Federal Təhqiqatlar Bürosunun məlumatına görə, oğurluqlar nəticəsində yüklərin illik itkisi 30 milyard ABŞ dolları təşkil edir. Yüklərin dəyəri durmadan artdığına görə oğurluq problemi getdikcə daha kəskin hal alır. Logistik provayderlər baha qiymətli yüklərin təhlükəsizliyini təmin etmək məqsədilə oğurluqlarla mübarizə üzrə xüsusi həll– çoxsəviyyəli təhlükəsizlik texnologiyasını hazırlayır. Logistika mütəxəssisləri qeyd edirlər: təhlükəsizliyin gələcəyi artıq qədəm qoyub. Bir çox müasir yüksəktexnoloji həllər, o cümlədən bağlamadakı GPS-çiplər, radiotezlik eyniləşdirmə və biometrik sistemlər artıq geniş vüsət alıb.
Oğurluq əksər hallarda əyri sürücülərin günahı ucbatından baş verir. Onlar yükləmə meydançasından yükü oğurlayırlar. Təhlükəsizliyin biometrik sistemi hər bir müştəri üçün biometrik şəxsiyyət vəsiqəsinin rəsmiləşdirilməsini ehtiva edir. Bu cür vəsiqənin köməkliyilə yükü göndərənlər konkret nəqliyyat vasitəsinin coğrafi mövqeyini müəyyən etmək vasitəsilə oğurlanmış yükün yerini izləyə bilərlər. Bundan başqa, biometrik avadanlıq xeyli sayda insanı eyniləşdirmək iqtidarındadır, bununla o zəmanət verir ki, daşıma prosesinə yalnız etibar edilən şəxslər cəlb olunacaqlar.
Biometrik təhlükəsizlik sisteminin tədarük zəncirinə inteqrə edilməsinin ilk hallarından biri 1999-cu ildə Rotterdamda baş verib. Yerli dəniz limanı buranın ərazisinə daxil olan yük maşınlarının sürücülərinin eyniləşdirilməsi üçün barmaq izinin tanınması sistemindən istifadə etməyə başlayıb. “Newcastle-based
Ievo Ltd.” şirkəti biometrik texnologiyalardan istifadə etməyə ilk başlayanlardan biri olmaqla öz uzaqgörənliyini də sübut edib. Şirkət ən bahalı cins atların daşınması ilə məşğul olan Belçikanın “European Horse Services” (EHS) logistik operator üçün barmaq izlərinin skanerini quraşdırıb. Hazırda logistika sahəsində biometrik həllərdən istifadənin çoxlu üsulları mövcuddur.
“AsstrA-Associated Traffic AG”nin Direktorlar Şurasının Vitse-prezidenti Frank Müller qeyd edir: “Yüksək keyfiyyətli mallara qara bazarda tələbat var, buna görə də onlar oğrular üçün olduqca cəlbedicidir. Oğurluqların qarşısının alınması üzrə müasir tədbirlər tədarük zəncirində zəif yerləri qorumağa kömək edir. Bir qayda olaraq, yükü göndərənlər ümid edirlər ki, onların logistik provayderi xüsusilə söhbət qiymətli mallardan gedəndə oğurluqlardan qorunmağın “ilk xətti” olacaq. Ancaq yük göndərənlər ixtisası bu cür malların daşınması üçün lazım olan təhlükəsizlik standartlarına uyğun gəlməyən provayderlərə çox vaxt bel bağlayırlar”.
Cənab Müller, həmçinin vurğulayır ki, “adi” malların daşınmasını təşkil edən şirkətin qüsursuz nüfuzu heç də həmişə onun yükün sığortalanması üzrə təcrübəsinin, bacarıqlarının, imkanlarının və ya baha qiymətli malların daşınması üçün zəruri olan ixtisaslı daşıyıcılardan ibarət kifayət qədər inkişaf etmiş şəbəkəsinin mövcudluğuna zəmanət vermir.
Cənab Müller izah edir: “Müştərlərimizin yüklərinin təhlükəsizliyini və salamatlığını təmin etmək üçün “AsstrA” baha qiymətli və yüksək riskli malların nəqli üçün nadir prosedurlar və alətlər hazırlayır. Biz başa düşürük ki, eyni cür yüklər və eyni çatdırma şərtləri yoxdur və buna görə də fərdi həllər təklif edirik. Biometrik texnologiyalar və “track & trace” tətbiqi yükün statusunu izləməyə kömək edir, bilavasitə sürücülər və yük göndərənlərin əlavə etdikləri qeydləri əks etdirirlər. Tətbiq mal, nəqlin marşrutu, çatdırılma üçün vacib hadisələr haqqında ətraflı məlumatı vizuallaşdırır, xəritədə dayanacıq və eniş/düşmə yerlərini göstərir”.
Biometrik texnologiyalar naviqasiya sistemlərində tətbiq oluna bilər. Hazırda Avropada “truck & trace” sisteminə daha çox tələbat var. Sistem real vaxt rejimində yükün yerini vizuallaşdırır, onun yerdəyişməsini və emalı barədə informasiyanı əks etdirir. “Truck & trace” tətbiqinin və biometrik texnologiyaların inteqrasiyası yük sahiblərinə daşıma üzərində böyük nəzarət verəcək.
“AsstrA”nın Tədarük zəncirinin təhlükəsizliyi üzrə meneceri Vitali Lazovski qeyd edir: “Nəql zamanı yükün salamatlığını təmin etmək üçün əsas həll nəqliyyat vasitələrinin xüsusi təhlükəsizlik sistemləri və telemetriya ilə təchiz edilməsidir. Bir qayda olaraq daşıma üçün avtomobili logistik provayderlə əməkdaşlıq edən daşıyıcı nəqliyyat şirkəti təqdim edir. Logistika baxımından yükün təhlükəsizliyini təmin etməyin ən səmərəli üsulları daxili istismar protokollarına və təhlükəsizlik standartlarına ciddi əməl etmə, yük nəqliyyat vasitələrinin məsafədən izlənilməsi və real vaxt rejimində daşıma marşrutu üzrə yaranan maneələrin qiymətləndirilməsidir. “Truck & trace” sistemi bütün zəruri məlumatları toplamağa kömək edir. Buna görə də “AsstrA” bu texnologiyadan fəal istifadə edir”.
Elektron monitorinq, həmçinin intermodal yük daşımalarını optimallaşdırmağa kömək edir. Dəmiryol, dəniz və hava yük nəqliyyatı bir çox halda insan amilindən asılıdır, bu da yükün təhlükəsizliyinin təmin edilməsi üçün əlavə problemlər yaradır. Biometrik texnologiyaları monitorinq sisteminə tətbiq etmək hesabına təhlükəsizliyin yeni səviyyəsinə çıxmaq olar.
Vitali Lazovski bildirir: “Logistika əməliyyatının hər bir mərhələsinə görə məsuliyyət imtiyaz deyil, zərurətdir. Yüklərin təhlükəsizliyinin təmin edilməsi üzrə texnoloji həllər, “track & trace” sistemləri, nəqliyyat vasitələri üçün smart-qıfıllar və heyətin eyniləşdirilməsinin biometrik sistemləri logistik sahə üçün öz dəyərini artıq sübuta yetiriblər. Qeyd etmək lazımdır ki, baha qiymətli yüklərin ən geniş yayılmış növləri çox vaxt internet vasitəsilə əldə edirlər. Onlara noutbuklar, mobil telefonlar, kosmetika, ətriyyat, brend geyimi, məişət texnikası aiddir. Dünya səviyyəli pərakəndə ticarət müəssissi istifadəçilərin biometrik məlumatlarını öz satış, marketinq və distribusiya sisteminə inteqrə edəndə nəqliyyat xidmətlərinin tədarükçüləru geridə qalmamalıdırlar. Baha qiymətli yüklərin tədarük zənciri bir-birilə qarşılıqlı bağlıdır. Bununla belə, logistika sahəsi biometrik texnologiyalardan pərakəndə şəbəkəsinə nisbətən başqa cür istifadə edir”.
“Juniper Research”in mütəxəssislərinin həyata keçirdiyi pərakəndə ticarətin qlobal təhlili mobil cihazlar vasitəsilə malların ödənişi üçün biometrik autentifikasiyadan istifadənin xeyli artdığını göstərir. Ekspertlərin hesablamalarına əsasən, artıq 2 milyard insan alış-veriş etmək üçün bu cür texnologiyalardan istifadə edir. İstehlakçılar gözləyirlər ki, ödənişdən sonra real vaxt rejimində alış üçün sifarişin yerinə yetirilməsini izləyə biləcəklər. Bu halda riteyllər yalnız sıx əməkdaşlıq və logistik tərəfdaşlarla kommunikasiyalar vasitəsilə öz müştərilərinin tələbatlarını tam məmnun edə biləcəklər.