“AsstrA” şirkətlər qrupunun Minsk və Brest ofisinin mütəxəssisləri 2009-cu il yanvarın əvvəlində “Brestskoe pivo” ASC (Belarus) üçün 7 ədəd silindr-konus şəkilli tankların daşınmasının texniki cəhətdən təmin edilməsini həyata keçirib. “AsstrA” şirkətlər qrupunun əməkdaşları əndazəsiz yükün çatdırılması üçün lazım olan bütün tapşırıqları əlaqələndiriblər: xüsusi icazənin, Dövlət Avtomobil Müfəttişliyinin mühafizə avtomobillərinin və “BTL-Beltraslayn” fərdi müəssisənin öz mühafizə avtomobillərinin alınması, hərəkət layihəsinin hazırlanması.
Silindr-konus şəkilli tankları dəniz gəmisi ilə Danimarkadan Klaypeda limanına gətirilib və ixtisaslaşdırılmış avtonəqliyyata yüklənib.
Hər bir tankın ölçüsü 18,5 x 5,5 x 5,65 metr, çəkisi isə 24 000 kq təşkil edir.