Əndazəsiz yüklərin nəqli çətin daşıma növüdür. Bu növ daşıma nəqliyyat-logistika operatorundan bütün resursların optimallaşdırılmasını və səfərbər edilməsini tələb edir. “AsstrA Heavy Lift” şöbəsinin rəhbəri Pşemıslev Boronski “AsstrA-Associated Traffic AG” şirkətlər qrupunda əndazəsiz yüklərin daşınmasının təşkili və həyata keçirilməsinin özəllikləri barədə danışıb.
–“AsstrA”da əndazəsiz yüklərin daşınması ilə bağlı iş necə təşkil olunub?
Ağırçəkili və əndazəsiz yüklərlə iş üçün “AsstrA”da xüsusi “AsstrA Heavy Lift” şöbəsi yaradılıb. Biz artıq on ildən çoxdur müxtəlif nəqliyyat vasitələrindən və kombinə edilmiş çatdırma sxemlərindən istifadə etməklə əndazəsiz yüklərin daşınması üzrə xidmətlər göstəririk. “AsstrA Heavy Lift”özünün ixtisaslaşdırılmış hərəkət heyətindən, habelə dəmiryol, dəniz və çay nəqliyyatından istifadə edir. Biz bir yükün çatdırılması üçün iki və daha çox nəqliyyat növündən ardıcıl olaraq istifadə ediləndə intermodal daşıma sxemlərini fəal şəkildə tətbiq edirik. Hazırda rəqabəqabiliyyətli olmaq üçün əksər istiqamət üzrə olsa belə, təkcə yol nəqllyyatını təklif etmək kifayət etmir. Bazarın meylləri dəyişir, onlarla birlikdə xidmətlərimizin spektri də genişlənir.
–“AsstrA Heavy Lift” hansı sahələrə xidmət göstərir?
“AsstrA”da daşınan əndazəsiz yüklərin əhəmiyyətli payını sənaye avadanlıqları və digər növ avadanlıqlar təşkil edir. O cümlədən, cari il sənaye avadanlığı şirkətin ümumi yük dövriyyəsinin təqribən 30 faizini təşkil edir. Yazda sifarişlərin çoxu tikinti avadanlığı və kənd təsərrüfatı texnikasından ibarətdir. Bundan başqa, “AsstrA” metallurgiya, energetika və tikinti sahəsinin müəssisələri üçün kompleks nəqliyyat-logistika xidmətləri göstərir, iri sənaye layihələrini reallaşdırır.
–Ən böyük çətinlik nədən ibarətdir: əndazəsiz yükün çəkisi, marşrut, yaxud çatdırılma müddəti?
Təcrübə göstərir ki, yeganə dayandırıcı faktor Bizim təsəvvürümüzdür. “AsstrA Heavy Lift” praktiki olaraq bütün marşrutlar üzrə əndazəsiz yüklərin daşınmasını təşkil edir. Əndazəsiz yüklərin daşınmasının əsas istiqamətlərinə Qərbi Avropa ölkələri, Balkan yarımadası ölkələri, başlıca olaraq Bolqarıstan və Rumıniya, eləcə də Polşa-Rusiya və Rusiya-İtaliya marşrutları aiddir. Bizim praktikada “ekzotik” layihələr də olub. Belə ki, daşıma marşrutu, yükün çəkisi və çatdırılma müddəti o qədər qeyri-adi olub ki, ilk baxışdan bu cür sifarişin reallaşdırılması mümkünsüz görünüb.
–Bəs əslində?
Əslində isə hər şey mümkündür. “AsstrA Heavy Lift” üçün ən ciddi sınaqlardan biri 2014-cü il martın sonunda, aprelin əvvəlində reallaşdırılmış layihə oldu. Bizim qarşımızda bitum istehsal edən zavodu Polşadan Afrika ölkəsi Kot-d'İvuara daşımaq tapşırığı dayanırdı. Bu, 38 hərəkət heyətində yerləşmiş 107 ədəd yük deməkdir. Yükü bu cür marşrut üzrə quru yol nəqliyyatı ilə çatdırmaq mümkünsüzdür, buna görə də biz daşımanı Qdanskda liman vasitəsilə təşkil etmək qərarına gəldik. Yükün ölçüləri Bizim üçün problem olmamışdı, çünki onlar ümumi qəbul edilmiş “C” kateqoriyasına uyğun gəlirdi: bir ədəd yükün uzunluğu 15 metr, eni 4 metr, hündürlüyü 4 metr, çəkisi isə 45 tonadəkidi. Lakin layihənin koordinasiyası və reallaşdırılması xüsusən Abican limanında gömrük rəsmiləşdirilməsi zamanı xeyli səbr tələb etdi. Gəmi reyddə təqribən 7 gün və limanda 3 gün dayandı, çünki müşayiətedici sənədlər, daha doğrusu müvafiq yük vahidlərinin nomenklaturası bir neçə dəfə yoxlanılırdı və düzəldilirdi. Şəxsən bu mənim üçün unudulmaz Pasxaydı, onu əlimdə telefonla kompüter qarşısında keçirdim.
–Əndazəsiz yüklərin daşınması asan iş deyil. Yəqin “AsstrA Heavy Lift”in əməkdaşlarının əsəbləri dəmirdəndir?
Tamamilə doğrudur. Daşıma zamanı hamı yükün, nəqliyyat vasitəsinin salamatlığının və yol hərəkətinin digər iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə cəmlənir. Məsələn, bəzən yükü olan heyət kənd və ya şəhərə gedişi təcrid edir. Belə hallarda əyləncə barədə düşünməyə vaxt olmur. Çətin daşıma uğurla başa çatdıqdan, yük artıq təyinat məntəqəsində olduqdan sonra rahat nəfəs ala bilərik. O zaman bütün daşıma prosesləri barədə düşüncələr və dəqiq təhlil üçün vaxt yetişir.
–Əgər fors-major hadisə baş verərsə?
O zaman kreativ fəaliyyətlə məşğul olmaq lazımdır. Yadıma gəlir ki, 2016-cı ilin fevralında biz eni 9 metrə çatan əndazəsiz yük nəql edirdik. Yük gecə vaxtı kənd üzərindən Macarıstan ərazisinə keçirdi. Sürücü küçə fənərinin yanından ötməyə çalışır, lakin traktor oxların yerindən oynaması ilə otlaq sahəyə düşür, nəticədə bütün heyət palçıqda bərk ilişir. Hətta qaldırıcılar və kanatlar kömək etmədi. O zaman biz müşayətedicilərlə birlikdə əlimizə bel aldıq və traktorun təkərini qazıb çıxartmağa başladıq, onların altına taxta lövhələr saldıq. Biz bir saat davam edən intensiv işdən sonra nəhayət irəli gedə bildik. Səhər, daşıma başa çatdıqdan sonra kimsə dedi ki, növbəti dəfə bu cür daşıma üçün özümüzlə baydarkalar və kürəklər götürməliyik. Və başladı. Biz hamımız gülməkdən və yüngülləşməkdən tam mənası ağlayırdıq.
–Bu cür hadisələr həmişə xoşbəxt sonluqla başa çatır?
Elə vəziyyətlər olur ki, xoşbəxt sonluq mümkünsüz görünür. Biz 2016-cı ilə iri layihəni reallaşdırırdıq. Layihə ağac istehsalı üçün texnoloji xətt vahidlərini söküntüsünü və “İspaniya-Bolqarıstan” marşrutu üzrə tədarükünü nəzərdə tuturdu. Bu daşımanın təşkili üzrə tenderin qalibi olduq, lakin sonradan məlum oldu ki, sifarişçinin təqdim etdiyi texniki sənədlər səhv olub. Əksər yüklərin qabaritləri gözlədiyimizdən çox oldu. Bəzi yük vahidlərinin diametri 3-dən 5 metrədək artdı, bu da bütün marşrut üzrə avtomobillə daşıma imkanını istisna edirdi. İspaniyada limanlar vasitəsilə dəniz yolu ilə daşıma yükün hündürlüyünə görə mümkünsüzüydü. Növbəti iki həftə ərzində Portuqaliyada Porto limanı və Bolqarıstanda Varna limanı üzərindən təyinat yerinədək daşıma layihəsini hazırladıq. Tədarükün qısa müddətli olmasına görə biz böyük təzyiq altındaydıq. Bütün yük vahidlərinin sökülməsi və yüklənməsini cəmi 3 ay ərzində etməli olduq ki, zavodun boş ərazisini yeni sahibinə vaxtında təhvil verək. Bizdə hər şey alındı. 322 heyəti operativ yüklədik, onlardan 160 heyət əndazəsiziydi (84-gəmiyə). Ən əsası yük zədələnmədi və tam salamat təyinat yerinə çatdı. Bu, əsl xoşbəxt sonluq idi.
–Əndazəsiz yüklərin daşınmasının təşkili döyüş filmini xatırladır. Yəqin emosiyalar ən yüksə həddə çatır?
Tamamilə doğrudur, əməkdaşlarımızda adrenalinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir. Lakin unutmaq olmaz ki, daşıma prosesi çox dəqiq hazırlıq mərhələsi ilə xəbərdar edilir. Əsasında daşımanın ətraflı planının hazırlanması, daşımanın müxtəlif aspektləri üzrə konsultasiyalar, hərəkət heyətinin seçimi, marşrutun yoxlanılması və risklərin qiymətləndirilməsi dayanır. “AsstrA” kompleks xidmət təklif edir. Mütəxəssislərimiz müşayiətedici sənədlərin rəsmiləşdirilməsində yardım edirlər, yükləmə və boşaltma üzərində nəzarət, müşayiətin təşkili və s. daxil olmaqla, əndazəsiz yüklərin daşınmasının hər bir mərhələsinin reallaşdırılmasında fəal iştirak edirlər.
–Daşıma zamanı bütün ehtiyat tədbirlərinə baxmayaraq, yükün zədələndiyi hallar olurmu?
Hər şey olur. Buna görə də biz müştərilərimizə yüklərin 3 milyon avro həcmində “bütün risklərdən” sığortalanması üzrə xidmətlər göstəririk. Bu cür sığorta ödənişi praktiki olaraq istənilən zərəri kompensasiya etməyə imkan verir. Daşıma başlayana qədər əməkdaşlarımız həmişə yol infrastrukturun təhlilini və ölçüsünü aparır ki, heyətin sərbəst gedişinə zəmanət verilsin, yükün etibarlı bərkidilməsi təmin edilsin. Şəxsən mən nəql başa çatdıqdan sonra bu prosesin təhlilinə xüsusi üstünlük verirəm. Bu, layihənin nəticələrinə yekun vurmağa və gələcək üçün nəticə çıxarmağa kömək edir. Mükəmməlliyin sərhədi yoxdur.