“AsstrA-Associated Traffic AG” beynəlxalq nəqliyyat-logistika şirkəti uzun illər ərzində dəmir yolu nəqliyyatından istifadə etməklə daşımaların təşkilində ixtisaslaşıb. Sənayenin müxtəlif sahələrindən olan dünyanın iri liderləri, habelə kiçik və orta sahibkarlığın nümayəndələri çoxillik təcrübəyə və yüksək xidmət keyfiyyətinə güvənərək bu logistik xidmətlərdən yararlanırlar. 2015-2017-ci illər dövründə göndərilmiş vaqonların sayı təqribən 6 dəfə artaraq 4500 vaqon təşkil edib. 2017-ci ilin yekunları üzrə dəmir yolu daşımaların dövriyyəsi 18,7 milyon avro təşkil edib.
Dəmir yolu ilə daşınmaların əsas üstünlüklərindən biri iriqabaritli yükləri uzaq məsafələrə nəql etmək imkanıdır. Hərçənd, avtomobil nəqliyyatının köməkliyi ilə bunu həyata keçirmək çətindir və ya mümkün deyil. Hərəkət tərkibi vahidinin böyük yükgötürmə qabiliyyəti sayəsində daşımanın bu cür növü malların böyük partiyasını xüsusi vaqonlarda minimum iş vaxtı ilə nəql etməyə imkan verir. Bundan başqa, dartıcı tərkib yüksək etibarlılığa malikdir ki, bu da yükü alıcıya bütöv və salamat çatdırmağa imkan yaradır. Digər nəqliyyat növlərindən fərqli olaraq, dəmiryol nəqliyyatı hava şəraitindən asılı deyil və ekoloji ən təmiz vasitədir.
“AsstrA-Associated Traffic AG” dəmir yolu nəqliyyatı sahəsində logistik həllərin geniş çeşidini təklif edir. Şirkətin mütəxəssisləri dəmir yolu nəqliyatı ilə layihəli və iriqabaritli daşınmaları təşkil edirlər, daşınan malın peşəkar səviyyədə yüklənməsi və bərkidilməsi sxemlərini hazırlayırlar. “AsstrA” tara-ədəd yükləri, əndazəsiz və ağırçəkili yüklər, habelə tökmə (aşırma) və maye yüklər daxil olmaqla, praktiki olaraq hər bir yükün çatdırılmasını həyata keçirir. Şirkət metallurgiya sahəsinin məhsullarının, habelə kağız, karton, çap məmulatları daxil olmaqla, kağız sənayesi məmutlarının nəqlini həyata keçirir. “AsstrA”, o cümlədən kimya, tikinti, avtomobil və digər sahələr üçün münasib logistik həllər təklif edir. Xalq istehlakı mallarının refrijeratorlu (soyuducu) konteynerlərdə daşınması əsas xidmətlər siyahısına daxildir. Təhlükəli yüklər də istisna təşkil etmir. Şöbə müdiri dəmir yolu daşımalarının Dmitrij Mikelev qeyd edir ki, təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması xüsusi qaydalara müvafiq olaraq və yükün aid olduğu təhlükə sinfindən asılı olaraq müəyyən konteynerlərdən istifadə etməklə həyata keçrilir: “Bizim şirkətimizin mütəxəssisləri konkret malın xassələrindən çıxış edərək təhlükəsiz və sürətli çatdırılmanı təmin edirlər”.
Şirkət dəmiryol daşımaları seqmentində ildən-ilə öz mövqelərini gücləndirir. 2017-ci ildə “AsstrA” və “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Korporativ Nəqliyyat Xidməti Mərkəzi (Центр фирменного транспортного обслуживания) arasında Rusiya üzrə tranzit marşrutlarının ödənişi üzrə müqavilə bağlanıb. Dmitrij Mikelev bildirib: “Öz kodlarımız sayəsində hazırda biz Brestdən Çinədək dəmiryol tariflərini ödəyə bilirik, bu yolla da Belarus, Rusiya və Qazaxıstanı əhatə edirik”.
“AsstrA” göstərilən dəmiryol-nəqliyyat xidmətləri çərçivəsində, həmçinin Çin-Avropa/MDB-Çin istiqaməti üzrə sürətli konteyner qatarlarında yüklərin çatdırılmasını təklif edir. Çatdırılma Zabaykalsk (şimal dəhlizi), Nauşki (monqol dəhlizi) və Dostık (cənub dəhlizi) üzərindən həyata keçirilir. Daşımaların bu növünə olan yüksək tələbat sayəsində konteyner qatarlarının Çindən Avropaya hərəkət tezliyi həftədə 26 nəqliyyata, Avropadan Çinə isə həftədə 21 dəfəyə çatıb.
Polşa Çin-Avropa/MDB-Çin marşrutunda vacib məntəqədir. Avropa İttifaqının Statistika Xidmətinin (Avrostat) qiymətləndirmə məlumatları göstərir ki, dəmir yol nəqliyyatı ilə Çindən Polşaya daşınan yüklərin həcmi təqribən 86 min ton təşkil edib. Bu, Çexiya və Almaniyadan sonra üçüncü göstəricidir. Polşa Avropanın əsas nəqliyyat yollarının kəsişməsindəki coğrafi mövqeyinə görə strateji tranzit qovşağıdır. “AsstrA” Polşada üç şəhərdə təmsil olunub. Şirkətin ən böyük ofislərindən biri Varşavadadır, digər ofislər isə Poznan və Qdanskda yerləşir.
Ölkənin şərq sərhədində yerləşən Malaşeviçe şəhərində Polşa/Belarus (Brest) sərhəd stansiyası fəaliyyət göstərir. Burada peşəkar səviyyədə yüklərin yüklənməsi xidmətləri göstərilir. Dmitrij Mikelev bildirir ki, şirkətin Brestdəki ofisinin mütəxəssisləri sərhəd stansiyalarında avtomobil və ya 1435 mm standart iz vaqonundan 1520 mm geniş iz vaqonuna və ya konteynerə yükləməni təşkil edirlər: “Biz ehtiyac yaranarsa, həmçinin digər şirkətlərin öz vaqonlarını texniki reysə təqdim edirik”.
Digər əsas sərhəd stansiyaları Çin və Qazaxıstan sərhədindəki Altınkol/Xorqos, Dostık/Alaşankou şəhərlərində, eləcə də Çin və Rusiya sərhədindəki Zabaykalsk/Mancuriya şəhərlərində yerləşir.
“AsstrA”nın dəmiryol daşımalarının geniş coğrafiyası Balkan yarımadası daxil olmaqla, Avropa ərazisində, habelə MDB ölkələrində xidmətlər göstərməyə imkan verir. O cümlədən servis həm Avropa ölkələri və Qafqaz arasında, həm də Avropa və Mərkəzi Asiya ölkələri arasında yüklərin daşınmasını əhatə edir. “AsstrA” həmçinin, Çin, Avropa və MDB ölkələri arasında, habelə Monqolustan, Avropa və MDB ölkələri arasında daşımalarda maraqlı olan müştərilərlə əməkdaşlıq edir. “AsstrA” iddialı logistik provayder olaraq dəmir yol daşımalarının və onlara müvafiq olan xidmətlərin inkişaf etdirilməsi üçün daim yeni imkanlar axtarışındadır. Dmitrij Mikelev qeyd edir: “Bizim Bakı-Tbilisi-Qars vasitəsilə dəmiryol nəqliyyatının ən cənub dəhlizini inkişaf etdirmək planımız var”.