Daşınma marşrutu:
İtaliya-Özbəkistan
Yük:
Buxar qazanları
Qabaritlər:
3 ədəd– 8467 х 3232 х 3670 mm = 40000 кq hər biri
1 ədəd – 10100 х 3350 х 3820 mm = 51000 kq
Nəqliyyat:
Daşıma üçün ixtisaslaşdırılmış avtonəqliyyatdan, o cümlədən “AsstrA”nın öz nəqliyyatından istifadə olunub. Brestdə dəmiryol nəqliyyatına yükləmə həyata keçirilib – Belarus və Rusiya dəmir yollarına məxsus 4 dördoxlu transportyor
“AsstrA”nın xidmətləri:
- Daşıma sxeminin hazırlanması
- Bütün lazımi sənədlərin rəsmiləşdirilməsi
- Yükün dəmiryol nəqliyyatında bərkidilmə sxeminin hazırlanması
- Brestdə dəmiryol stansiyasınadək avtomobil daşıması
- Avtomobil nəqliyyatından dəmiryol nəqliyyatına yükləmə prosesinə nəzarət
- Marşrut boyu polis avtomobillərinin daşımanı müşayiət etməsi
Daşınmanın xüsusiyyətləri:
Daşıma üçün sadə olmayan marşrut seçilib. Yük iki hissəyə bölünüb: birincisi İtaliyadan Brestədək, ikincisi isə İtaliyadan Polşayadək hərəkət edib, burada isə sonradan Brestə nəql edilməsi üçün bir yerdən başqa yerə yükləmə həyata keçirilib. Hərəkət praktiki olaraq quru marşrutu boyu polis maşının müşayiəti ilə həyatakeçirilib. Bu zaman problemli sahələrdə qarşıdan gələn hərəkət zolaqlarının
qismən bağlanması ilə birlikdə daşıma müəyyən edilmiş müddətə ciddi əməl
olunmaqla reallaşdırılıb. Ardından yük tam tərkibdə dəmiryol nəqliyyatı ilə Brestdən Özbəkistandakı təyinat məntəqəsinədək göndərilib.