Daşınma marşrutu:
Brasov – Braila - Rostov-na-Donu- Kolomna - Yeqoryevsk
Yükün qabaritləri:
2 x 856 x 856 x 100 hər biri 45,0 ton
2 x 714 x 714 x 200 hər biri 35,0 ton
14 x 700 x 360 x 303 hər biri 12,0 ton
Nəqliyyat:
Müxtəlif yükgötürmə qabiliyyətli alçaq ramalı yarımqoşquların olduğu avtoqatar, yükgötürmə qabiliyyəti 50 və 350 ton olan mobil kranlar, “Konak” çay-dəniz teploxodu, “Okskiy-25” çay özüyeriyən quru yük gəmisi, yükgötürmə qabiliyyəti 250 ton olan kran, müşayiət və mühafizə maşınları
“AsstrA”nın xidmətləri:
RO+RUS marşrutunun planlaşdırılması
Bütün icazələrin alınması, körpülərin ekspertizası
Yükün marşrut üzrə daşınması
Dövlət Avtomobil Müfəttişliyi tərəfindən müşayiət, eni 8,5 metr olan avtoqatarın hərəkət edə bilməsi üçün marşrutun qismən təmizlənməsi
Limanda sənədlərin rəsmiləşdirilməsi, gəmiyə yükləmə, bərkidilmə
Barjaya yükaşırma ilə birlikdə gəmi ilə daşıma
Kolomna limanında gəminin qəbulunun təşkili
Yükün gəmidən yanalma körpüsünə boşaldılmasının təşkili, ardından üzmə-kran və mobil kranların köməkliyi ilə avtonəqliyyat vasitələrinə yüklənməsi
Yükün limanda müvəqqəti saxlanılmasının təşkili
Yükün avtomobil nəqliyyatı ilə son alıcıya çatdırılması
Daşınmanın xüsusiyyətləri:
Daşınma nəqliyyatın 3 müxtəlif növünü özündə birləşdirən kombinə edilmiş daşıma sxemi üzrə həyata keçirilib. “AsstrA”nın mütəxəssisləri təkcə marşrutun sxemini hazırlamalı, ilkin araşdırma aparmalı və bütün lazımi icazələri almalı deyildilər, həm də bütün podratçıların işini əlaqələndirməliydilər. Daşınmanı həyata keçirmək üçün əndazəsiz yüklərin daşınması məqsədilə yarımqoşquların olduğu avtoqatar, müxtəlif yükgötürmə qabiliyyətli kranlar, müşayiət məqsədilə Dövlət Avtomobil Müfəttişliyinin avtomobilləri, teploxod və özüyeriyən quru yük gəmisi cəlb olunublar.