Beynəlxalq ticarət fəaliyyətinin idarə edilməsi (GTM) proseslərinin təşkil edilməsi xeyli maliyyə xərclərini tələb edir. Eyni zamanda, GTM sistemini uğurla tətbiq etmiş şirkətlər daha artıq gəlir və daha yüksək ROI gösrəcilərinə malikdirlər. GTM sistemi ticarət vasitəçiləri, logistik operatorlar, gömrük brokerləri və xarici ticarətin digər agentləri arasında səmərəli kommunikasiyaların qorunmasına istiqamətlənib. “AsstrA-Associated Traffic AG” beynəlxalq nəqliyyat-logistika qrupunun “tred-leynlərin” idarə edilməsi üzrə ekspertləri idxal-ixrac fəaliyyəti həyata keçirən müəssisələr üçün GTM-in üç ən aydın üstünlüyünü müəyyənləşdiriblər.
1-ci üstünlük: çatdırılma müddətinin optimallaşdırılması
GTM sisteminin tətbiq edilməsinin əsas məqsədi nəqlin müddətini optimallaşdırmaq və yükün izlənilməsinə çəkilən xərcləri azaltmaq, idxal-ixrac sifarişlərinin həyata keçirilməsinin monitorinqini aparmaq və xarici ticarət sazişinin icra edilməsi çərçivəsində digər xidmətlərdir. GTM sistemi real vaxt rejimində daxili və xarici agentlərə tədarüklər barədə informasiyanın avtomatik ötürülməsi hesabına bütün tədarük zəncirinin səmərəliyini artırmaq iqtidarındadır.
Beynəlxalq ticarət fəaliyyətinin idarə edilməsi üçün proqram təminatından istifadə etməyən şirkətlər əl ilə sifarişlərin monitorinqinə dəyərli vaxt itirir. Lakin hazırda istehsalın fərdiləşdirilməsini və istehlak vərdişlərinin və üstün tutmalarının sürətlə dəyişməsini nəzərə alsaq, yüklərin minimum müddətə çatdırılması əvvəllər heç vaxt olmamış qədər vacibdir. Qlobal rəqabət tendensiyaları hər bir məhsulun istehsalına çəkilən xərcləri azaltmağa, eləcə də istehsal edilmiş malların distribusiyası və emalı üçün zəruri olan vaxtı azaltmağa məcbur edir.
“AsstrA”nın əməliyyat direktoru Denis Qural sürətin nəqliyyat biznesində belə əhəmiyyətli amilə çevrilməsinin səbəbini izah edir: “Biz daim dəyişən dünyada yaşayırıq, bu dünyada informasiyanın ötürülməsinin sürəti Bizim gözləntilərimizi qabaqlayır. Məhz buna görə də şirkətlər logistik operatorlara daha sərt tələblər irəli sürürlər. Bizim müştərilərin uğuru çox vaxt əməliyyat imkanlarımızdan və logistkc həllərimizin keyfiyyətindən asılıdır. Bu səbəbə görə diqqətimizi müasir bazarın ehtiyaclarına müvafiq olan innovativ həllərin yaradılmasına cəmləmişik”.
Denis Quralın fikrincə, hava nəqliyyatı yükü maksimum tez çatdırmağa imkan verən daha münasib həlldir. Aviadaşımanın qiyməti konkret müştəri üçün həddən artıq yüksəkdirsə, sifarişçinin tələbatlarına tam uyğun olan digər nəqliyyat növünü seçmək lazımdır.
Denis Qural qeyd edib: “Trade Lane Management” sistemi bazarın real imkanlarına və şərtlərinə uyğunlaşdırılmış rasional çatdırılma sxemlərindən istifadə etmək hesabına riskləri azaltmağa kömək edir”.
“AsstrA” son bir neçə il ərzində “Digital Logistics”in tələblərini nəzərə almaqla biznesin yenidən təşkil olunmasını həyata keçirir. Bu konsepsiya biznes proseslərin tam avtomatlaşdırılmasını nəzərdə tutur.
Denis Qural əlavə edib: “Tərəfdaşlarımızın yardımı olmadan biznes prosesləri rəqəmsallaşdıra və avtomatlaşdıra bilməzdik. Hazırda biz məlumatların elektron mübadiləsi (EDI) üçün innovativ həllər, birbaşa müştərilərimizlə daha sıx inteqrə olunmaq məqsədilə “Control Tower” və digər innovativ məhsullar təklif edirik. Biz müştəriləin logistik tapşırıqlarına maksimum operativ həll etməyə can atırıq”.
2-ci üstünlük: gecikmələrin aradan qaldırılması
Xarici ticarət layihələrinin reallaşdırışması zamanı gecikmələrdən qaçınmaq üçün yükü göndərənlər özlərinin müvafiq sənədlərini hazırlamalıdır və əmin olmalıdırlar ki, sənədlər düzgün tərtib olunub. Yubanmalar çox vaxt yük göndərənlərin konkret malların daşınmasına aid son normativ dəyişikliklər barədə bilməməsindən qaynaqlanır. Bu gecikmələr yüklərin saxlanılmasına çəkilən xərclərin artırılmasına, əksər hallarda isə daşınan yükün zədələnməsinə və itkisinə gətirib çıxarır. Sonuncu tezkorlanan mallara, FMCG və digər yüklərə şamil edilir.
GTM sistemi zəruri sənədlərin operativ və düzgün rəsmiləşdirilməsinə zəmanət verir. “AsstrA”nın avtomobil yükdaşımaları şöbəsinin direktor müavini Vitali Yeryomenko hesab edir ki, gecikmələrin aradan qaldırılmasının ən yaxşı yolu hər bir müştəriyə qarşı fərdiləşdirilmiş yanaşma və sənədlərin rəsmiləşdirilməsinə qarşı diqqətli münasibətdir.
Vitali Yeryomenko qeyd edib: “Bizim strategiyamız səhvlərin aradan qaldırılmasından, yüksək ixtisaslı əməkdaşların cəlb edilməsindən və tədarükçülərlə sıx kommunikasiyalar qurmaqdan ibarətdir. İnsan faktoru ilə bağlı gecikmələrin aradan qaldırmaq məqsədilə biz “Oracle” nəqliyyat vasitələrini idarəetmə sistemimizi (OTM) müştərilərimizin sistemləri ilə səmərəli şəkildə inteqrə edirik. Bu, səhvə yol vermək riskini minimuma endirməyə kömək edir, real vaxt rejimində məlumat mübadiləsinə yardım edir, logistik əməliyyatların optimallaşdırılmasına və resurslara qənaət etməyə imkan verir. Bundan başqa, hər iki tərəfin OTM qarşılıqlı inteqrasiya sistemi məlumatların təhlükəsiz ötürülməsini və məxfiliyini təmin edir”.
“AsstrA”, həmçinin ekspeditorlara və müştərilərə yük dövriyyəsini vizuallaşdırmağa kömək edən “Track&Trace” proprietar sistemini inteqrə edir.
Vitali Yeryomenko izah edib: “Yükün nəqli zamanı gecikmələrin yaranmasının ən yayılmış səbəbi intizamla bağlı problemlərdir. Bu zaman onların insan faktorundan və ya fors-major şəraitlərə görə yarnamasının əhəmiyyəti yoxdur. Bizim məqsədimiz belə problemləri tam aradan qaldırmaqdır. Və müasir texnologiyalar məqsədimizi reallaşdırmağın ən yaxşı üsuludur. Biz müştərilərimizin etimadını riskə ata bilmərik, çünki etimadı heç bir pula satın almaq olmaz”.
3-cü üstünlük: şəffaf tam dəyər
Davamlı və gəlirli istehsal-satış zəncirlərinin təşkilində şəffaf tam dəyər vacib rol oynayır. GTM sistemi bu tapşırığı da həll etmək iqtidarındadır: o, malın istehsalına, habelə nəqlinə və anbar xidmətlərinə çəkilən xərclərin formalaşdırılması prosesinin şəffaflığını təmin edir. GTM gələcəkdə biznesin planlaşdırılması üçün bu dəyərli məlumatları toplamağa imkan verir.
GTM sistemi logistikanın, idxal-ixrac və maliyyə əməliyyatların idarə olunmasını təmin edir. GTM biznes prosesləri avtomatlaşdırır və xərcləri izləməyə, məhsuldarlığı artırmağa və real vaxt rejimində tədarük zəncirlərinin müxtəlif elementlərini birləşdirməyə kömək edir. O cümlədən, “AsstrA” ticarət xətlərinin idarə edilməsi üçün nəzərdə tutulmuş “GTM Oracle” sistemindən istifadə edir. “GTM Oracle” tədarük zəncirlərinin təhlilini, ixrac və idxal üzrə sorğuları, çatdırılma haqqında avtomatlaşdırılmış məlumatları və nəqlin əməliyyyat proseslərini səmərəli birləşdirməyə kömək edir.
Autosorsinq və üçüncü şəxslərlə əməkdaşlıq nəqliyyat biznesinin ayrılmaz tərkib hissəsini təşkil edir. Bir qayda olaraq, bir şirkət malın hazırlanmasından yüklənməsinə, anbara yığılmasına və distribusiyasınadək bütün istehsal-satış proseslərini təkbaşına işləyib və həyata keçirə bilməz. Bundan başqa, məhsulun son qiyməti və müştərinin məmnuniyyəti tədarük zəncirlərinin iştirakçıları arasında nə qədər səmərəli kommunikasiyanın olmasından əhəmiyyətli dərəcədə asılıdır. GTM sistemi malın son qiymətinin rəqabət qabiliyyətli olması, istehlakçıların loyallığının durmadan artması üçün sıx qarşılıqlı fəaliyyət qurmağa, daxili və xarici prosesləri sinxronlaşdırmağa imkan verir.