Daşınma marşrutu:
Ranners (Danimarka) – Klaypeda (Litva) – Minsk (Belarus)
Yükün qabaritləri:
5 tank 5 x 20,00 x 5,00 x 5,00;
Çəki: hər biri 20,0 ton;
Həcm: 240 kubmetr
Nəqliyyat:
Ranners limanından Klaypeda limanınadək dəniz yolu ilə daşıma
Klaypeda limanından Minskə avtodaşıma
“AsstrA”nın xidmətləri:
Daşınma sxeminin hazırlanması
Yükün dəniz gəmisinə yüklənməsi və bərkidilməsi
Dəniz yolu ilə daşıma
Yükləmə/boşaltma mərhələsində yükün kompleks müşayiət olunması
Litva-Belarus marşrutunun yoxlanılması
İriqabaritli yüklərin daşınması üçün zəruri icazələrin alınması
Polis tərəfindən müşayiətin təşkili
Gömrük rəsmiləşdirilməsi
Daşınmanın xüsusiyyətləri:
Yüklənmiş avtomobilin hündürlüyü təqribən 6 metr olduğuna görə
kommunal xidmət əməkdaşlarının köməyinə ehtiyac yarandı.
Əməkdaşlar qafilənin hərəkət yolunda elektrik şəbəkələrin naqillərinin
tanklara toxunmaması üçün onları qaldırırdılar.
Yükün konfiqurasiyasından asılı olaraq yük yalnız iki nöqtədə qoşqunun
altına dirənirdi, bu səbəbdən avtomobil uzadıldı, xüsusi qatlar
yerləşdirildi, pnevmatika və hidravlika sistemləri sazlandı, bir sözlə
yükü zədələrdən qorumaq üçün üçün hər şey edildi.
Yükləmə zamanı daha bir vacib tələb nəzərə alındı – döngələrdə, habelə
məhdud məkan rejimində zavodun ərazisinə girişdə zəruri manevrləri
etmək üçün nəqliyyat vasitəsinin oxlarının idarə olunmasını tam
qorumaq (qoşqu ilə birlikdə yüklənmiş avtomobilin ümumi uzunluğu
28,5 metr təşkil edib)
1. Avtomobil nəqliyyatı ilə daşıma
2. Bir yerdən başqa yerə yükləmə
3. Bərkidilmə, uyğunlaşdırma və əndazəsiz yükün dəmir yolu ilə daşınması
Brest filialı (Belarus) daşınma üzərində işləyib
ASSTRA » MƏTBUAT MƏRKƏZİ » REALLAŞDIRILMIŞ LAYİHƏLƏR » “ALİVARİYA” PİVƏ ŞİRKƏTİ ÜÇÜN SİLİNDR-KONUSŞƏKİLLİ TANKLARIN (BAKLARIN) DAŞINMASI