AsstrA tikinti və bəzək materialları, mebel, işıqlandırma avadanlığı və müxtəlif dekorativ məmulatlar daxil olmaqla, tikinti və təmir işləri üçün materiallarının daşınması üzrə bütün növ nəqliyyat-logistika xidmətləri göstərir.
Logistik xərclər materialların qiymətinə birbaşa təsir etdiyinə görə istehsalçılar və treyderlər logistik sxemlərin optimallaşdırılmasında maraqlıdırlar. AsstrA-nın əməkdaşları konkret yükün səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla rasional marşrutlar hazırlayırlar və münasib logistik həllər təklif edirlər. “AsstrA” daşımaların coğrafiyasından asılı olmayaraq, vaxtında çatdırılmanı təşkil edir. Etibarlı tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində AsstrA çevik qiymət siyasətini aparır və İsveçrə xidmət səviyyəsini saxlayır.
ƏLAVƏ MƏLUMAT
-
AsstrA aşağıdakı kateqoriyalı mallar daxil olmaqla, tikinti və təmir üçün materialların daşınması üzrə tam kompleks xidmətlər göstərir:
- Tikinti plastik kütələləri (plastmass) əsasında materiallar və məmulatlar
- Müxtəlif tərkibli inşaat qarışıqları
- Lak və boya məmulatları
- Dam örtüyü malları
- Yığma tikinti konstruksiyaları
- Odadavamlı tikinti materialları
- Məkanların bəzədilməsi üçün təbii və süni materiallardan hazırlanmış mallar
- Mebel
- Sanitar-texniki məmulatlar
- Məişət əşyaları
- Təmir və tikinti üçün iş alətləri
Tikinti və təmir işləri üçün materialların istehsalçıları hər il dünya bazarına on milyonlarla ton müvafiq məhsul tədarük edirlər. AsstrA nəqliyyat-logistika şirkəti intensiv yük axınının öhdəsindən gəlmək üçün qabaqcıl istehsalçılara və treyderlərə kömək edir. Şirkət əməkdaşları tikinti və bəzək materiallarının daşınması zamanı lazımi şəraiti təmin edir, sanitar və texniki normativlərə əməl olunmasına nəzarət edir. AsstrA qrupu yükdaşımaların hüquqi tənzimlənməsi üzrə dəyişiklikləri diqqətlə izləyir və istənilən malın təhlükəsiz və tez daşınmasını təmin edir.
-
Tikinti və təmir üçün malların avtomobil nəqliyyatı ilə daşınması rahat və sərfəli çatdırılma üsuludur. Avtomobil nəqliyyatının hərəkəti dəmir yolu stansiyalarının və aeroportların cədvəlindən asılı deyil. Sürücülər növbə ilə praktiki olaraq bütün sutka işləyirlər, buna görə də daşınma minimum vaxt aparır.
Təmir və bəzək materiallarının dəniz və ya dəmir yolu nəqliyyatı ilə daşınmasına uzaq məsafələrə nəql zamanı tələbat olur. Məkanların bəzədilməsi və tikinti üçün materialların hava nəqliyyatı ilə daşınması daha bahalıdır, lakin beynəlxalq nəqliyyat əlaqəsində yüklərin daha tez çatdırılma üsuludur.
“AsstrA”nın mütəxəssisləri uyğunlaşdırılmış nəqliyyat vasitələri və konteynerlər seçirlər, eləcə də aviasiya, avtomobil, dəniz və dəmiryol nəqliyyatından istifadə etməklə kombinə edilmiş sxemlər tərtib edirlər.
-
AsstrA-nın tikinti və təmir üçün materialların daşınmasının təşkili üzrə kompleks xidmətinə daxildir:
- İstehsalçılar, treyderlər və alıcıla daxil olmaqla, tədarük zəncirinin bütün iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət
- Layihənin və daşınma cədvəlinin tərtib edilməsi
- Uyğunlaşdırılmış nəqliyyatın seçilməsi
- Müxtəlif dedveyli gəmilərin fraxt edilməsi
- Tərəfdaşların Avropa və MDB-də yerləşən anbarlarında, eləcə də dəniz daşınması halında limanlarda yükə kompleks xidmət göstərilməsi
- Kompleks gömrük müşayiəti
- Yükün salamatlığı və yerinə dair günün 24 saatı və həftənin 7 günü (24/7) monitorinqin aparılması
-
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” şirkəti 20 ildən artıqdır beynəlxalq yük daşımalarını təşkil edir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini öyrənib. Tikinti və bəzək materiallarının daşınmasının xüsusiyyəylərini başa düşmə bizə ən mürəkkəb logistik tapşırıqların səmərəli həllərini hazırlamağa imkan verir.
- ETİBARLILIQ
Uyğunlaşdırılmış nəqliyyat və konteynerlərdən istifadə olunması yüklərin “qapıdan qapıyadək” təhlükəsiz çatdırılması imkanını təmin edir. Bundan başqa, daşımalar üzrə xidmətlərə müasir naviqasiya sistemlərinin köməkliyi ilə yükün salamatlığına nəzarət daxildir.
- KOMPLEKS XİDMƏTİN GÖSTƏRİLMƏSİ
AsstrA yüklərin daşınması üzrə aşağıdakı xidmətləri göstərir: nəqlin təşkil edilməsi, gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası. Dünyanın 18 ölkəsində qlobal təmsilçilk və özümüzün 8 gömrük agentliyinin olması göstərilən xidmətlərin kompleks xarakterini təmin edir.
- KOMBİNƏ EDİLMİŞ DAŞIMA SXEMLƏRİ
AsstrA nəqliyyatın bir və ya bir neçə növü ilə tikinti və təmir üçün materialların Baltikyanı, Avropa, MDB, Balkan, Mərkəzi Asiya, Yaxın Şərq regionlarına və Çinə daşınmasını təşkil edir.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ
AsstrA məkanların bəzədilməsi və tikinti üçün materialların daşınması üzrə göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur, beynəlxalq konvensiyalar və sazişlərin tələblərinə ciddi əməl edir. Hər bir sığorta hadisəsinə görə bağlanmış məsuliyyət sığortası müqavilələri üzrə məsuliyyət limiti 3 000 000 EUR təşkil edir. Sığorta ödənişini Bizim İsveçrədən olan sınanmış tərəfdaşlarımız “Zurich Versicherungs-Gesellschaft AG” (“Zurich Insurance Company Ltd”), “Basler Versicherung”, “Aktiv Assekuranz” qarşılayır.
- ÇOXİLLİK TƏCRÜBƏ
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün sorğunu saytda rəsmiləşdirə, yaxud AsstrA-nın ən yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.