AsstrA beynəlxalq nəqliyyat-logistika provayderi limanlarda yüklərə kompleks nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsini təşkil edir. Bura yükün limana çatdırılması, boşaldıb yükləmə, yükləmə şərtlərinə əməl olunmasına nəzarət üzrə xidmətlər, saxlama və nəql, eləcə də limandaxili ekspedisiya daxildir.
AsstrA-nın mütəxəssisləri müştərinin tələbatlarını və yükün səciyyəvi xüsusiyyətlərini təhlil edirlər, saxlama və daşıma üzrə münasib şərait yaradırlar. Müxtəlif ölkələrdəki dəniz xətləri, limanları və digər etibarlı tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində AsstrA çevik qiymət siyasətini reallaşdırır və yüksək xidmət səviyyəsini qoruyur.
ƏLAVƏ MƏLUMAT
-
AsstrA-nın limanlarda yüklərə qulluq üzrə kompleks xidmətlərinə aşağıdakılar daxildir:
- Ümumi yüklərin, dənəvər (səpələnən) yüklərin "big bag"lərdə (xüsusi kisə), eləcə də qabsız yüklərin və digər yüklərin limandaxili ekspedisiyası və boşaldıb yüklənməsi
- "Gəmi-anbar-avtomobil və ya dəmir yolu nəqliyyatı" sxemi üzrə yükləmə
- Rusiya və digər ölkələrin ərazisi üzrə yüklərin limanlardan avtomobil və dəmr yolu nəqliyatı ilə çatdırılması
- Müşayiətedici və gömrük sənədlərinin rəsmiləşdirilməsinə kömək edilməsi
- Malların emalı və saxlanılması
- "Coaster"dən "panamax-type"dək müxtəlif dedveytli dəniz gəmilərinin fraxt edilməsi, habelə daxili su yollarının sahələri üzrə yüklərin daşınması üçün "çay-dəniz" tipli barjaların və gəmilərin fraxt edilməsi
- Müştərinin üçüncü təşkilatlarda maraqlarının təmsil edilməsi
AsstrA-nın mütəxəssisləri Sankt-Peterburq, Vıborq, Vısotsk, Ust-Luqa, Novorossiysk, Rostov-na Donu, Azov, Temrük, Klaypeda, Qdınya, Şetsin, Anverpen, eləcə də yük dövriyyəsinə görə beşinci limanı Qafqaz daxil olmaqla, Avropanın ən iri limanlarında yüklərə lazımi qulluğu və onların boşaldıb yüklənməsini hər gün təmin edirlər. Nəqliyyat və logistika sahəsində təcrübəli peşəkarlardan ibarət komanda ümumi yüklərdən qabsız yüklərədək müxtəlif kateqoriyalı yüklərin limandaxili ekspediyası ilə məşğul olur.
AsstrA-nın əməkdaşları sərbəst xidmət qismində və ya yüklərin boşaldılıb yüklənməsi üzrə kompleks xidmətlər çərçivəsində müxtəlif yükgötürmə qabiliyyəti olan yük gəmilərinin fraxt edilməsini təşkil edir. Fraxt edilmə üzrə xidmətlər hansısa coğrafi regionla məhdudlaşmır və bütün dünya üzrə əlçatandır. AsstrA gəmilərin MBD və Avropa limanlarına və əks istiqamətdə, eləcə də Çin, Cənubi Koreya və MDB ölkələrinin arasında fraxt edilməsini təklif edir.
AsstrA nəqliyyat-ekspedisiya xidmətlərini tənzimləyən yerli və beynəlxalq qaydalardakı dəyişiklikləri nəzərə alır, habelə müxtəlif növ malların saxlanılması, emalı və nəqli üzrə sanitar-texniki standartlara əməl olunmasına nəzarət edir. AsstrA-nın əməkdaşları təcrübə və ixtisasları sayəsində limanlarda yüklərə operativ və keyfiyyətli xidmət göstərilməsini təmin edirlər.
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” 8 ildən artıqdır limanlarda yüklərə xidmət göstərir. Şirkətimiz bu müddət ərzində müxtəlif sahələrin özəlliklərini və fəaliyyət sahələrini öyrənib, buna görə də hər bir müştəri konkret tapşırığın sınanmış və səmərəli həllini əldə edir.
- GENİŞ COĞRAİYA
AsstrA dünyanın 18 ölkəsində geniş təmsilçiliyi inkişaf etdirib. Şirkət Avropa, MDB və Asiya ölkələrindəki iri limanlarla əməkdaşlıq edir. AsstrA, həmçinin gəmilərin MDB və Avropa ölkələrinə və əks istiqamətdə, eləcə də Çin, Cənubi Koreya və MDB-nin limanları arasında fraxt edilməsi üzrə xidmətlər göstərir.
- ETİBARLILIQ
AsstrA ildə iki dəfə auditdən keçir, bu zaman şirkətin limanlarda yüklərə xidmətlə bağlı fəaliyyətin müxtəlif malların yüklənməsi, saxlanması və nəqli üzrə tələblərə uyğun olub-olmaması yoxlanılır. Şirkətimizin metal məhsullarının iri istehsalçıları və distribüterləri ilə əməkdaşlığı da AsstrA-nın etibarlılığını təsdiqləyir.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ
AsstrA göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur, beynəlxalq hüququn tələblərinə ciddi əməl edir. Şirkətimiz daşınan yükə görə məsuliyyət sığortası müqavilələrini hər bir sığorta hadisəsi üzrə 3 000 000 EUR limitilə bağlayır. Sığorta ödənişini Bizim İsveçrədən olan sınanmış tərəfdaşlarımız "Basler Versicherung“ və "Zurich Versicherungs-Gesellschaft AG" (Zurich Insurance Company Ltd) və Almaniyadan “Aktiv Assekuranz” qarşılayır.
- ÇOXİLLİK TƏCRÜBƏ
Şirkətimiz və yüklərin limanlarda emalı üzrə xidmətlər haqqında daha ətraflı məlumat almaq üçün zəhmət olmasa sorğunu saytda rəsmiləşdirin, yaxud AsstrA-nın ən yaxınlıqdakı ofisinə müraciət edin.