“AsstrA” kükürd, karbamid və digər aqrokimyəvi məhsulların daşınması daxil olmaqla, gübrələrin daşınması üzrə nəqliyyat-logistik xidmətlərin tam kompleksini təqdim edir. Beynəlxalq Gübrə İstehsalçıları Assosiasiyası (IFA) qeyd edir ki, qlobal gübrə bazarı 2015-ci il böhranından sonra artıma qayıdır. ABŞ, Çin, Kanada və Rusiyadan olan aqrokimyəvi məhsulların iri istehsalçıları hər il 50 milyon tonadək müxtəlif gübrə növünü ixrac edir. Bu da öz növbəsində, həmin sahədə beynəlxalq yük daşımaları ilə bağlı xidmətlərə olan tələbatın artmasını şərtləndirir. Bundan başqa, logistik xərclər malın qiymətinə birbaşa təsir etdiyinə görə istehsalçılar və treyderlər logistik sxemlərin optimallaşdırılmasında maraqlıdırlar. Əməkdaşlarımız konkret yükün səciyyəvi xüsusiyyətlərini nəzərə almaqla rasional marşrutlar hazırlayırlar və münasib logistik həllər təklif edirlər. “AsstrA” aqrokimya treyderləri ilə səmərəli tərəfdaşlıq mübasibətləri qurub. Buna görə də şirkətimizin treyderlər və tədarükçülər arasında vasitəçi rolunda çıxış etmək səlahiyyəti, habelə birbaşa tədarüklər müəyyən səbəblərə görə mümkün deyilsə, o zaman sonradan tədarükçülərə satış üçün öz adından gübrə əldə etmək hüququ var. “AsstrA” daşımaların coğrafiyasından asılı olmayaraq, vaxtında çatdırılmanı təşkil edir. Etibarlı tərəfdaşlarla sıx əməkdaşlıq sayəsində şirkət çevik qiymət siyasətini aparır və İsveçrə xidmət səviyyəsini qoruyur.
ƏLAVƏ MƏLUMAT
-
YÜKLƏRİN NÖVLƏRİ
“AsstrA” mineral güblərin aşağıdakı növlərinin daşınması üzrə tam kompleks xidmət göstərir:
- Azot
- Fosforlu
- Kaliumlu
- Əhəngli
- Xlortərkibli
Kükürd tərkibli gübrələrin daşınması şirkətin daha çox tələbat duyulan istiqamətidir. Kükürd tərkibli aqrokimyəvi məhsulların istehsalçıları ildə dünya bazarına on milyonlarla ton müvafiq məhsul tədarük edir. “AsstrA” qabaqcıl istehsalçılara və treyderlərə intensiv yük axınının öhdəsindən gəlməkdə kömək edir. “AsstrA”, həmçinin Rusiya limanlarının birindən ildə həcmi 250 000 tonadək olan daşımanı təşkil və nəzarət edir.
Daşıyıcı kükürd və digər gübrələrin daşınmasının lazımi şərtlərini təmin etmək üçün kimyəvi yüklərin nəqli qaydalarına mütləq əməl etməlidir. “AsstrA” yükdaşımaların beynəlxalq tənzimlənməsi üzrə dəyişiklikləri diqqətlə izləyir və gübrələrin təhlükəsiz və tez daşınmasını təmin edir.
-
NƏQLİYYAT NÖVLƏRİ
Gübrələrin avtomobil nəqliyyatı ilə daşınması rahat və sərfəli çatdırılma üsuludur. Avtomobil nəqliyyatının hərəkəti dəmir yolu stansiyalarının və aeroportların cədvəlindən asılı deyil. Sürücülər növbə ilə praktiki olaraq bütün sutka işləyirlər, buna görə də daşınma minimum vaxt aparır.
Aqrokimyəvi məhsulların dəniz nəqliyyatı ilə daşınması uzaq məsafələrə tez, səmərəli və sərfəli çatdırılma üsuludur. “AsstrA” gübrələrin dəniz yolu ilə çardırılması üzrə xidməti inkişaf etdirir və yükün Baltik, Qara və Xəzər dənizlərinin limanlarında qəbul edilməsi, saxlanılması və sonradan göndərilməsi üzrə xidmətlər təklif edir.
Kükürdün və digər aqrokimyəvi məhsulların dəmir yolu nəqliyyatı ilə daşınmasına da uzaq məsafələrə nəql zamanı tələbat var. “AsstrA” gübrələrin “bir pəncərə” prinsipi üzrə çatdırılması üzrə servis qurub, eləcə də “Rusiya Dəmir Yolları” ASC ilə birbaşa müqavilələr bağlayıb. Bunun sayəsində müştərilərimiz tarifi vasitəçilər olmadan ödəmək imkanı qazanıblar ki, bu da yekunda logistik xərcləri azaldır. “AsstrA” dəmir yolu daşımaları üçün vaqon və konteynerlərin iri mülkiyyətçiləri ilə tərəfdaşlıq sazişləri bağladığına görə müştərilərimiz qısa müddət ərzində uyğunlaşdırılmış nəqliyyat əldə edirlər.
Aqrokimyəvi məhsulların hava nəqliyyatı ilə daşınması daha bahalıdır, lakin yüklərin beynəlxalq marşrutda tez çatdırılma üsuludur. Bununla yanaşı, gübrələrin bəzi növləri təyyarələrin göyərtəsində daşınması qadağan edilən təhlükəli kimyəvi yüklərə aiddir.
“AsstrA”nın mütəxəssisləri uyğunlaşdırılmış nəqliyyat vasitələri və konteynerlər seçirlər, eləcə də aviasiya, avtomobil, dəniz və dəmiryol nəqliyyatından istifadə etməklə kombinə edilmiş sxemlər tərtib edirlər.
-
İMKANLARIMIZ
“AsstrA” şirkətinin mineral gübrələrin və digər aqrokimyəvi məhsulların daşınmasının təşkili üzrə kompleks xidmətinə daxildir:
- Gübrə və komponent istehsalçıları, treyderlər və alıcılar daxil olmaqla tədarük zəncirinin bütün iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət.
- Layihənin və daşınma cədvəlinin tərtib edilməsi.
- Uyğunlaşdırılmış nəqliyyatın seçilməsi.
- “Panamax” tipli gəmilər daxil olmaqla, müxtəlif dedveyli gəmilərin fraxt edilməsi.
- Tərəfdaşların Avropa və MDB-də yerləşən anbarlarında, eləcə də dəniz daşınması halında limanlarda yükə kompleks xidmət göstərilməsi.
- Kompleks gömrük müşayiəti.
- Yükün salamatlığı və yerinə dair günün 24 saatı və həftənin 7 günü (24/7)
- monitorinqin aparılması.
-
ÜSTÜNLÜKLƏRİMİZ
- ÇOXİLLİK TƏCRÜBƏ
“AsstrA” şirkəti 20 ildən artıqdır beynəlxalq yük daşımalarını təşkil edir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini öyrənib. Mineral və digər gübrələrin daşınmasının xüsusiyyəylərini başa düşmə bizə ən mürəkkəb logistik tapşırıqların səmərəli həllərini hazırlamağa imkan verir.
- KOMPLEKS XIDMƏTIN GÖSTƏRILMƏSI
“AsstrA” şirkəti mineral gübrələrin daşınması üzrə aşağıdakı xidmətləri göstərir: nəqlin təşkil edilməsi, gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası. Dünyanın 18 ölkəsində qlobal iştirak və özümüzün 8 gömrük agentliyinin olması göstərilən xidmətlərin kompleks xarakterini təmin edir.
- KOMBINƏ EDILMIŞ DAŞIMA SXEMLƏRI
“AsstrA” nəqliyyatın bir və ya bir neçə növü ilə azot gübrələrinin və digər aqrokimyəvi məhsulların Baltikyanı, Avropa, MDB, Balkan, Mərkəzi Asiya, Yaxın Şərq regionlarına və Çinə daşınmasını təşkil edir.
- ETİBARLILIQ
Uyğunlaşdırılmış nəqliyyat və konteynerlərdən istifadə olunması yüklərin “qapıdan qapıyadək” təhlükəsiz çatdırılması imkanını təmin edir. Bundan başqa, maye gübrələrin və digər aqrokimyəvi maddələrin daşınması üzrə xidmətlərə müasir naviqasiya sistemlərinin köməkliyi ilə yükün salamatlığına nəzarət daxildir.
- YÜKSƏK MALIYYƏ ZƏMANƏTLƏRI
“AsstrA” kükürd və digər gübrələrin daşınması üzrə göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur, beynəlxalq konvensiyalar və sazişlərin tələblərinə ciddi əməl edir. Hər bir sığorta hadisəsinə görə bağlanmış məsuliyyət sığortası müqavilələri üzrə məsuliyyət limiti 3 000 000 EUR təşkil edir. Sığorta ödənişini Bizim İsveçrədən olan sınanmış tərəfdaşlarımız “Zurich Versicherungs- Gesellschaft AG” (“Zurich Insurance Company Ltd”), “Basler Versicherung”, “Aktiv Assekuranz” qarşılayır.
-
“AsstrA” mineral güblərin aşağıdakı növlərinin daşınması üzrə tam kompleks xidmət göstərir:
- Azot
- Fosforlu
- Kaliumlu
- Əhəngli
- Xlortərkibli
Kükürd tərkibli gübrələrin daşınması şirkətin daha çox tələbat duyulan istiqamətidir. Kükürd tərkibli aqrokimyəvi məhsulların istehsalçıları ildə dünya bazarına on milyonlarla ton müvafiq məhsul tədarük edir. “AsstrA” qabaqcıl istehsalçılara və treyderlərə intensiv yük axınının öhdəsindən gəlməkdə kömək edir. “AsstrA”, həmçinin Rusiya limanlarının birindən ildə həcmi 250 000 tonadək olan daşımanı təşkil və nəzarət edir.
Daşıyıcı kükürd və digər gübrələrin daşınmasının lazımi şərtlərini təmin etmək üçün kimyəvi yüklərin nəqli qaydalarına mütləq əməl etməlidir. “AsstrA” yükdaşımaların beynəlxalq tənzimlənməsi üzrə dəyişiklikləri diqqətlə izləyir və gübrələrin təhlükəsiz və tez daşınmasını təmin edir.
-
Gübrələrin avtomobil nəqliyyatı ilə daşınması rahat və sərfəli çatdırılma üsuludur. Avtomobil nəqliyyatının hərəkəti dəmir yolu stansiyalarının və aeroportların cədvəlindən asılı deyil. Sürücülər növbə ilə praktiki olaraq bütün sutka işləyirlər, buna görə də daşınma minimum vaxt aparır.
Aqrokimyəvi məhsulların dəniz nəqliyyatı ilə daşınması uzaq məsafələrə tez, səmərəli və sərfəli çatdırılma üsuludur. “AsstrA” gübrələrin dəniz yolu ilə çardırılması üzrə xidməti inkişaf etdirir və yükün Baltik, Qara və Xəzər dənizlərinin limanlarında qəbul edilməsi, saxlanılması və sonradan göndərilməsi üzrə xidmətlər təklif edir.
Kükürdün və digər aqrokimyəvi məhsulların dəmir yolu nəqliyyatı ilə daşınmasına da uzaq məsafələrə nəql zamanı tələbat var. “AsstrA” gübrələrin “bir pəncərə” prinsipi üzrə çatdırılması üzrə servis qurub, eləcə də “Rusiya Dəmir Yolları” ASC ilə birbaşa müqavilələr bağlayıb. Bunun sayəsində müştərilərimiz tarifi vasitəçilər olmadan ödəmək imkanı qazanıblar ki, bu da yekunda logistik xərcləri azaldır. “AsstrA” dəmir yolu daşımaları üçün vaqon və konteynerlərin iri mülkiyyətçiləri ilə tərəfdaşlıq sazişləri bağladığına görə müştərilərimiz qısa müddət ərzində uyğunlaşdırılmış nəqliyyat əldə edirlər.
Aqrokimyəvi məhsulların hava nəqliyyatı ilə daşınması daha bahalıdır, lakin yüklərin beynəlxalq marşrutda tez çatdırılma üsuludur. Bununla yanaşı, gübrələrin bəzi növləri təyyarələrin göyərtəsində daşınması qadağan edilən təhlükəli kimyəvi yüklərə aiddir.
“AsstrA”nın mütəxəssisləri uyğunlaşdırılmış nəqliyyat vasitələri və konteynerlər seçirlər, eləcə də aviasiya, avtomobil, dəniz və dəmiryol nəqliyyatından istifadə etməklə kombinə edilmiş sxemlər tərtib edirlər.
-
“AsstrA” şirkətinin mineral gübrələrin və digər aqrokimyəvi məhsulların daşınmasının təşkili üzrə kompleks xidmətinə daxildir:
- Gübrə və komponent istehsalçıları, treyderlər və alıcılar daxil olmaqla tədarük zəncirinin bütün iştirakçıları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət.
- Layihənin və daşınma cədvəlinin tərtib edilməsi.
- Uyğunlaşdırılmış nəqliyyatın seçilməsi.
- “Panamax” tipli gəmilər daxil olmaqla, müxtəlif dedveyli gəmilərin fraxt edilməsi.
- Tərəfdaşların Avropa və MDB-də yerləşən anbarlarında, eləcə də dəniz daşınması halında limanlarda yükə kompleks xidmət göstərilməsi.
- Kompleks gömrük müşayiəti.
- Yükün salamatlığı və yerinə dair günün 24 saatı və həftənin 7 günü (24/7)
- monitorinqin aparılması.
-
- ÇOXİLLİK TƏCRÜBƏ “AsstrA” şirkəti 20 ildən artıqdır beynəlxalq yük daşımalarını təşkil edir. Şirkət fəaliyyət göstərdiyi illər ərzində sənayenin müxtəlif sahələrinin özəlliklərini öyrənib. Mineral və digər gübrələrin daşınmasının xüsusiyyəylərini başa düşmə bizə ən mürəkkəb logistik tapşırıqların səmərəli həllərini hazırlamağa imkan verir.
- KOMPLEKS XIDMƏTIN GÖSTƏRILMƏSI “AsstrA” şirkəti mineral gübrələrin daşınması üzrə aşağıdakı xidmətləri göstərir: nəqlin təşkil edilməsi, gömrük müşayiəti, sığortalama, anbar xidmətləri, konsaltinq, layihə logistikası. Dünyanın 18 ölkəsində qlobal iştirak və özümüzün 8 gömrük agentliyinin olması göstərilən xidmətlərin kompleks xarakterini təmin edir.
- KOMBINƏ EDILMIŞ DAŞIMA SXEMLƏRI “AsstrA” nəqliyyatın bir və ya bir neçə növü ilə azot gübrələrinin və digər aqrokimyəvi məhsulların Baltikyanı, Avropa, MDB, Balkan, Mərkəzi Asiya, Yaxın Şərq regionlarına və Çinə daşınmasını təşkil edir.
- ETİBARLILIQ Uyğunlaşdırılmış nəqliyyat və konteynerlərdən istifadə olunması yüklərin “qapıdan qapıyadək” təhlükəsiz çatdırılması imkanını təmin edir. Bundan başqa, maye gübrələrin və digər aqrokimyəvi maddələrin daşınması üzrə xidmətlərə müasir naviqasiya sistemlərinin köməkliyi ilə yükün salamatlığına nəzarət daxildir.
- YÜKSƏK MALIYYƏ ZƏMANƏTLƏRI “AsstrA” kükürd və digər gübrələrin daşınması üzrə göstərilən xidmətlərin yüksək keyfiyyətini qoruyur, beynəlxalq konvensiyalar və sazişlərin tələblərinə ciddi əməl edir. Hər bir sığorta hadisəsinə görə bağlanmış məsuliyyət sığortası müqavilələri üzrə məsuliyyət limiti 3 000 000 EUR təşkil edir. Sığorta ödənişini Bizim İsveçrədən olan sınanmış tərəfdaşlarımız “Zurich Versicherungs- Gesellschaft AG” (“Zurich Insurance Company Ltd”), “Basler Versicherung”, “Aktiv Assekuranz” qarşılayır.