Tarixdə ilk dəfə təyyarədə uçuşun həyata keçirilməsindən 115 il ötüb. Rayt qardaşları idarə olunan uçuş aparatını özləri düzəldərək havada 12 saniyə qalıblar. Görəsən onlar 100 ildən sonra sərnişin və yük daşımalarında təyyarənin əsas vasitələridən biri olacağını həmin vaxt düşünüblərmi?
Avropada və dünyada yük dövriyyəsi artır
Aviadaşımalar bazarı ən sürətlə inkişaf edən sahələrdən biridir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına əsasən, 2017-ci ilin I yarısında dünya üzrə hava yolu ilə yükdaşımaların həcmi 10,4 faiz artıb. Bu, son yeddi il ərzində daha nəzərəçarpacaq artımdır. IATA-nın məlumatına görə, müsbət dinamika Asiya, Sakit okean regionu və Avropadan olan daşıyıcıların qazandığı uğurlar ilə əlaqədardır. Həmin daşıyıcılar ötən il 2016-cı illə müqayisədə 6,1 faiz daha çox yük daşıyıblar.
Hər şeydən əvvək hava nəqliyyatının yüksək göstəriciləri dünyada iqtisadi vəziyyətin yaxşılaşması ilə bağlıdır. Nəqliyyat xidmətlərinə olan tələbat qlobal maliyyə böhranı dövranından bəri heç vaxt olmadığı qədər sürətlə artır.
Tariflər artır
“AsstrA”nın hava nəqliyyatı ilə daşımaları da ehtiva edən yığma (qarışıq) daşımalar üzrə əməliyyat idarəsinin direktor müavini Karol Barançuk qeyd edir ki, 2017-ci ilin iyunundan etibarən Qərbi, Mərkəzi və Şərqi Avropadan ABŞ-a, Kanadaya və Cənubi Amerikaya istiqamət alan təyyarələrdə boş yük yerinin mövcudluğu ilə bağlı çətinliklər yaranır. O, həmçinin qeyd edib ki, ötən lin iyunundan aviadaşımalar üzrə tariflər tədircən artıb, həmin ilin noyabrında isə maksimuma çatıb.
Karol Barançuk bildirib: “Maraqlıdır ki, tariflər indiyədək maksimum səviyyədə qalır. Bu mövqedən təkcə ekspeditorlar çıxış etmirlər. GSA-nın (General Sales Agent) bir çox nümayəndələri və Avropanın hava yolları şirkətləri analoji fikri bölüşürlər. Ayrı-ayrı hallarda fraxt üzrə tariflərin həcmi göstərilən xidmətin səviyyəsindən asılı olaraq 80-90 faiz artıb. Hazırda müştərilər daha keyfiyyətli xidmətlərə üstünlük verirlər və daha qısa tranzit müddətinə görə daha çox ödəməyə hazırdırlar. Rusiyadan ABŞ-a, Kanadaya və Cənubi Amerikaya fraxt üzrə tariflər əvvəlki səviyyədə qalır və dəyişmir. Üstəlik hazırda müştəri malın vaxtında çatdırılmasına verilən 100 faizlik zəmanətlə birlikdə təyyarədə “yaxın günlərin birində” yer rezervasiya edə bilər. ABŞ-dan yüklərin idxalı da problem deyil”. Ekspertin fikrincə, buna səbəb qeyd edildiyi kimi Avropada iqtisadi vəziyyətin yaxşılaşması və mübadilə məzənnəsini artması ola bilər ki, bu da ixracın stimullaşdırılmasına müsbət təsir göstərib.
Yüngül çəki, yüksək qiymət
Müsbət dinamika təkcə yük seqmentini əhatə etməyib. Bir çox sərnişin daşıma operatoru da göstəricilərin yaxşılaşmasını müşahidə edirlər. O cümlədən, Avropada sərnişin daşımaları sahəsində “Ryanair” şirkəti rekordçudur.
Yüklərin nəqli sıx əlaqəlidir və bir çox halda sərnişin seqmentindən asılıdır. Ölkədən asılı olaraq hava yolu ilə yüklərin daşınmasının payı 50-80 faiz təşkil edir. Qitələrarası reyslər ikinci yerdə qərarlaşıb. Yüngül yüklər hava nəqliyyatı ilə daşınır, bunların ümumi çəkisi beynəlxalq ticarətin ümumi həcminin cəmi 1 faizini təşkil edir. Bununla belə, təyyarənin göyərtəsində daşınan mallar qiymətli və bahalı kateqoriyalarına aiddir. Onların ümumi dəyəri beynəlxalq ticarətin ümumi həcminin dəyərinin üçdə birindən çoxunu təşkil edir. Belə ki, təyyarələrdə texnika, elektronika və dərman kimi yüngül və olduqca bahalı yüklər nəql edilir.
Göyərtədə kuryer
“AsstrA” şirkəti “göyərtədə kuryer” xidmətinin köməkliyi ilə kiçik yüklərin çatdırılmasını təmin edir. Bu, müxtəlif qurğular, nümayiş sərgi nümunələri üçün ehtiyat hissələrinin və malların, şəxsi əşyaların və sənədlərin prototiplərinin daşınması zamanı istifadə olunan innovativ servis və logistik ekspress həlldir. “Göyərtədə kuryer” xidmətinə fərdi sahibkarlardan iri istehsalçılar və idxalçılaradək müxtəlif ölkələrdən olan müştərilər arasında ehtiyac var.
Karol Barançuk deyib: “Göyərtədə kuryer” servisi kiçik yüklərin dünyanın istənilən nöqtəsinə ekspress çatdırma deməkdir. “AsstrA”nın xüsusi öyrədilmiş kuryerləri göndərəndən bağlamanı alaraq onu alan şəxsə praktiki olaraq “əldən ələ” çatdırır. Çatdırılmaya çəkisi 8-11 kiloqram olan yüklər qəbul olunur. Bu zaman bağlamanın qiyməti invoysa əsasən 5000 ABŞ dollarından çox olmamalıdır”.
“Göyərtədə kuryer” xidməti sayəsində sifarişçi yük daşımalarının ayrılmaz mərhələsi olan gömrük rəsmiləşdirilməsinə ayrılan vaxt və pula qənaət edir. Müştəri bağlamanı praktiki olaraq təyyarənin enməsindən sonra alır ki, bu da daşımanı ən qısa müddət ərzində həyata keçirməyə imkan verir.
Karol Barançuk, həmçinin xəbərdar edir ki, bəzi kateqoriyalı yüklərom beynəlxalq kuryer xidməti vasitəsilə daşınmasına yol verilmir. Söhbət hava nəqliyyatı ilə daşınması qadağan olunmuş yüklərdən gedir: korroziya, zəhərli və partlayıcı materiallar daxil olmaqla DGR təhlükəli yüklərin müəyyən siniflərinə aid təhlükəli maddələr. Bu cür maddələrin hava yolu ilə daşınması hava nəqliyyat vasitəsinə və ya müvafiq yüklərə zərər vura, sərnişinlərin və heyət üzvünün həyatına təhlükə yarada bilər.
AsstrA Aerospace
“AsstrA” xidmətlərin yüksək keyfiyyətini təmin etməyə və hər bir müştərinin fərdi tələbatlarını qarşılamağa çalışır. Buna görə də şirkət unikal “AsstrA Aerospace” layihəsini işə salıb. Layihə aviasiya vəaerokosmik şirkətlər üçün komponentlərin və ehtiyat hissələrinin daşınması üzrə ixtisaslaşıb. “AsstrA”nın ixtisaslı mütəxəssisləri bu seqmentin səciyyəvi xüsusiyyətini dəqiq başa düşür və aviasiya sənayesinin iri layihələri üçün ehtiyat hissələrinin və komponentlərin nəqlini təmin edir. Hazırda “AsstrA” MDB-də “Aerospace Logistic Group” beynəlxalq ekspeditorlar assosiasiyasının yeganə iştirakçı şirkətidir. “AsstrA” assosiasiyada üzvlük sayəsində aerokosmik sahənin nümayəndələrinə əməkdaşlığın sərfəli maliyyə şərtlərini təqdim edir.
Qanadları açırıq
“AsstrA” praktiki olaraq dünyanın istənilən yerinə aviadaşımalar təşkil edir. “AsstrA”nın yığma daşımalar üzrə əməliyyat idarəsinin direktor müavini Karol Barançuk qeyd edir: “Şirkətin 2017-ci ildə ümumi dövriyyəsi əvvəlki 12 ayla müqayisədə 84 faiz artıb. Bu, əla nəticədir. Bundan savayı, 2017-ci ildə daşınmış yüklərin ümumi çəkisi 2016-cı ilə nisbətən 61 faiz artıb. Bu cür göstəricilər əldə olunanla kifayətlənməmək üçün motivasiya və stimul verir. Biz irəli gedirik və qanadlarımızı açırıq”.