İsveçrədən Belarusa ilk 5 ədəd iriqabaritli yükün daşınması
Hər birinin kütləsi 54,1 ton olan 5 ədəd iriqabaritli yükün daşınması
Daşımalar “AsstrA” şirkətlər qrupuna məxsus ixtisaslaşdırılmış hərəkət tərkibi ilə 12.03.2008-15.05.2008 tarixləri arasında daşınıb, yəni 2 aydan bir az çox vaxt aparıb, bundan əvvəl 1 ay hazırlıq işləri görülüb. Daşımalar Belarus Respublikasında mövsümi çəki məhdudiyyətlərinin tətbiq edildiyi dövrdə başlayıb, bu da bu cür qabaritli və çəkisi olan yüklərin onsuz da mürəkkəb daşınma prosesini xeyli çətinləşdirib. Bundan başqa, yükü göndərən və onu alan tərəfindən kran avadanlığının verilməməsi layihəyə əlavə çətinlik yaradıb. Ağırçəkili baha qiymətli avadanlığın yüklənməsi və boşaldılması “AsstrA”nın ixtisaslaşdırılmış yarımqoşquların təchiz edildiyi qaldırıcı mexanizmlərilə həyata keçirilib.
Sürücülərin gözəl bilikləri, onların dəqiq hərəkətləri, “AsstrA” şirkətlər qrupunun bir neçə ofisinin əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti sayəsində daşımalar ən yüksək keyfiyyətli səviyyədə baş tutub və layihədə iştirak etmiş müştərinin və digər tərəflərin təşəkkürünü qazanıb.