət texnikasının daşınması ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşımalar zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, təyin edilmiş çatdırılma müddətinə əməl olunmasına və göndərilmənin bütün şərtlərinin yerinə yetirilməsinə zəmanət verilir.
- UYĞUNLAŞDIRILMIŞ NƏQLİYYAT
“AsstrA” uyğunlaşdırılmış nəqliyyat vasitələrindən istifadə etməklə elektronika mallarının və məişət texnikasının daşınmasını həyata keçirir. Nəqliyyat vasitəmiz təkcə bütün sanitar və texniki tələblərə cavab vermir, həm də qaçırılma əleyhinə təhlükəsizlik sistemi, GPS-naviqasiya sistemi ilə təchiz edilib. Etibarlı və sınanmış nəqliyyat şirkətləri ilə əməkdaşlıq sayəsində “AsstrA” hər bir müştəriyə yüksək keyfiyyətli xidmətə zəmanət verir.
- TƏHLÜKƏSİZLİK
“AsstrA” Daşınan Yüklərin Mühafizəsi Assosiasiyasına (TAPA) daxildir, TAPA-ya üzv olmaq məişət texnikasının daşınması zamanı yükün korlanması və itkisi risklərini minimuma endirmək üçün əlavə imkanlar verir. Bundan başqa, “AsstrA” AEO-təsərrüfat fəaliyyətinin səlahiyyətli subyekti sertfikatını alıb. AEO sertifikatı təsdiq edir ki, şirkətimiz etibarlı və ödəməqabiliyyətli tərəfdaşdır, daşıma zamanı təhlükəsizlik standartlarına və qanunvericiliyin bütün tələblərinə əməl edir.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
“AsstrA” elektronika mallarının və məişət texnikasının daşınması üzrə təhlükəsiz və səmərəli xidmətlərin göstərilməsinə cəmlənib və beynəlxalq hüququn tələblərinə dəqiq əməl edir. Şirkətimiz hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində limitlə daşınan yükə görə məsuliyyət sığortası müqavilələri bağlayır. Sığorta ödənişini İsveçrədən olan etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.