Avtomatlaşdırma dövründə nəqliyyat-logistika sahəsinin qeyri-sabitliyi çoxsaylı mübahisə və diskussiyalar üçün zəmin yaradır. Müasir texnologiyalar getdikcə daha çox narahatlıq doğurur: güman edilir ki, innovasiya texnologiyalarının tətbiqi logistika və nəqliyyat sahəsini kökündən dəyişəcək. Lakin nəqliyyat biznesi üçün əsl təhlükə çevikliyin və ya dəyişkən istehlak tələbatına tez uyğunlaşa bilmək bacarığının olmamasıdır.
İstedadlı kadrların olmaması real çağırışdır. Mütəxəssislər olmadan nə nəqliyyat, nə də logistika olardı. Yeni maşınları quraşdırmaq, yükləmə və qablaşdırma üzrə avtomatlaşdırılmış texnologiyaları təkmilləşdirmək asandır. Amma bütün əməliyyatları kim idarə edəcək?
Sənaye inkişaf edir, nəqliyyat və müvafiq xidmətlərə tələbat daim artır. Daşıyıcılar və logistika operatorları daha çox yük daşımaq, yeni bazarlara çıxmaq və xeyli sayda müştəri ilə işləmək məcburiyyətindədirlər. Lakin insan resurslarının çatışmazlığı səbəbindən nəqliyyat-logistika şirkətlərinin imkanları məhduddur, belə ki, insan resursları olmadan bütün zəruri tapşırıqları yerinə yetirmək mümkün deyil. “AsstrA-Associated Traffic AG” beynəlxalq nəqliyyat-logistika şirkəti təcrübəli və ixtisaslı kadrların cəlb edilməsinə, eləcə də gənc istedadların yetişdirilməsinə istiqamətlənmiş bir çox üsullardan istifadə edir. Bununla belə, “AsstrA” şirkətinin heyətin idarə edilməsi üzrə menecerləri eyni məsələ ilə üzləşirlər: daha çox lazımi və uyğun adamları haradan tapmaq olar? Kard məsələsinin vaxt ötdükcə daha kəskin hal alacağı gözlənilir. “AsstrA”nın HR ekspertləri personal çatışmazlığı problemi ilə necə mübarizə apardıqları barədə danışıblar.
QLOBAL DÜŞÜNÜN
“AsstrA”nın heyətin idarə edilməsi üzrə menecerlərinin tövsiyələri əsasən istedadların axtarışı üzrə qlobal strategiyalara aiddir. Bununla belə, onlar lokal aspektləri da əhatə edir. İşə qəbulun səmərəli strategiyaları yerli ofislərdə yeni əməkdaşların öyrədilməsindən ibarətdir, lakin istedadlı mütəxəssisləri dünyanın hər yerində axtarmaq lazımdır.
“AsstrA”nın heyət üzrə direktoru Yelena Yevdokimenko bildirib: “Logistika biznesndə rəqabət qabiliyyətli qalmaq üçün komandanızıda bu sahənin ən parlaq zəkalarının işlədiyinə, onların şirkətdə qalmaq istədiklərinə əmin olmalısınız. Heyət üzrə menecer başa düşməlidir ki, istedadların səmərəli cəlb olunması internetdə vakansiyaların yerləşdirilməsi ilə məhdudlaşmır. “AsstrA” yeni əməkdaşların güclü inteqrasiya sistemini hazırlayıb. Biz bütün dünya üzrə potensial işçilər axtarırıq, lazımi adamı tapanda isə onun biznes əməliyyatlara səlis və tədricən inteqrasiyasını təmin edirik. Nəzərəçarpacaq lider potensialı olan əməkdaşlar üçün müvafiq tədris keçirik. Biz işçilərin ixtisaslaşmasına sərmayə qoyuruq və “yetişdirdiyimiz” ekspertin şirkəti tərk edəcəyinə görə narahat olmuruq. Bu, bütün işverənlər üçün ümumi problemdir. Bizim təcrübəmizə əsasən, şirkət işçiyə daha çox verəndə əvəzində daha çoxunu alır”.
İstedadlı şəxsləri idarəetmə qabaqcıl texnologiyaları öz strateji və əməliyyat biznes həllərinə inteqrə edən müasir şirkətlər üçün ən vacib ilk üç istiqamətdən biridir. Aydındır ki, əməksevər, yaradıcı və iddialı mütəxəssis daha az məhsuldar və daha az motvisiya olunmuş 10 işçiyə bərabərdir. Lakin hazırda istedadların axtarışı hərdənbir gizlənpaç oyununa çevrilir, çünki A-dan Z-dək nəsllərin daha qabiliyyətli və ixtisaslı nümayəndələri işi tez-tez dəyişməyə meyillidirlər. Yüksək vəzifələr və məvaciblər onların əsas prioritetləri deyil. Şəxsi inkişaf üçün karyera yüksəlişi, geniş imkanlar və rahat iş mühiti gənc istedadları özünə cəzb edir. Bununla da psixoloji faktorlar getdikcə puldan daha vacib amilə çevrilir.
Yelena Yevdokimenko bildirib: “Bizim araşdırmalarımız göstərib ki, məvacib işin məmnunluğu baxımdan həlledici göstərici olmaqdan çıxıb. Karyera yüksəlşi perspektivləri və kollektivdə dostluq mühiti maliyyə gözləntilərindən daha vacibdir. Bundan başqa, şirkətin yeni əkdaşları arasında aparılmış son sorğulara əsasən biz gördük ki, mehriban həmkarlar faktoru iş axtaranların “AsstrA”da iş seçməsində əsas səbəbdir”.
İNTEQRƏ EDİLMİŞ QLOBAL HR-STRATEGİYALAR
“AsstrA”nın HR menecerləri qeyd edirlər ki, nəqliyyat-logistika sahəsinin şirkət nümayəndələri qlobal strategiyaların heyət və istedadların idarə edilməsi sahəsinə inteqrə edilməsində çətinliklər hiss edirlər. Bununla yanaşı, bu cür strategiyaların tətbiqi səmərəliliyi artırmağa və yeni bazarlarda biznesin inkişafını sürətləndirməyə imkan verir, yerli xüsusiyyətlərə, mentalitetə və mədəniyyətə uğurla uyğunlaşmağa kömək edir.
“AsstrA” və digər nəqliyyat-logistika şirkətləri üçün kadrların daxili cəhətdən çevikliyi olduqca vacibdir, bu, heyətin idarə olunması üzrə qlobal inteqrə edilmiş strategiyanın reallaşdırılmasına xidmət edir. Başqa sözlə o, yeni əməkdaşları daha tez və asan inteqrə etməyə, heyəti bazar tələbatına uyğunlaşdırmağa kömək edir. Xüsusən, “AsstrA” hər bir işçinin şəxsi və işgüzar potensialını reallaşdırmaq məqsədilə ofislər, şöbələr və mövqelər arasında əməkdaşların rotasiyasını təşviq edir. Komandanın təcrübəli üzvlərini bir regiondan başqasına yenidən göndərmək çox vaxt kadr çatışmazlığını aradan qaldırmağa və biznesin fasiləsiz işini təmin etməyə kömək edir.
Yelena Yevdokimenko qeyd edib: “AsstrA” sürətlə inkişaf edir, yeni bazarlara çıxır və hər il yeni ofislər açır. Şübhəsiz ki, yeni ofisi kadrlarla dərhal tam təmin etmək mümkün deyil. Əmin olmaq lazımdır ki, yeni komanda dəqiq və ahəngdar işləyə biləcək, müştərilər isə yüksək keyfiyyətli xidmətlər alacaqlar. Buna görə də şirkətin daxilində çeviklik belə əhəmiyyətlidir. Biz əməkdaşlarımızın başqa yerə keçmək arzusunu təşviq edirik, onlara öz isedadlarını reallaşdırmaq və yeni bazarlarla yeni yüsksəlişlərə nail olmaq imkanı veririk. Biz ən əməksevər və iddialı mütəxəssislərə çox vaxt sadəcə başqa yerə geçməyi deyil, həm də inkişaf etməkdə olan bazarlarda yeni filiallarıa başçılıq etməyi təklif edirik. Təcrübəmizdə başqa yerə keçən əməkdaşların öz liderlik qabiliyyətlərini tam üzə çıxarmağı və reallaşdırmağı bacarmalarına dair çoxlu nümunə var. Onlar öz həyatlarını dəyişə bildilər, hörmət layiq oldular, eləcə də çoxlu xoş sosial bonuslar aldılar”.
Qlobal optimallaşma-yeni trend
Beynəlxalq səviyyədə inteqrə edilmiş istedadların idarə edilməsi strategiyası müvafiq sahələrdə menecmentliyin vahid şəklə salınmış standartlarının və yüksəkixtisaslı ekspertlərin bir-birinə uyğunluğunu nəzərdə tutur. Heyət idarəetmə prosedurlarının optimallaşdırılması şirkətin bütün ofislərində və təmsilçiliklərində kadrların inkişafı üçün vahid texnoloji platformanın tətbiqindən başlayır. Bundan başqa, uzaqgörən HR-menecerlər insan resurlarının idarə edilməsində hansı metod və praktikaların işləyib-işləməməsini müəyyənləşdirmək üçün lokal bazarlarda işgüzar tərəfdaşlardan və rəqiblərdən öyrənirlər.
İstedadların idarə edilməsi sahəsində optimallaşmanın vacib aspekti gənc mütəxəssislərin hazırlığına investisiya yatırmaqdır. Gənc əməkdaşların öyrədilməsi və peşəkar hazırlığı ilə məşğul olan şirkətlər biznesin ehtiyaclarına uyğunlaşdırılmış dar ixtisaslı unikal kadrlar almaq imkanına malikdirlər.