Yük:
4 partiya kompressor, hər birinin ölçüsü 6110х4100х3820 mm = 57000 kq
Daşınma marşrutu:
Almaniya – Lübek (Almaniya) – Sankt-Peterburq – Rusiya
Nəqliyyat:
Lübek limanınadək Almaniya ərazisi üzrə avtomobil nəqliyyatı ilə daşıma
Roll-treylərə yükləməklə birlikdə RO-RO tipli xətt gəmisində dəniz nəqliyyatı ilə daşıma
Sankt-Peterburq limanından Rusiya ərazisi üzrə avtomobil nəqliyyatı ilə daşıma
“AsstrA”nın xidmətləri:
Daşıma, aşırma
Konsolidasiya
Qoruyub saxlama
Sığortalama
Daşınmanın xüsusiyyətləri:
Xüsusi icazələrin rəsmiləşdirilməsi
Marşrutun yoxlanılması
Yol işarələrinin ləğvi və quraşdırılması
Yol polisi avtomobollərinin müşayiəti
Bu cür eni olan yükün keçidi üçün Lübek şəhərinin girişində yolun təmir olunan hissəsinin yenidən qurulması
Fəxr edirik:
4 ədəd yük 3 partiya ilə 2 həftəlik aralıqla göndərildiyinə görə, heç bir partiya yolların təmir olunması səbəbindən Almaniya ərazisi üzrə eyni marşrutla gedə bilməyib. Hər dəfə marşrut və marşurutun dəyişdirilməsi yoxlanılıb.
Lübek şəhərinin girişində yolun hissələrinin birində yükün sonuncu partiyası həmin sahədə planlaşdırılmayan təmir olduğuna görə yol polisi tərəfindən saxlanılıb. Bu sahədə hərəkət elə təşkil olunmuşdu ki, çəpərlər və mühəndis qurğuları bu cür eni olan avtoqatarın keçidinə mane olurdu. Bu təmirə görə məusliyyət daşıyan şəxslə brilikdə qısa müddət ərzində podratçını tapmaq və nəqliyyatın hərəkətinə icazə almaq mümkün oldu. Əsas çətinlik ondan ibarət idi ki, yol polisinin tələbi ilə hər şeyi ilkin vəziyyətinə gətirmək məxburiyyəti yaranırdı. Nəticədə briqadanın biri avtoqatarın qarşısında maneələri sökürdü, ikinci briqada isə avtoqatarın arxasında yenidən quraşdırırdı. Təqribən 1,5 kilometrlik uzunluğunda olan sahədən keçid təqribən 6 saat vaxt apardı.
The JS code beautifier will take care of your dirty JavaScript, assuring a syntax error-free solution.