“AsstrA” beynəlxalq kakao-paxlaları (kakao dənələri) və kakao kütləsinin daşınmasını həyata keçirmək üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Kakao şokoladın və tərkibində şokolad olan digər yeyinti məhsullarının hazırlanması üçün əsas xammaldır. Kako kütləsi kosmetik məqsədlər üçün də istifadə olunur. Kakao xammalı bazarı son bir neçə ildə qətiyyətli artım göstərib. Ekspert qiymətləndirmələrinə əsasən, şokolad istehsalı bazarı son illər ərzində genişlənib, şokolad məhsullarının xarici ticarətdə payı artıb. Müvafiq olaraq bu sahədə daşımaların həcmi də böyüyüb. Kakao xammalı ilə məşğul olan şirkətlər yeni xarici bazarlar mənimsəyir və yeni logistik sistemlər qururlar. “AsstrA” beynəlxalq əlaqədə kakao tərkibi və kako-paxlaların ardıcıl tədarükünü təşkil etməkdə müştərilərinə kömək edir. Şirkətimiz müxtəlif nəqliyyat vasitələri ilə Avropa, MDB, Baltikyanı, Balkan, Cənub-Şərqi və Mərkəzi Asiya regionlarına yükdaşımaları təşkil edir. Təcrübəli əməkdaşlarımız müştərinin tələbatlarını və yükün xüsusiyyətlərini nəzərə alırlar, ən münasib çatdırılma marşrutunu tərtib edirlər, kakao kütləsi və kakao-paxlaların göndərilməsinın dəyərini hesablayırlar. “AsstrA” daşınma coğrafiyasından asılı olmayaraq istənilən yükün razılaşdırılmış müddətə çatdırılmasını təşkil edir. Beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini reallaşdırmağı və İsveçrə xidmət səviyyəsini qorumağı bacarırıq.
ƏLAVƏ MƏLUMAT
-
Kakao xammalı xarici amillərin mənfi təsirinə meyilli olan daha “həssas” yüklər kateqoriyasına aiddir. Bu, nəmi asanlıqla özünə çəkən və havadan su buxarlarını hopduran hiqroskopik məhsuldur. Bundan başqa, kakao kütləsi kənar qoxuları hopdurur; avtolizə (xüsusi fermentlərin təsiri altında toxumaların öz-özünə həll olması), öz-özünə qızmaya, çürüməyə və kiflənməyə meyillidir. Xarici təsirlərə qarşı həssaslıq kakao kütləsinin daşınması və kakao-paxlaların daşınması üzrə bütün şərtlərə ciddi əməl etməyi zəruri edir. Kakao kütləsi termik işlənmiş və təmizlənmiş kakao-paxlaların xırdalanması nəticəsində əldə olunmuş özlü (yapışqan) mayedir. Kakao kütləsinin daşınması üçün tara qismində çoxqatlı paketlərdən və onu xarici mühitin zərərli təsirindən müdafiəsini və germetikliyini təmin edən digər qabdan istifadə olunur. Kakao-paxlaların göndərilməsi üçün isə tara qismində təbii cod liflərdən (cut, sizal) hazırlanmış qalın kisələrdən istifadə edilir. Möhkəm qablaşdırma malın istehlak xassələrini qoruyub saxlamağa kömək edir. Kakao xammalı təbii ventilyasiyası olan havası təzələnən konteynerlərdə (“kofe-konteynerlər”) nəql olunur. Daşınmanın ən vacib şərti məhsulun özündə, tarada və konteynerin səthlərinin örtüsündə suyun miqdarının minimum hədlərdə olmasına riayət etməkdir. Konteynerin səthi quru və təmiz olmalıdır. Onlarda nəm miqdarının faizi təyin edilmiş hədləri aşmamalıdır. Nəmliyin müəyyən səviyyədə saxlanılması konteynerin daxilində əlavə su buxarlarlarının əmələ gəlməsindən qaçınmağa və kakao kütləsinin korlanması və çürüməsinin qarşısını almağa imkan verir. Qablaşdırma kağızı suyun hopmasına görə dəyə biləcək zərərdən qaçınmağa və məhsulun quruluğunu təmin etməyə kömək edir. Qablaşdırma kağızı taranı kakao xammalı ilə birlikdə üstünü örtür. Konteynerin daxilində rütubətin səviyyəsini tənzimləmək məqsədilə, həmçinin antikondensat xassəli xüsusi filtrlərdən və ya toxunmayan izolyasiya materiallarından istifadə olunur. Çatdırılma standart ISO-konteynerlərdə və üstü açıq platformalarda (flatrack konteyner) həyata keçirilir. Sonuncu üsul daha bahalı havası təzələnən konteynerlərdən istifadə etməklə müqayisədə daşıma xidmətlərinə çəkilən xərcləri azaltmağa imkan verir, hərçənd həm də daha təhlükəsizdir. Kakao kütləsinin daşınması qaydaları belə yüklərin emalının xüsusi qaydalarını və şərtlərini də nəzərdə turtur. Belə ki, malın olduğu qablaşdırmaya zərər verə biləcək yükləmə-boşaltma avadanlığından istifadəyə yol verilmir. Əlverişsiz hava şəraiti (qar, yağış, yüksək rütubət) zamanı yükləmə-boşaltma işlərinin aparılmasının xüsusi qaydaları müəyyən edilir. Belə hallarda yükü təsadüfi islanmadan və havanın yüksək rütubətliyinin təsirindən qorumaq lazımdır ki, kiflənmə və çürümə baş verməsin. “AsstrA” Rusiyanın daxilində və beynəlxalq aləmdə qida və digər məhsulların daşınması üzrə tənzimləmələrdəki dəyişiklikləri diqqətlə izləyir və konkret hər bir malın xüsusiyyətlərindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edir.
-
Kakao kütləsinin daşınması uyğunlaşdırılmış nəqliyyat vasitələrinin istifadəsini tələb edir: dəniz, dəmir yolu, hava və avtomobil nəqliyyatı. Konkret nəqliyat vasitəsi müəyyən şərtlərə müvafiq olmalıdır: o, quru, sərin, havası təzələnən və qoxusuz olmalıdır. Məsələn, dəniz nəqliyyatı ilə kakao-paxlaların kisələrdə daşınması prosesində yük qızdırma mənbələrindən kifayət qədər aralıda göyərtənin altına yerləşdirilir. Havanın yüksək rütubətli olması məhsulun öz-özünə qızmasına təsir edir və ardından avtolizə gətirib çıxarır. Yükün yerləşdirilməsi zamanı rütubətin zərərli təsirindən qaçınmaq üçün xüsusi tədbirlər görülür. Belə ki, dəniz nəqliyyatı ilə daşıma zamanı yükü dəniz gəmisinin daxili yük göyərtəsinə yerləşdirmək lazımdır. Bu, kondensatın əmələ gəlmə riskini azaltmağa kömək edir. Kakao temperaturun qəfil dəyişkinliyinə qarşı yüksək həssaslığı ilə seçilir: havanın temperaturunun sıfır dərəcədən aşağı enməsi, habelə temperaturun hər gün əhəmiyyətli dərəcədə dəyişməsi kakao kütləsinin korlanmasına gətirib çıxarır və onu qida məhsulları üçün xammal qismində sonradan istifadəsini mümkünsüz edir. Əlverişsiz xarici hava şəraitinin təsirindən qorunmaq üçün mal nəqliyyat vasitəsinin bağlı bölmələrində saxlanılır. Nəqliyyat vasitəsinin açıq hissəsində kakao kütləsinin və kakao-paxlaların göndərilməsi yalnız ilin isti dövründə, gün ərzində temeperatur dəyişikliyinin cüzi olduğu zaman mümkündür. Kakao xammalının çatdırılmasında temperatur rejiminin qorunması üzrə əlavə tədbirlər tələb olunmur. Buna baxmayaraq, “AsstrA”nın mütəxəssisləri sifarişçinin sorğusu əsasında müəyyən temperatur rejiminə riayət etməklə ovulmuş kakaonun daşınmasını təşkil edir. Yükün nəqliyyat vasitəsində bərkidilməsi kakao-paxlaların və kakao kütləsinin daşınmasına qarşı olan vacib tələbdir. Malın olduğu qablaşdırma elə bərkidilir ki, çatdırılma zamanı malın qarışması və ya sürüşməsi baş verməsin. “AsstrA” etibarlı nəqliyyat tərəfdaşlarını cəlb edir, buna görə də bütün nəqliyyat vasitələrində və qoşqularda bütün texniki sənədlər mövcuddur. “AsstrA”nın təcrübəli mütəxəssisləri yükün xüsusiyyətindən və müştərinin tələbatından asılı olaraq kakao-paxlaların və kakao kütləsinin daşınması üçün uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçirlər. Əməkdaşlarımız ehtiyac olarsa, hava, avtomobil, dəniz və dəmir yolu nəqliyyatından yararlanmaqla multimodal daşıma sxemlərini tərtib edirlər.
-
“AsstrA” əməkdaşlarının ümumilikdə yükdaşımalar sahəsində və xüsusən kakao kütləsinin daşınmasında yüksək ixtixası və çoxillik təcrübəsi var. Təcrübə və ixtisas bizə hər sifariçəyə qarşı fərdi yanaşmanı reallaşdırmağa, konkret yükün xüsusiyyətini və konkret müştərinin arzusunu diqqətə almağa kömək edir. Nəqliyyat xidmətlərinin sınanmış və etibarlı tədarükçüləri ilə əməkdaşlıq daha rasional marşrut tərtib etməyə və seçməyə, çatdırılmanın bütün mərhələlərini əlaqələndirməyə və hər bir yükü təyin edilmiş müddətə çevik daşımağa imkan verir. “AsstrA”nın kakao kütləsinin daşınması və kako-paxlalaların göndərilməsi üzrə xidmətlər kompleksinə daxildir:
- Daşıma layihəsinin hazırlanması.
- Bu məhsulun xüsusiyyətini nəzərə almaqla uyğunlaşdırılmış nəqliyyat vasitəsinin seçimi.
- Münasib marşrutun hazırlanması və ehtiyac olarsa, onun yoxlanılması.
- “AsstrA”nın təhlükəsizlik sistemi. Bizim təhlükəsizlik xidmətimiz daşıyıcıda olması gərəkən lisenziyaları və qeydiyyatları yoxlayır, daşımalar üzrə 120 iş günündən artıq qanuni fəaliyyət göstərən nəqliyyat şirkətləri ilə əməkdaşlıq edir.
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 20 ildən artıqdır kakao kütləsinin daşınmasını təşkil edir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələri və fəaliyyət sferalarını öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.
- BAZARI ANLAMA
“AsstrA” şirkətinin əməkdaşları ovulmuş kakaonun və kakao-paxlaların göndərilməsi ilə bağlı hər məsələnin həllinə işini ən yüksək səviyyədə bilərək yanaşır. Mütəxəssislərimizin nizamlı işi sayəsində “AsstrA”nın hər müştərisinə daşınma zamanı yükün təhlükəsizliyinə, tədarüklərin dəqiq və mütəşəkkil sisteminə, daşımanın təyin edilmiş müddətdə əməl olunmasına və bütün texniki, sanitar normaların yerinə yetirilməsinə zəmanət verilir.
- KOMPLEKS XİDMƏT
“AsstrA”nın təcrübəli mütəxəssisləri bir logistik operator tərəfindən kakao- paxlaların və kakao kütləsinin daşınması üzrə xidmətlərin tam kompleksini təqdim edir: daşımalar (kombinə edilmiş daşımalar daxil olmaqla), gömrük və sənəd müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası, logistik servis. 18 ölkədə qlobal miqyasda iştirak etməklə yanaşı, şirkətimizin 8 gömrük agentliyi də var, bu da bizə innovativ logistik və nəqliyyat həllərini daim təkmilləşdirməyə və hazırlamağa imkan verir.
- ETİBARLILIQ
“AsstrA” nəqliyyat xidmətlərinin etibarlı tədarükçülərini cəlb etməklə kakao kütləsi və kakao-paxlaların daşınmasını təşkil edir. Nəqliyyat tərəfdaşlarımız Bizimlə uzunmüddətli müqavilələr əsasında əməkdşalıq edirlər, bu da bazar şəraitindən asılı olmayaraq KPI üzrə yüksək göstəricilərinin əldə olunmasına zəmanət verir. “AsstrA”nın nəqliyyat tərəfdaşlarının bütün zəruri lisenziyaları və icazələri, daşıyıcının məsuliyyət sığortası üzrə müqavilələri var.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTƏRİ
Biz kakao-paxlaları və kakao kütləsinin daşınması üzrə təhlükəsiz, innovativ, səmərəli xidmətlərin göstərilməsinə cəmlənmişik, bunlar da beynəlxalq hüququn tələblərinə cavab verir. “AsstrA”nın daşınan yükə görə məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- ÇOXİLLİK TƏCRÜBƏ
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.