İnsanın digər adamları, ətrafdakı hal və hadisələri özünün etnik və mədəni qrup dəyərləri prizmasından qəbul etmək və qiymətləndirmək meyilliyi işgüzar ünsiyyətdə əsl sınaqlara gətirib çıxarır. Etnosentrizm təzahürü tərəfdaşlıq münasibətlərini dağıtmaq, müştərilərin etibarını korlamaq və işgüzar nüfuza qara ləkə salmaq iqtidarındadır. Mədəniyyətlərarası kommunikasiyanın praktiki olaraq qaçılmaz olduğu tədarük zəncirinin iştirakçıları üçün etnosentrizmlə mübarizə və işgüzar etiketə ciddi riayət etmək xüsusi əhəmiyyət kəsb edir. Mədəniyyətlərarası biznes-kommunikasiyada səhvlərdən necə qorunmaq olar? “AsstrA-Associated Traffic AG” beynəlxalq nəqliyyat-logistika şirkətlər qrupu öz təcrübəsi ilə bölüşür.
Etnosentrizmin bəzi qeyri-aydın formalarını təkbaşına müəyyənləşdirmək praktiki olaraq mümkün deyil. Buna görə də beynəlxalq işgüzar ünsiyyətin iştirakçıları göndərilən məktubun məzmununun və ya telefon danışığında işlədilən ifadələrin məğzinin öz xarici kontragentləri tərəfindən necə qəbul edildiyini dəqiq başa düşməlidirlər. Mədəniyyətlərarası biznes-kommunikasiya linqvist, ekoloji, mədəni və texnoloji amillərin təsirinə məruz qalıb. Bundan başqa, işgüzar ünsiyyətin qaydası sosial təşkildən, kontekstdən, nüfuz risklərindən, qeyri-verbal kommunikativ davranışdan və vaxt hissindən asılıdır. Bütün bu nüanslar nəqliyyat-logistika sahəsində tam şəkildə tətbiq oluna bilər.
Şərq və Qərb. İşgüzar ünsiyyətin özünə xas xüsusiyyəti
“AsstrA”da Satış və marketinq şöbəsinin direktoru Natalyan Yeremenko qeyd edir ki, beynəlxalq biznesin aparılması üçün dil əngəlləri heç vaxt ciddi maneə olmayıb. Bir qayda olaraq biznes-kommunikasiyanın hər iki tərəfi sərbəst bildikləri heç olmasa bir dili tapmaq iqtidarındadır. Adətən bu, Qərbdə ingilis dili, Şərqdə isə rus dildir. Logistik xidmətlərin tədarükçüləri üçün işlədikləri ölkənin dilini məsələn, fransız, ispan və ya Çin dilini bilmək yeni müştərilərlə əlaqəni daha tez və səmərəli qurmaq imkanı anlamına gəlir.
“AsstrA”nın satış şöbəsinin əməkdaşları müştərilərlə dünyanın 20-dən çox dilində danışır. “AsstrA” əməkdaşlarının linqvistik ehtiyatında ingilis, rus, fransız, italyan, ispan, katalon, alman, polyak, çex, slovak, Litva, fin, rumın, bolqar, xorvat, serb, yunan, türk, Azərbaycan, Çin və fars dilləri var. İşgüzar tərəfdaşlarla onların doğma dilində ünsiyyət saxlamaq bir-birini daha yaxşı başa düşməyə və nəqliyyat-logistika layihələrinin daha operativ başa çatmasına kömək göstərir.
Natalya Yeremenko deyir: “Biz bir qayda olaraq müxtəlif mədəniyyətin nümayəndələri ilə işləyərkən ciddi çətinliklər hiss etmirik. Bütün dünyada biznes biznesdir. İşin ən çətin tutumlu mərhələsi Müştərinin münasibət və tələbatlarını öyrənəndə, yəni əməkdaşlığın başlanğıcında olur. Təbii ki, bütün dünya dillərinə yiyələnmək mümkün deyil. Lakin biz biznesin dilində sərbəst danışsaq, istənilən mədəni mühitdə kommersiya uğuruna nail ola bilərik. Bununla belə, Müştərinin mədəni kodunun əsasları barədə baza bilikləri satış tsikli üzrə daha sürətlə irəliləməyə kömək edir”.
Satış və marketinq şöbəsini direktoru, həmçinin vurğulayır ki, sifarişçi və müştəri arasında danışıqlar zamanı ilk müsbət təəssürat sizin konragentin mədəniyyətdə seçimlərinə və detallarına nə qədər diqqətli olmanızdan asılıdır. Məsələn, fransızlar tərbiyəyə, yaxşı vərdişlərə və aydın nitqə dəyər verirlər, eləcə də xarici müəssisələrlə biznesin aparılmasına münasibətdə liberal baxışların tərəfini tuturlar. Əksinə ingilislər çox vaxt iri millətlərarası şirkətlərin lokal qeydə alınmış nümayəndələrilə biznes aparmağa üstünlük verirlər. Almaniyadan olan top-menecerlər saziş bağlanana qədər potensial tərəfdaşın etibarlılığını ciddi yoxlamağa meyillidirlər. Slavyan yük göndəricilər münasib logistik həllər təklif edən provayderlərlə həvəslə əməkdaşlıq edirlər və uzunmüddətli işgüzar münasibətlərin potensialını görsələr, kiçik əməliyyat səhvlərinə əhəmiyyət verməyə bilərlər.
Effektiv kommunikasiyanın əsasları
Əcnəbi işgüzar tərəfdaşlar ilə effektiv işdə əsas keyfiyyətlər çeviklik, təmkin və hörmətdir. Hər bir mədəniyyətin özünün dəyərlər toplusu, etiket qaydası və hissləri təzahür etmənin özünə xas xüsusiyyətləri var. Biznesdə kontragentin spesifikasını və mədəni kodunu bilməmə ciddi kommunikasiya boşluğu yaradır. Bu da öz növbəsində, işgüzar əlaqələri və nüfuzu təhlükə altına qoymaq iqtidarındadır.
“AsstrA”nın Əməliyyat direktoru Denis Qural qeyd edir: “Beynəlxalq biznesdə ən vacib təcrübə dinləmək, eşitmək və anlamaq bacarığıdır. Yalnız bu halda istənilən mədəni mühitdən olan tədarükçülərlə və müştərilərlə məhsular işləyə bilərsiniz. İnternet və smart-texnologiyalar dünyanı heç vaxt olmadığı qədər daha kiçik və yaxın edib. Məsafə kommunikasiyalar üçün daha əngəl törətmir. Mədəniyyətlərarası fəqlilik hələ də olduqca nəzərəçarpandır, lakin texnologiyalar digər mentaliteti daha yaxşı qəbul etməyə və başa düşməyə kömək edir. Buna görə də hazırda tədarük zəncirinin iştirakçıları arasında ünsiyyət 15 və ya 20 il əvvəllə müqayisədə daha asan baş tutur”.
Logistika sahəsindəki peşəkar mədəniyyət müxtəlifliyinə diqqət yetirməməyə bilməz. Mədəni kodun xüsusiyyətlərinə qarşı etinasızlıq qaçılmaz səhvdir, bu ona gətirib çıxarır ki, sizin potensial tərəfdaşlarınız sizdən üz döndərirlər və başqa yerdə biznes qururlar. Mədəniyyət müxtəlifliyini başa düşmək üçün İtaliyada kofeni necə içməyin qəbul olunduğunu və ya Çində yemək üçün çubuqlardan necə istifadə etməyi bilmək azdır. Logistika biznesində mədəni kod biliyi tərəfdaşlıq münasibətlərinin əsasını təşkil edir.
Denis Qural yekun olaraq deyir: “Adi həyatda tez-tez eşidirik ki, məsələn, estoniyalılar çox ləngdirlər, almanlar isə heç vaxt gecikmirlər. Biznesdə bu cür ümumi nəticə çıxarma və stereotiplər olduqca təhlükəlidir. Ayrıa-ayrı insanıın mentalitetini və ümumilikdə millətin mədəniyyətini diqqətə almaq vacibdir. Bu, çətin səslənir, lakin təkbaşına öhdəsindən gələ bilməsəniz, komandanız sizin köməyinizə gələcək. İri beynəlxalq logistika operatorları, o cümlədən “AsstrA” dünyanın müxtəlif guşələrindən olan əməkdaşları işə götürürlər. Mütəxəsisslərimizin mədəniyyətlərarası işgüzar ünsiyyət üzrə ədəb və sağlam düşüncəsi xarici Tərəfdaşlarla möhkəm uzunmüddətli münasibətlər qurmağa yardım edir”.