2018 ci il “AsstrA-Associated Traffic AG” üçün sonsuz imkanlar yaradacağı aşikardır. Bu il şirkət Rumıniya da ofis açdı, qlobal sığorta lideri ilə tərəfdaşlığa başladı və fəaliyyətini yeni “AsstrA Chemical Logistics” layihəsinin həyata keçirilməsinə öz töhfəsini verən kimya sənayesi ilə bağlı fəaliyyətini genişləndirməyi qərara aldı.
“AsstrA Associated Traffic AG” 20 ildən artıqdır ki, çoxsaylı beynəlxalq logistika və nəqliyyat xidmətləri həyata keçirir. “AsstrA” nın geniş ticarət marşrutları sayəsində, xidmətdən yararlanan müştərilər dünyanın dörd bir yanından şirkətə müraciət edirlər. Şirkət layihə logistikası hazırlayarkən onun hər bir müştərinin ehtiyaclarına tam uyğun şəkildə işlənməsinə xüsusi diqqət yetirir. Bu səbəbdən yeni bir layihə olan “AsstrA Chemical Logistics” ərsəyə gətirildi.
Kimyəvi məhsulların daşınması müştərilərin daha cox diqqətini cəlb etməyə başlayıb. 2017 ci ildə “AsstrA Associated Traffic AG” 2006 cı il üzrə statistik məlumatlar ilə müqayisədə 25% daha çox yük daşımaları həyata keçirmişdir. Layihə rəhbəri İrina Gneusheva-Borodko qeyd edir ki, kimyəvi məhsulların ixracının davamlı artması sayəsində qərara alındı ki, göstərilən sahənin ayrılması ən tələbkar müştərilərin ehtiyaclarına cavab verəcək etibarlı həll yolları təqdim etməyə yardımçı olacaqdır. Kimya sənayesi geniş çeşidli məhsullardan ibarətdir. 2017- ci ildə müştərilər tərəfindən ən çox plastik məhsulların daşınmasına üstünlük verilib və bu ümumi kimyəvi məhsulların daşınmasının 59,27% -ni təşkil edib. Daha sonrakı yeri digər kimyəvi məhsullar (əczaçılıq, gigiyena, qida məhsulları və s.) tutmuşdur. Yuxarıda göstərilən materiallardan başqa, “AsstrA Associated Traffic AG” həmçinin üzvi, qeyri-üzvi kimyəvi maddələrin, ekstraktların, boyalar və rezin materialların daşınmasını həyata keçirib.
“AsstrA Associated Traffic AG” yüksək keyfiyyətli xidmət nişanı olan müxtəlif sertifikatlara layiq görülüb. Qeyd etmək lazımdır ki, şirkət ISO 9001:2008 və ISO 14001:2004 standartlarına uyğun sertifikatlaşdırılmışdır. Bu nailiyyətlər yüksək mühit və idarəetmə sisteminin standartlarının göstəricisidir. Bundan əlavə, “AsstrA AG” şirkətində mütəmadi olaraq TKQS yoxlama sistemi mövcuddur. Müsbət nəticələrə görə şirkət kimyəvi məhsullarla işləyərkən əməliyyatların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verən TKQS (Təhlükəsizlik və Keyfiyyət Qiymətləndirmə Sistemi) sertifikatına sahibdir.
Müxtəlif yük növləri ilə əlaqədar bir çox müddəalar mövcuddur. Kimyəvi məhsulların daşınmasında olduğu kimi, 2 növ yük mövcuddur: ADR təsnifatı üzrə təhlükəli yüklər və ADR təsnifatına aid olmayan yüklər. Saxlama və ya daşınma prinsiplərinə riayət olunmaması ciddi qanunvericilik və sağlamlıq nəticələrinin riski ilə bağlıdır.
"Bizim prioritetimiz ətraf mühitin və insanların təhlükəsizliyini təmin etməkdir", Irina Gneusheva-Borodko bildirir.
ADR təsnifatına aid olmayan yüklərin daşınması zamanı “AsstrA Associated Traffic AG” şirkətinin əsas məqsədi rütubətlik dərəcəsi, istilik və mexaniki zərərə qarşı qorunma ilə bağlı olan əməliyyat xüsusiyyətlərini qorumaqdır. ADR təsnifatına aid olmayan yüklər adətən əczaçılıq məhsulları, mineral gübrələr və dezinfeksiya üçün istifadə olunan məhsullardan ibarət olur. Nəzərə almaq lazımdır ki, daşınma prinsipləri verilən kimyəvi tərkibin ümumi vəziyyətindən asılıdır.