Daşınma marşrutu:
Almaniya, Bieberach – Belarus, Vitebsk, Polşada yenidən qoşma ilə (Poznan)
Yükün qabaritləri:
Uzunluq+En+Hündürlük=Çəki
18000×3000×4000 mm = 26t
“AsstrA Transport AG”nin xidmətləri və daşınmanın xüsusiyyətləri:
Daşınmanın təşkili daşınan kranla bağlı bütün çertyojların və xüsusiyyətlərin öyərnilməsi ilə başlayıb. Bu sənədlərin təhlili ixtisaslaşdırılmış hərəkət tərkibinin düzgün seçilməsi üçün lazımdır.
Bu daşınma üçün aşağıdakı nəqliyyat vasitəsi cəlb olunub:
“Asstra Polska”ya (Poznan şəhərindəki filial) məxsus 0,-0,5 metr hündürlüyü olan tənzimlənən yükləmə meydançası, ardıcıl açılma (qoşqunun ön hissəsi) ilə birlikdə
“Faymonville” 3 oxlu alçaq ramlı yarımqoşqu
“Asstra Polska” və “BTL-Beltranslayn” fərdi müəssisəyə (Belarus) məxsus 6x4 formalı təkəri olan “Scania” yəhər dartıcıları
Sifarişin icrası 2 mərhələdə yerinə yetirilib:
- Almaniyaya yükləmə üçün qoşqulu dartıcının verilməsi, birbaşa yükləmə və Poznandakı (Polşa) “Asstra Polska”nın bazasına çatdırılma
- “BTL-Beltranslayn” fərdi müəssisəyə məxsus 3 oxlu dartıcının “Asstra Polska” bazasına verilməsi və yüklə dolu qoşqunun boşaldılması üçün Vitebskə çatdırılması
Yükləməyə gələnədək “Asstra Polska” Poznan və “BTL-Beltranslayn” fərdi müəssisəsinin mütəxəssisləri tərəfindən qabaqcadan tranzit ölkələri üzrə bütün zəruri xüsusi icazələr və yükün pilot müşayiəti sifariş olunub. Həmçinin, Vitebsk şəhərindən keçid üçün yüksək gərginlikli naqillərin və rabitə naqillərinin qadırııması məqsədilə ixtisaslaşdırılmış vışka sifariş edilib.
Daşınmanın xüsusiyyətləri:
Bu daşınmada istifadə olunan yarımqoşqunun konstruktiv özəlliyi ondan ibarətdir ki, yarımqoşqunun ön hissəsi açılır və yüklənən yükün sərbəst keçid imkanı var.
Most households have an unsolved Rubik's Cube. You can esily solve it learning a few algorithms.