Qapalı dövrə iqtisadiyyatı təkrar istifadə, emal və resirkulasiya üçün məhsulların istehsalına və layihələndirilməsinə qarşı yanaşma deməkdir. Bu cür yanaşma logistika və nəqliyyat şirkətləri üçün yeni imkanlar açır. Sirkulyar iqtisadiyyat innovasiyaları sürətləndirməyə və sabitliyi özləri üçün prioritet hesab edən yeni müştərilərin cəlb edilməsinə kömək edəcək. Güman edilir ki, belə olan halda 2030-cu ilədək iqtisadiyyatda 3,66 trilyon avro əlçatan olacaq, logistika isə yeni biznes modellərdə uğurun əsas faktoruna çevriləcək. Sual yaranır: Logistika sahəsi dairəvi iqtisadiyyata necə uyğunlaşa bilər?
Qapalı dövrə iqtisadiyyatında logistika tədarükçüləri və onların tədarük zənciri üzrə partnyorları informasiya mübadiləsi imkanlarını inkişaf etdirməli və iqtisadiyyatın tələbatlarına uyğun infrastrukturu birləşdirəcək yeni nəqliyyat xidmətlərini tətbiq etməlidirlər. Bu cür iqtisadiyyatda materiallar bir sıra müxtəlif tədarük zəncirində mütəmadi iştirak edirlər və onlar həmişə yenidən istifadə oluna bilərlər. Logistikanın ən böyük problemləri materialların hərəkətini əvvəlcədən bilməyin çətinliyi, onların dəyərinin aşağı olması və malların keyfiyyəti üzrə geniş seçimin olmasıdır.
“AsstrA-Associated Traffic AG” beynəlxalq nəqliyyat-logistika şirkətində biznesin inkişafı üzrə direktor Vyaçeslav Tureyko qeyd edir ki, qapalı dövrə iqtisadiyyatının biznes proseslərində logistikanın dəyəri məhsulun rəqabət qabiliyyətli qiymətini müəyyənləşdirərkən ən vacib faktordur. Məhz buna görə də istehsalçı şirkətlər ucuz materiallardan istifadə edirlər, nəqliyyat xərclərinə xeyli diqqət yetirirlər və adətən özlərinin logistik sxemlərini hazırlayırlar.
Vyaçeslav Tureyko bilidirib: “3PL logistik xidmətlərin tədarükçüləri baha olmayan emal edilmiş xammalı çox həvəssiz tədarük edirlər. Daha bahalı yüklərin daşınması böyük gəlirlər qazandırır. 3PL logistik xidmətlərin tədarükçüləri istehsalçıdan daha böyük həcmlər hesabına ucuz yüklərdən böyük gəlir əldə edə bilərlər. Bura məsələn, logistik vəzifələrin həlli üçün xarici resurslardan istifadə edən istehsalçı aiddir. Biz həcmlərin konsolidasiyasına cəmlənməliyik və müəyyən “treyd-leyn”də səmərəli logistik zənciri qurmalıyıq”.
Dairəvi iqtisadiyyat sahəsində logistikanın yeni imkanları şirkətlərin və istehlakçıların getdikcə daha çox xidmətləri seçmələri ilə də əlaqədardır. Tədarük zəncirindən qənaətcil və dayanıqlı istifadə dairəvi iqtisadiyyatda uğurlu şirkətlərin əsas potensialına çevriləcək. Tədarük zəncirinin tam rəqəmsallaşdırılması konsepsiya və istehsaldan tutmuş logistikayadək bütün pillələri əhatə edir və deməli bu sahədəki əksər problemlərin öhdəsindən gəlir. Dəqiq monitorinq, izləmə və müasir logistik həllər həlledici faktorlardır.
UPS-un sonuncu sorğusuna əsasən, rəyi soruşulanların 56 faizi bəyan edib ki, pul vəsaitlərinin qaytarılması qismində olan endirim istehlak mallarının, onların komponentlərinin və onlarla bağlı materialların ilkin istifadə dövrünün sonunda qaytarılması və təkrar istifadəsini təmin edir. Respondentlərin 47 faizi hesab edir ki, malın qaytarılması imkanı çox münasib qərardır. Rəyi soruşulanların 42 faizi isə əvvəlcədən ödənilmiş çatdırılmadan istifadə etməklə malın qaytarılması imkanına işarə ediblər.
Elektron sənayedə ən parlaq biznes keyslər
Həmin araşdırmaya əsasən, əksər logistik operatorlar sirkulyar iqtisadiyyatda ideyaların reallaşdırılmasının inandırıcı nümunələrini görmürlər. Lakin sirkulyar iqtisadiyyatın prinsipləri gündəlik nəqliyyat praktikasında tətbiq edilir. “Yaşıl logistika”nın nümunələrindən biri hər iki istiqamətdə yüklərin daşınmasıdır. Bunlar əks reyslər kimi də tanınır. “AsstrA” yeni marşrutların hazırlanması və gələcək genişləndirmənin planlaşdırılması zamanı son bir neçə il ərzində əks reyslərə üstünlük verir. “AsstrA”da biznesin inkişafı üzrə müdir Vitali Verbiloviç əlavə edir ki, 2018-ci ildə “AsstrA”da qarşılıqlı daşımalar əsasən Belarus-Almaniya-Belarus, Fransa-Rusiya-Fransa, Ukrayna-Çexiya-Ukrayna, Polşa-Belarus-Polşa, Rusiya-Rumıniya-Rusiya və Rusiya-Polşa-Rusiya marşrutları üzrə yerinə yetirilib.
Vitali Verbiloviç qeyd edib: “2018-ci il ərzində Bizim əksər qarşılıqlı daşımalar tikinti materialların, kimyəvi maddələrin, ağac və kağızların, eləcə də qida sənayesi yüklərinin çatdırılmasından ibarət olub”. Bundan başqa, o, Hi-Tich və FMCG yüklərinin qarşılıqlı daınmasına tələbatın artmasını proqnozlaşdırır.
Emal olunmuş materialların nəqlinə gəlincə, dairəvi iqtisadiyyatın tədarük zəncirində daha dəqiq biznes keyslər xammaldan deyil, daha əvvəl istifadə olunmuş hazır məmulatlardan ibarət yükləri əhatə edir. Təkrar istifadə olunan materialların emalı IT həllərin artan çeşidinə istiqamətlənmiş saxlama və nəql üzrə xidmətlərin tədarükçülərindən çeviklik tələb edir. Dairəvi iqtisadiyyatın logistikası nəqlin bütün dövrü ərzində ötürücülərdən məlumat toplayan müasir texnologiyaları özüncə cəmləşdirir və onları tərəfdaşlar və tədarükçülərlə real vaxt rejimində bölüşür.
Bundan başqa,texnoloji sektorda dairəvi iqtisadiyyat modelinin geniş tətbiq olunması gözlənilir, çünki elektronikanın təkrar istehsalı qaytarma modeləinə asan inteqrə edilir. Qabaqcadan ödənilmiş yükləmə etiketləri, smart qablaşdırma və qaytarma sexemləri kimi logistik həllər bazar tələbatını qarşılamağa kömək etməlidir.
Dövri iqtisadiyyatın ən parlaq nümunələri başqalarını ruhlandırır
2018-ci ilin əvvəlində “GreenBiz Growth”in dövri iqtisadiyyat üzrə araşdırmasının nəticələri göstərib ki, dayanıqlı inkişaf üzrə rəhbərlərin 47 faizi hesab edir ki, sirkulyar iqtisadiyyat onların biznesi üçün vacibdir. Onların 50 faizi bəyan edib ki, tullantısız iqtisadiyyatla bağlı nəysə edirlər. Qalan 97 faiz biznes lider qeyd edib ki, logistika dairəvi iqtisadiyyat modelinə uğurlu keçid üçün vacibdir.
Sirkulyar iqtisadiyyatın fəaliyyətdəki ən parlaq nümunələrindən biri qaytarma proqramından istifadə edən qlobal şirkət olan “Nespresso”dur. Həmin proqram çərçivəsində istehlakçılar özlərinin istifadə edilmiş kofe kapsullarını istənilən UPS piştaxtasında emal üçün qabaqcan ödənilmiş kisələrdə qoya bilərlər. Alüminium kapsullar yeni məhsulların istifadəsi üçün metalların əridilməsindən qabaq kofe çöküntülərindən ayrılır. İşlənmiş qəhvə jmıxı yaşıllaşdırma işləri ilə məşğul olanlara, bağça mərkəzlərinə, bələdiyyələrə və ev sahiblərinə yüksək keyfiyyətli gübrə kimi satılır.
“Carlsberg” qrupu pivə üçün ağac lifindən bioloji cəhətdən tam ayırılan şüşə hazırlamaq məqsədilə Danimarkanın “ecoXpac, Innovation Fund Denmark” şirkəti və bu ölkənin Texniki Universiteti ilə əməkdaşlıq etməyə başlayıb. Yekun məqsəd ekoloji uyğun məhsulları hazırlamaq və sirkulyar iqtisadiyyatın payını artırmaq yolu ilə tullantıları tam məhv etməkdir.
Bundan başqa, Danimarkanın kartof emalı üzrə KMC kooperativi qida sənayesi üçün artıq qalmış kartof liflərini zülallarla zəngin qida əlavəsinə emal etməyə başlayıb. Kartofdan nişasta və sellülozu çıxarmaq olar. Bununla da istehsalçıların iqtisadi mənfəəti üçün istifadə olunmuş kartofun həcmi maksimuma çatdırılır.Qida sənayesi lifi səmərəli qida əlavəsi kimi istifadə edir.
Digər nümunə isə “Honkajoki” şirkətinin törəmə şirkəti olan Finlandiyanın “Ecolan” gübrə istehsalçısıdır. “Ecolan” ət və sümük unundan istifadə edərək “Agra” üzvi gübrəsini istehsal edir. Xammal toz halında emal olunur, sonra isə gübrə istehsalı üçün digər inqrediyentlərlə qarışdırılır.
Bu cür nümunələr daha da geniş yayılacaq və logistika qabaqcıl rol oynayacaq. Bu isə öz növbəsində qaytarmadan və istehlak iştirakının artırılmasının digər yollarından istifadə etməyə, yüklərin daşınmasının və nəqliyyat şəbəkələrinin optimallaşdırılması yolu ilə xərclərin azaldılmasına imkan verəcək.