“AsstrA” 25 ildən artıqdır sənaye müəssisələri və mühəndis şirkətlərinə sənaye avadanlığının çatdırılması üzrə kompleks logistik həllər, habelə zavodların tikintisi və modernləşdirilməsi üçün avadanlıq təklif edir. “AsstrA” şirkətinin həyata keçirdiyi bütün daşımaların təxminən 30 faizini istehsal avadanlığı təşkil edir.
ƏLAVƏ MƏLUMAT
-
- Əndazəsiz (qabaritsiz) və ağırçəkili detalların və konstruksiyaların çatdırılması.
- Bir neçə nəqliyyat vasitəsinin birgə gömrük rəsmiləşdirilməsi imkanı ilə eyni vaxtda bir neçə ölkədən nəqliyyatın təşkili.
- Aviasiya nəqliyyatının, o cümlədən təcili çatdırmalarda çarter uçuşlarının cəlb edilməsi.
- Müqavilə ilə lazımi sənədlər komplektinin hazırlanması.
- Akkreditiv şərti ilə daşımaların təşkili.
- Gömrük müşayiətinin təşkili imkanı və ya gömrük daşıyıcısının lisenziyasından istifadə etməklə avadanlığın idxalı.
- “Bütün risklərdən” sığortalama. Mal “Basler Versicherung” (İsveçrə), “Aktiv Assekuranz” (Almaniya), "Zurich Versicherungs-Gesellschaft AG (Zurich Insurance Company Ltd)" (İsveçrə) kimi iri sığorta şirkətlərində və Rusiya, Belarus və Ukraynanın qabaqcıl sığorta firmalarında sığortalana bilər.
-
- ÇOXİLLİK TƏCRÜBƏ
Biz 20 ildən artıqdır maşın sənayesinin müştərilərinə xidmət etmək üzrə ixtisaslaşmışıq, bu da bizə sifarişçinin fərdi tələblərini nəzərə almaqla, həll təklif etməyə imkan verir.
- AVTOMOBİL PARKIMIZ
“AsstrA” öz yük avtomobilləri parkının olması sayəsində istənilən həcmdə və konfiqurasiyalı yüklərin təhlükəsiz daşımalarını həyata keçirir.
- KOMPLEKS XİDMƏT
Yüksəkixtisaslı mütəxəssislərimiz nəqliyyat və gömrük xidmətlərinin lazımi və optimal kompleksinə zəmanət verir. Dünyanın 13 ölkəsində ofislərin yerləşməsi və müxtəlif ölkələrdə 8 gömrük agentliyimizin olması bizə yükdaşımalarını mütəmadi təkmilləşdirməyə imkan verir.
- ÇATDIRILMA MÜDDƏTİ
Təcrübəli əməkdaşlar, uyğunlaşdırılmış nəqliyyat vasitələri və etibarlı tərəfdaşlar yükünüzü razılaşdırılmış müddətdə çatdırılmasına zəmanət verməyə imkan yaradır.
- TƏHLÜKƏSİZLİK
Biz diqqətimizi beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, effektiv xidmətlərin göstərilməsinə cəmləmişik. Daşınan yükə görə “AsstrA”nın məsuliyyəti hər bir sığorta hadisəsinə görə 3 000 000 avro məbləğində sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG” (İsveçrə) təmin edir.
- ÇOXİLLİK TƏCRÜBƏ
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.