Biz Avropadan MDB ölkələrinə çatdırma variantları barədə danışanda ağla ilk gələn əlbəttə ki, avtodaşımalar olur. Onlar bu istiqamət üzrə bütün yük daşımalarının yarısından çoxunu təşkil edir. İnfrastrukturun inkişafı, rəqabətin artması və avtonəqliyyatın ucuzlaşması ilə bu faiz yalnız artır. Bu o deməkdirmi ki, Avropadan dəmir yolu nəqliyyatı ilə daşımalar aqibəti yükdaşımalar tarixinin künc-bucağında qalmalı olan qalıqdır? Yoxsa heç nəyə baxmayaraq, çatdırılmanın bu üsulu işgüzar qalacaq? Hazırda dəmir yolunun logistikada hansı rol oynadığını başa düşmək üçün “AsstrA-Associated Traffic AG” şirkətlər qrupunun dəmir yolu ilə daşımalar üzrə eksperti Dmitri Poxodenkoya müraciət etdik.
Dmitri, daşınan yükdən asılı olaraq istehlakçı üçün servisin universallığı və müəyyən çevikliyinin vacib olduğu bir şəraitdə dəmir yolu variantı açıq-açığına uduşsuzdurmu, yoxsa bu yalnız ilkin təəssüratdır?
Dəmir yolu ilə yükdaşımalarda, həmçinin malın özünə xas xüsusiyyətindən asılı olaraq, hərəkət tərkibinin seçimi mümkündür. Məsələn, palletlərdə yerləşdirilən yük üçün örtülü vaqondan-avtomobil daşımalardakı tentin analoqunan istifadə ediləcək. Əgər yenə də avtonəqliyyatla paralel aparılarsa yarımvaqonu qeyd etmək olar, bu özüboşaldan nəqliyyat vasitəsi məsələn, qum və ya kömürün daşınması üçün, eləcə də avadanlıqların nəqli zamanı istismar olunur. Şirə, süd, yanacaq, kimyəvi məhsullar kimi maye şəklində olan və təhlükəli yüklərin nəqli üçün çənlərdən istifadə edilir. Bəzi hallarda hərəkət tərkibinin sahibi və dəmir yolları ilə daşıma barədə razılığa gəlməklə konteynerlərdə demək olar ki, istənilən yükü daşımaq mümkündür. Ayrıca mal qrupları, məsələn, taxıl üçün ixtisaslaşdırılmış hərəkət tərkibi var. Buna görə də sadəcə yükün qeyri-standart olmasına görə dəmir yolu ilə daşımadan imtina etməyə dəyməz.
Məsələnin təşkilati tərəfi barədə danışsaq, müştərilər nəyi seçirlər: ucuzluğu, yoxsa tezliyi?
Son illər Avropadan MDB-yə dəmir yolu nəqliyyatı ilə yükdaşımalar bazarında tarif siyasəti dəyişib. Daşımaq həmişə sərfəli deyil, yaxın məsafələrə isə heç sərfəli deyil. Bir sıra böhranlardan sonra avtomobil daşımaları üzrə tariflər azalmaya doğru dəyişəndə dəmir yolu ilə daşımalar üzrə tariflər yüksəlib. Qiymətlər ildə bir dəfə müəyyənləşdirilir, rüblük dəyişikliklər isə yalnız İsveçrə frankının məzənnəsinin dəyişməsi nöqteyi-nəzərindən yenidən baxılması halında mümkündür. Bu qiymət stabilliyi dəmir yolu ilə yükdaşımaların xeyrinə olmadı, çünki orta qiymət avtodaşımalarla müqayisədə yüksək oldu. Üstəlik hazırda müştərinin əsas tələbi təkcə qiymət deyil, həm də sürətdir. Avtonəqliyyatda olduğu kimi dəmir yolu nəqliyyatı ilə də bu cür sürəti təmin etmək həmişə mümkün deyil.
Digər tərəfdən, relslər üzrə nəql variantı bir sıra hallarda münasibdir. Birincisi, söhbət xammal axını böyük və sabit olan iri istehsalçılar haqqında gedəndə münasibdir. Bir qayda olaraq onların istehsala yanaşma yolları var və bütöv tərkiblər həm Avropanın daxilinə, həm də MDB-yə müntəzəm göndərilir.
İkincisi, yük göndərənə ağırçəkili yükün çatdırılmasını təşkil etmək lazım olanda MDB üçün avtodaşıma ilə 20-22 ton və Avropa İttifaqı (Aİ) üzrə isə 25 ton son həddir. Ağır olan hər şey ağırçəkili yük hesab olunur. Dəmir yolu üçün 50, 60 və hətta 70 ton standart yükdür. Qapalı vaqonun yükgötürmə qabiliyyəti 68 tonadək, platformanın isə 71 ton təşkil edir. Transporterləri əndazəsiz yüklər üçün istifadə edilsə, relslər üzrə 240 tona qədər daşımaq mümkündür. Buna görə də əgər Müştəri bir standart göndərmə çərçivəsində ağırçəkili yük daşımaq istəyirsə, biz ona ilk növbədə dəmir yolu variantını təklif edirik.
Yükün ölçülərinə gəlincə, burada da dəmir yolunun avtodaşımalar qarşısında forası var. Avtomobil nəqliyyatı üçün əndazəsiz yük dəmir yolu üzrə daşıma zamanı yükləmənin ölçü hədlərinə uyğunlaşdırılır.
Və nəhayət, üçüncü variant, dəmir yolu özünü tam doğruldanda bu, kombinə edilmiş daşımalardır. Fikrimcə, bu həm marşrut üzrə təklifin çevikliyi baxımından, həm də qiymət formalaşması baxımından Avropadan MDB-yə ən aktual logistik sxemdir. Yük maşınlarla Polşa ilə sərhədə qədər daşınır, orada konteynerlərə, vaqonlara yüklənir və dəmir yolu ilə son alıcıyadək çatdırılır. Kombinə edilmiş daşımanın üstünlüyü ondan ibarətdir ki, o, avtodaşımalar və dəmir yolundan ən yaxşı şeyləri götürüb. Axı, avto sürətə istiqamətlənib, bununla belə, qiymət baxımından daha az cəlbedicidir, dəmir yolunu isə “dadlı qiymət” və daşımanın tam təhlükəsiziyi fərqləndirir, buna görə də kombinə edilmiş sxem bir çox vəziyyətlərdə çıxış yoludur.
Dmitri, dəmir yolu ilə daşıma həyata keçirməyi yenicə planlaşdıran müştərilərə nə məsləhət görərdiniz?
Aİ-MDB daşımaları zamanı dəmir yolunun iz ölçülərinin fərqini yadda saxlamaq lazımdır, yüklərin konteynerlə daşımaları istisna olunmaqla konteyner bir platformadan digərinə sadəcə yerləşdiriləndə yükləməyə həmişə vaxt qoymaq vacibdir. Yenidən yükləmə ilə sərhədi keçmə müddəti barədə danışsaq, bu, maksimum 2-4 gün vaxt aparır. Əlbəttə ki, müddət mövsümdən və sərhəddə yükləmə terminallarının yüklənməsindən asılı olaraq dəyişə bilər.
Fərz edək ki, yükləmə üçün vaqonlar çatışmır, o zaman yük öz çıxartmasında dayanmalı və gözləməlidir. Sadəcə buna görə ödəniş etmək lazımdır, üstəlik boş dayanmaya görə qiymət sürətlə artır. Qeyd etmək lazımdır ki, son illər sərhəd keçidlərinin əksərində vəziyyət bərabərləşib və proses fasiləsiz gedir. Cərimələr sistemi ciddidir, çünki istənilən sınma halı və ya birləşməmə dəmir yolunda hərəkəti bloklayır. Digər tərəfdən dəmir yolunun özü maraqlıdır ki, belə sınmalar olmasın və infrasrukturu daim təkmilləşdirir.
Əgər yük üçün ixtisaslaşdırılmış vaqon və ya platforma lazımdırsa, dəmir yolu ilə yükdaşımanı əvvəlcədən planlaşdırın. Belə vaqonlar bir qayda olaraq qabaqcadan uzun müddətə bronlaşdırılıb və “sonuncu vaqona tullanmaq” olar, lakin bu qərarın qiyməti çətin ki, Müştərini sevindirsin.
Nəticəyə yekun vurmalı olsaq, əgər “AsstrA” müştərisi yükü Avropadan MDB-yə daşımaq istəyirsə, “AsstrA” əməkdaşı üç sual verir: Sizin yük ağırdır? Mütəmadi göndərmələrdir? Sizin çatdırma müddəti tənzimlənəndir? Əgər biz cavab olaraq “bəli” sözünü eşitsək, o zaman dəmir yolu ilə daşıma Müştəri üçün ən yaxşı variantdır.