“AsstrA” 2018-ci ilin yanvarında Rumıniyanın paytaxtı Buxarestdə yeni ofis açıb. “AsstrA” Avropada, MDB və Asiya ölkələrində coğrafi təmsilçiliyini genişləndirərək müştərilərə daha yaxın olur, onların sorğularına operativ reaksiya verir və xidmətlərin tam kompleksini təqdim edir.
“AsstrA”nın Rumıniyadakı regional meneceri Pavel İvanov-Kolakovski qeyd edir:
“Hazırda Rumıniya Avropa İttifaqında iqtisadi artım tempinə görə ilk yerlərdən birini tutur. Daxili istehlak davamlı artır. “AsstrA” holdinqi Rumıniya bazarında beynəlxalq logistik servis seqmentində satışların əhəmiyyətli dərəcədə artışını müşahidə edir. Bundan başqa, son vaxtlar nəqliyyat-logistik xidmətlərin fəal istehlakçıları bu ölkənin iştirakı ikə “treyd leynlər” üzrə ticarətin həcmlərini xeyli artırıblar. Bu və bir çox digər səbəblərə görə Rumıniyada ofis açmaq qərarı qəbul edilib. Bilavasitə iştirak bizi müştərilərə daha yaxın edəcək və onların etimadını qazanmağa kömək edəcək”.
“AsstrA”nın yeni nümayəndəliyi nəqliyyat-logistik xidmətlərin geniş siyahısını təklif edir, avtomobil yükdaşımaları onların arasında əsas önəm kəsb edir. Hazırda Rumıniya ofisi daha çox Avropa ərazisi boyu, MDB və Avropa ölkələri arasında, habelə Rusiyanın uzaq regionlarından MDB ölkələrinə və əks istiqamətlərdə daşımalar üzrə ixtisaslaşıb. İnkişaf perspektivində Çin və Asiyaya malların ixracı, eləcə də Rusiyanın uzaq regionlarından MDB ölkələrinə və əks istiqamətdə multimodal konteyner daşımaları var.
“AsstrA”nın Rumıniyadakı regional meneceri Pavel İvanov-Kolakovski vurğulayır:
“AsstrA” brendinin beynəlxalq logistika sahəsində Rumıniya bazarında əsas oyunçulardan biri qismində irəliləyişi şirkətin planlarına daxildir”.
“AsstrA”nın Rumıniya ofisi tökmə (aşırma), maye, əndazəsiz və digər yüklərin daşınması sahəsində peşəkar xidmətlər təklif edir. Şirkət hazır, zamanın sınağından keçmiş nəqliyyat-logistik tapşırıqların həllərini, habelə xalq istehlakı malları (FMCG), avtomobil sənayesi, “High-Tech”, dəb sənayesi, kosmetika sənayesi və ya maşınqayırma sahələri üçün davamlı olaraq yeni sxemlər hazırlayır. Yuxarıda qeyd edilənlərə əlavə olaraq, şirkət yükün sığortalanmasını təmin edir, gömrük rəsmiləşdirilməsinə kömək edir, layihə logistikasını təşkil edir və konsaltinq xidmətlər göstərir.