AsstrA” multimodal yük daşımalarının həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Multimodal (kombinə edilmiş, qarışıq) nəql monomodaldan fərqli olaraq iki və ya daha çox nəqliyyat növündən istifadəni nəzərdə tutur: avtomobil, hava, su və dəmir yolu. Kombinə edilmiş sxemlərdən istifadə çevik və münasib marşrut tərtib etməyə, nəqliyyat xərclərini azaltmağa, coğrafi cəhətdən uzaq məsafədə yerləşən göndərmə və gəlmə məntəqələrini “birləşdirməyə” və yüsksək sürətli çatdırılmanı təmin etməyə imkan verir. Qarışıq daşımaya görə məsuliyyəti bir şəxs daşıyır – müqavilə əsasında hərəkət edən qarışıq daşımanın operatoru. Bu cür əməkdaşlıq forması yükü göndərənin üzərinə düşən bürokratik yükü azaldır. “AsstrA” multimodal yük daşımalarını təşkil və təmin edir ki, müştərilərimiz onların bütün üstünlüklərini hiss etsinlər. Mütəxəssislərimiz sifarişçinin fərdi tələbatlarını təhlil edirlər, daşınan yükün səciyyəvi xüsusiyyətlərini nəzərə alırlar, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib edirlər. “AsstrA” marşrutun məsafəsindən asılı olmayaraq, istənilən malın vaxtında daşınmasını təmin edir. Şirkətimiz beynəlxalq nəqliyyat şirkətləri ilə məhsuldar əməkdaşlıq sayəsində çevik qiymət siyasətini aparır və sabit yüksək xidmət səviyyəsini qoruyur.
ƏLAVƏ MƏLUMAT
-
Daşıdığımız yüklərin növləri:
- Ağırçəkili
- Yüngülçəkili və həcmli
- Tökmə (aşırma), qabsız və tara-ədədi
- Böyük məsafələr üçün kiçikhəcmli yüklər
- İriqabaritli (“AsstrA” bu xidmət çərçivəsində ADR əsaslı 1-ci sinif təhlükəli və iriqabaritli yükləri daşımır)
“AsstrA”nın kompleks xidmətlərinə daxildir:
- Yükün “qapıdan qapıyadək” çatdırılması
- Nəqliyyat prosesinin bütün iştirakçılarının hərəkətlərinin koordinasiyası
- Daşımanın marşrutuna və çatdırılma müddətinə nəzarət
- Yükvurma və yükboşaltma işlərinin idarə edilməsi
- Zəruri mal (əmtəə) müşayiət sənədləri paketinin rəsmiləşdirilməsi
- Malların limanlarda işlənməsi və yüklənməsi üzrə xidmətlər
-
Multimodal yük daşımaları bir neçə nəqliyyat növünün yaxşı cəhətlərini birləşdirir. Kombinə edilmiş daşımaya qarşı tətbiq edilir:
- Ağırçəkili yüklər;
- Əndazəsiz və ən qabaritli yüklər;
- Həcmli yüngülçəkili əşyalar;
- Tökmə (aşırma) və maye halında mallar;
- Ədədhesabı qablaşdırmada mallar;
- Yığma və komplekt yüklər;
- Təhlükəli maddələr; o cümlədən ADR təsnifatı üzrə birinci sinif təhlükəli maddələr.
Yuxarıda sadalanan hər bir kateqoriya öz səciyyəvi xüsusiyyətlərilə fərqlənirlər və xüsusi rəftar tələb edirlər. Yükün konkret növü ilə iş qaydası milli və beynəlxalq səviyyədə təsbit edilib. Onlar malın xassələrindən asılı olaraq, daşımanın xüsusi qaydalarını müəyyənləşdirir. Məsələn, tezkorlanan malları, maye və əndazəsiz yükləri standart konteynerdə daşımaq olmaz. Belə yüklərin multimodal konteyner daşımaları (FCL) üçün xüsusi taradan və uyğunlaşdırılmış konteynerlərdən (refrijeratorlar, çənlər, “open top” açıq konteynerlər). Kiçik kabaturalı yüngülçəkili yüklərin kombinə edilmiş çatdırılması yığma daşımalar (LCL) çərçivəsində həyata keçirilir. Əndazəsiz və təhlükəli yüklərin multimodal daşımaları xüsusi icazələr əsasında həyata keçirilir və çoxsaylı hüquqi aktlarla tənzimlənir. “AsstrA” bütün növ yük daşımaları üzrə Rusiyanın milli və beynəlxalq tənzimləmədəki dəyişikliklərin monitorinqini həyata keçirir. Mütəxəssislərimiz bunun sayəsində hər bir konkret yükün xassələrini nəzərə almaqla təhlükəsiz və vaxtında daşımanı təmin edirlər.
-
Multimodal yük daşımalarının həyata keçirilməsi üçün hava, dəniz, dəmir yolu nəqliyyatı və avtomobillərdən istifadə olunur. Təcrübəli əməkdaşlarımız müştərinin ehtiyaclarından və yükün xüsusiyyətlərindən asılı olmayaraq, uyğunlaşdırılmış nəqliyyat vasitələrini seçməkdə və bir neçə nəqliyyat növünün ən yaxşı cəhətlərini səmərəli birləşdirməkdə kömək edir.
-
- ÇOXİLLİK TƏCRÜBƏ 20 ildən artıqdır müxtəlif sənaye sahələrinin müştərilərinə xidmət göstərmək üzrə ixtisaslaşmışıq, bu da bizə hər bir sifarişçinin fərdi tələblərini nəzərə almaqla, həll təqdim etməyə imkan verir.
- GENİŞ COĞRAFİYA “AsstrA” 18 ölkədə mövcuddur, bunun sayəsində daşımalar üzrə sorğunu Sizin üçün daha uyğun ofisdə rəsmiləşdirə bilərsiniz. Şirkətin mütəxəssisləri xarici dillərə yiyələniblər, bu da daşıma prosesinə nəzarəti xeyli asanlaşdırır.
- KOMPLEKS XİDMƏTLƏR Təcrübəli əməkdaşlarımız nəqliyyatın bütün növləri ilə multimodal yük daşımaları, tranzit anbara yığma, gömrük rəsmiləşdirilməsi, yüklərin sığortalanmasından ibarət xidmətlərin tam kompleksinə zəmanət verir. Dünyanın 18 ölkəsində mövcudluğumuz və 8 gömrük agentliyimizin olması bizə daşıma prosesini mütəmadi təkmilləşdirməyə, innovativ logistik həllər təklif etməyə imkan verir.
- UYĞUNLAŞDIRILMIŞ DAŞIMA SXEMLƏRİ Çatdırma müddətinə və daşımanın dəyərinə qarşı tələblərdən asılı olaraq müxtəlif nəqliyyat növünün iştirakı ilə müvafiq nəqliyyat sxemlərinin axtarışı və seçimi.
- ETİBARLILIQ “AsstrA” uzunmüddətli müqavilələr əsasında nəqliyyat xidmətlərinin sınanmış tədarükçüləri ilə əməkdaşlıq edir ki, bu da mürəkkəb bazar şəraitlərində sifarişlərin icrasına zəmanət verir.
- YÜKSƏK MALİYYƏ ZƏMANƏTLƏRİ Biz beynəlxalq hüququn tələblərinə cavab verən təhlükəsiz, innovativ, effektiv xidmətlərin göstərilməsinə cəmlənmişik. Daşınan yükə görə holdinqin məsuliyyəti hər bir sığorta hadisəsi üzrə 3 000 000 EUR limiti ilə sığortalanıb. Sığorta ödənişini etibarlı tərəfdaşımız “Zurich Versicherungs-Gesellschaft AG ” (İsveçrə) təmin edir".
-
Xidmətlərimiz haqqında daha ətraflı məlumat almaq üçün saytda sorğunu rəsmiləşdirə və ya “AsstrA”nın yaxınlıqdakı ofisinə müraciət edə bilərsiniz.