“AsstrA” şirkətlər qrupu geyim, aksessuar, tekstil, furnitur və digər məhsulların çatdırılması daxil olmaqla, yüngül sənaye mallarının beynəlxalq daşınmasının təşkili üzrə kompleks nəqliyyat-logistika xidmətləri təklif edir. Göstərilən xidmətlərin keyfiyyətinin həmişə yüksək qalması üçün holdinq yeni profil şöbəsi olan “Asstra Fashion & Beauty Logistics” təsis edib. Şöbənin əməkdaşları tikiş sənayesinin nümayəndələrinin sorğularını və tələbatlarını dərindən öyrəniblər. Bazarın dəqiq təhlili aktual təkliflər formalaşdırmağa və innovativ logistik həllər yaratmağa imkan verir.
“AsstrA” şirkətinin mütəxəssisləri hər gün tədarüklərin fərdiləşdirilən sxemlərini hazırlayırlar. Şirkətin ekspertləri müştərilərin tələblərini, yükün xüsusiyyətlərini nəzərə alırlar və uyğun nəqliyyat növlərini seçirlər: avtomobil, dəmir yolu, dəniz və avisasiya. Əməkdaşlarımız ehtiyac yarananda kombinə edilmiş çatdırılma sxemlərini həyata keçirirlər.
“AsstrA”nın müştəri portfelinə səmərəli logistik sxemlərində maraqlı olan dünya dəb brendləri və pərakəndə şəbəkələr daxildir. Ticarət mərkəzlərində yerləşən anbarlar məhsulların uzun müddət saxlanılması üçün nəzərdə tutulmadığına görə, yüngül sənaye müəssisələri təcili tədarüklərə ehtiyac duyurlar. “AsstrA Fashion & Beauty Logistics” şöbəsinin müdiri Fyodor Pakuş bildirib: "Daşınan bütün mallar birbaşa mağazaların rəflərinə qoyulur və tez satılır. Buna görə də vaxtında çatdırılma bu seqmentdə böyük əhəmiyyət kəsb edir. Əgər daşınma zamanı ləngimələr yaranırsa mağaza malı almır, sifarişçi isə gəlir itirir”.
Hazırda dəb sənayesi “fast fashion” və “ultra fashion” trendləri dövrünü yaşayır. Bu o deməkdir ki, kolleksiyalar mağazalarda mövsümdə deyil, hər ay bir neçə dəfə dəyişir. Belə şəraitdə çatdırılma müddəti əsas rəqabət üstünlüyünə çevrilir. “AsstrA” şirkətinin mütəxəssisləri tədarük zəncirini optimallaşdırırlar və sifarişin yerinə yetirilməsini sürətləndirirlər. Optimallaşdırmanın üsullarından biri sürücülər dörd və ya altı növbədə işləyəndə daşınmanın həyata keçirilməsinin növbəli cədvəlidir. Növbəli cədvəl sayəsində nəqliyyat Polşa-Belarus sərhədini keçmək üçün zəruri olan vaxt nəzərə alınmaqla 4 000 kilometri 78 saata qət edir.
Yüngül sənaye mallarının istehsalçıları çox vaxt istehsal müddətini uzadırlar. “AsstrA” istehsalatda gecikmə ehtimalını nəzərə alır və dəmir yolu nəqliyyatı ilə fashion-məhsullarının daşınması üzrə xidmətlər təklif edir. Fyodor Pakuş qeyd edib: "Dəmir yolu ilə daşıma dəniz yolu ilə daşımadan daha sürətlidir, hava yolu ilə daşımadan isə üç dəfə ucuz başa gəlir. Şanxaydan Varşavaya çatdırılma müddəti 14 gün, Almaniyaya isə ((Hamburq və Duysburq) 16 gün təşkil edir. Bundan başqa, dəmir yolu nəqliyyatı ən təhlükəsiz və ekoloji uyğundur”.
“Asstra Fashion & Beauty Logistics” şöbəsi əlavə nəqliyyat-logistik xidmətlər göstərir. O cümlədən, “AsstrA” çatdırılma zamanı geyim və aksessuarların keyfiyyətinin pisləşməməsi üçün konteynerdə rütubətin münasib səviyyəsinin saxlanılmasını təmin edir. Bizim əməkdaşlarımız yüngül sənaye mallarının daşınması üzrə beynəlxalq tənzimləmədə və qanunvericilikdə dəyişikliklərin ciddi monitorinqini aparırlar. Belə ki, yeni markalama qaydalarına müvafiq olaraq, hər bir məhsul nişanlanmalı və EAC etiketinə malik olmalıdır. Şirkətin mütəxəssisləri lazımi markalanmanı təmin edir ki, bu da hər bir mal haqqında tam informasiya almağa kömək edir, eləcə də idxal edilən malların sərhəd nəzarəti zamanı çətinliklərdən qaçınmağa imkan verir.