“AsstrA-Associated Traffic AG” beynəlxalq şirkətlər qrupu 2017-ci il ərzində fəaliyyətinin nəticələrinə yekun vurub.
Ötən il ərzində “AsstrA”nın dövriyyəsi 250 milyon avro təşkil edib ki, bu da 2016-cı ilin oxşar göstəricisindən 35 faiz çoxdur, ümumi mənfəəti isə 25 faiz artıb.
Şirkətdə yenə də ən çox tələb edilən avtomobil nəqliyyatı ilə daşımalaradır: şirkətin bütün göndərmələrinin 81 faizi avtomobil nəqliyyatı ilə daşımaların payına düşür. “AsstrA” 2017-ci ildə 114,9 min avtodaşıma həyata keçirib. Konteyner göndərmələrinin sayı 4,3 min, avidaşımalar 4 min, intermodal daşımalar isə 3,9 min təşkil edib. “AsstrA”, həmçinin dəmir yolu ilə daşımalar üzrə 1,3 min sifarişi işləyib hazırlayıb. 2016-cı ilin göstəricilərinə nisbətən daşınmış bütün yüklərin ümumi çəkisi 8,6 faiz artaraq 3,8 milyon ton təşkil edib.
“AsstrA-Associated Traffic AG” dünya üzrə daşımlaar üçün 1 100-dən artıq marşrut təklif edir. 2017-ci ilin nəticələrinə əsasən, aşağıdakı istiqamətlərə daha çox tələbat olub: “Polşa-Rusiya” istiqaməti üzrə 6 000-dən çox göndərmə, “İtaliya-Rusiya” istiqaməti üzrə 4 400 göndərmə, “Rusiya-Belarus” istiqaməti üzrə 3 700 göndərmə, “Almaniya-Rusiya” istiqaməti üzrə 3 600 göndərmə və “İtaliya-Polşa” istiqaməti üzrə 2 700 göndərmə.
İlin yekunları göstərdi ki, şirkətlər qrupu maşınqayırma və elektrotexnika sənayesi sahələrində daha çox yük daşıyıb. Malların ümumi sayının 18,28 faizi bu sahələrin payına düşüb. Onlardan başqa, yerinə yetirilmiş çatdırmaların həcmi üzrə ağac emalı sənayesi məhsulları (11,34 faiz), eləcə də rezin və plastik kütlədən olan məmulatların istehsalı sahələri (10,65 faiz) lider olublar.
“AsstrA”nın mütəxəssisləri ekspress (sürətli) çatdırılma xidməti üzrə təqribən 5 min sifarişi işləyib hazırlayıblar, bununla da onlar 2016-cı illə müqayisədə göstəricini 27 200 faiz artırıblar. Ekspress çatdırılma xidmətləri üzrə göstəricilərin artması elektron kommersiya bazarının inkişafı və bu bazar seqmentinə aid yüklərin operativ çatdırılmasına olan tələbatın çoxalması ilə əlaqədardır.
Çindən konteynerli sürət qatarlarına tələbat əhəmiyyətli dərəcədə artıb. 2,5 min göndərmə olub ki, bu da keçən ilki göstəricidən 1 900 faiz çoxdur. Layihəli əndazəsiz daşımalar üzrə sifarişlər də 1 725 faiz artıb.
Çin dünya iqtisadiyyatında getdikcə daha çox lider mövqelər tutur. Sürətli konteyner qatarları müddət baxımından dəniz daşımalarına və vəsait baxımından hava daşımalarına yaxşı alternativdir. “AsstrA” bu istiqamətdə öz kompetensiyasını xeyli gücləndirib: Trans-Sibir magistralında dəmiryolu xidmətlərinin inkişafında fəal iştirak edib, buna görə 2017-ci ildə Trans-Sibir daşımaları üzrə Əlaqələndirici Şuradan təşəkkürə layiq görülüb, eləcə də assosiasiyanın üzvü statusunu təsdiq edən sertifikat alıb. Bütün bunlar istehlakçıların bu servisə tələbatını yaradıb.
“AsstrA-Associated Traffic AG” irimiqyaslı layihələrin reallaşdırılmasında fəal iştirak edir ki, bu da əndazəsiz daşımalar üzrə sifarişlərin sayının artmasına gətirib çıxarıb. Bu cür yüklərin nəqli 2017-ci ildə ümumi dövriyyənin 3 faizini qazandırıb və şirkətlər qrupu bu göstəricini 2018-ci ilin sonunadək 5 faizə qədər artırmağı planlaşdırır.
“AsstrA”nın baş direktoru Dmitri Laqun ötən ilə yekun vurarkən bildirib: “2017-ci il Bizim üçün ən qeyri-standard və kompleks tapşırıqların həlli dövrü oldu. Məhz bu bizə yeni peşəkar səviyyəyə yüksəlməyə, daha geniş baxmağa və yeni perspektivli layihələr və istiqamətlər üzə çıxarmağa kömək etdi. Biz 2018-ci ildə “treyd-leyn” menecmentliyi fəlsəfəsinə sadiq qalmağa davam edəcəyik və hazırda 1 100-dən çox marşrut üzrə universal logistik həllər təklif edirik, lakin bununla kifayətlənmək istəmirik”.
“AsstrA” yaxın üç il üçün inkişaf strategiyasını hazırlayıb, strategiyada əsas istiqamətlər ayrıca qeyd edilib. Təmsilçilik coğrafiyasını təkcə Avropa və MDB ölkələrində deyil, həm də Amerikada xeyli genişləndirmək, sahə layihələrində mövqeləri möhkəmləndirmək planlaşdırılıb. Şirkətin mütəxəssisləri sahə layihələri çərçivəsində konkret sahələr, məsələn, kimya, avtomobil, metallurgiya sahələri üçün logistik xidmətlər göstərirlər. Bundan başqa, avadanlıq, aqrar sənaye məhsulları, məişət texnikası və elektronika mallarının daşınması üzrə sifarişlərin sayını artırmaq nəzərdə tutulub.
“AsstrA” 2018-ci ilin əvvəlində təmsilçilik şəbəkəsini genişləndirib: Rumıniyada ofisini açıb, İspaniya, Avstriya, Çin və Rusiyada agentləri yaranıb. Şirkətlər qrupu hazırda MDB, Avropa və Asiyanın ölkəsində təmsil olunub.
Şirkətlər qrupu, həmçinin ekspeditor və daşıyıcı qismində özünün məsuliyyət sığortasının imkanlarını artırıb. Belə ki, “AsstrA”nın müştərilər qarşısında öhdəliyi 3 milyon avro həddində sığortalanıb ki, bu da ötən illərin məbləğini 3 dəfə üstələyir. “AsstrA”nın daşıyıcı və ekspeditor qismində məsuliyyət sığortasını “Zürich Versicherungs-Gesellschaft AG” şirkəti öz üzərinə götürüb.
Şirkət haqqında arayış:
“AsstrA-Associated Traffic AG” baş ofisi Sürixdə (İsveçrə) yerləşən beynəlxalq şirkətlər qrupudur. Qüsursuz etibara sahib olan şirkətin logistika sahəsində 20 ildən artıq təcrübəsi var. Şirkət MDB, Avropa və Asiyanın 18 ölkəsində təmsil olunub.
“AsstrA” müxtəlif nəqliyyat vasitələri ilə beynəlxalq daşımaların təşkili, idxal-ixrac müşayiəti, yüklərin sığortalanması, layihə logistikası, eləcə də ticarət, anbar və gömrük xidmətlətindən ibarət xidmətlərin tam kompleksini təqdim edir.
“AsstrA” ofis coğrafiyasının geniş olması və peşəkarlarla əməkdaşlıq sayəsində cəlbedici qiymətlər üzrə logistik həllər təklif edir və hər bir müştərinin və tərəfdaşın tələbatını nəzərə alır. “AsstrA” Beynəlxalq Ekspeditor Assosiasiyaları Federasiyasının (FIATA) və Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının üzvüdür, habelə ISO 9001, ISO 14001, OHSAS 18001 sertfikatlarına malikdir.