“Netvörkinq” sözü müasir cəmiyyətdə sürətlə populyarlıq qazanır. Netvörkinqlə məşğul olmaq şəxsi və biznes məsələlərin effektiv həlli məqsədilə ətrafdakı insanlarla və şirkətlərlə uzunmüddətli, etibarlı və qarşılıqlı faydalı münasibətlər qurmaq anlamına gəlir.
Netvörkinqin əsasında altı əl sıxma nəzəriyyəsi dayanır. Nəzəriyyəni 1960-cı illərdə amerikalı sosioloq Stenli Milqrem və psixoloq Ceffri Trevers ərsəyə gətiriblər. Bu nəzəriyyəyəyə əsasən, planetdəki bütün adamlar müəyyən sayda olan ümumi tanışları vasitəsilə bir-birilə tanışdırlar. Həmin tanışlar beş-altı nəfərdən ibarət özünəməxsus zəncir formalaşdırır. Ustalıqla görülmüş netvörkinq inkişaf və çiçəklənmə üçün imkanlar açır. Və bu, qanunauyğundur, çünki yeni işgüzar tanışlıqlar, görüşlər, ünsiyyət və təcrübə mübadiləsi istənilən sahədə biznesin uğurla aparılması və peşəkar yüksəliş üçün təməl yaradır.
“AsstrA”nın ekspertləri əmindirlər ki, peşəkar səriştənin yüksək inkişaf səviyyəsini qorumaq üçün bazarın digər oyunçuları ilə daim ideya və təcrübə mübadiləsi aparmaq lazımdır. Buna görə də “AsstrA”nın əməkdaşları sahə konfranslarında, forumlarında və digər buna bənzər tədbirlərdə fəal iştirak edir. Yayın ilk ayı “AsstrA”nın qatıldığı sahə tədbirləri baxımından səmərəli və zəngin olub.
Şirkətin mütəxəssisləri iyunun əvvəlində “2018 qabsız yüklərin logistikası və nəqli Argus” beynəlxal konfransa baş çəkiblər. Konfrans Rusiyanın cənubunda, günəşli Gəlincik şəhərində keçirilib.
Azov-Qara dəniz hövzəsinin mövcud liman infrastrukturunun imkanları, eləcə də əsas iritonnajlı ixrac məhsulu olan xammalla bağlı digər logistik əməliyyatların aparılması, daşıma, saxlama məsələləri konfransın əsas mövzularını təşkil edib. Tədbir iştirakçıları, həmçinin Azov-Qara dəniz hövzəsinin limanlarınadək olan dəmiryol infrastrukturunun genişləndirilməsini müzakirə ediblər. “OTEKO” şirkətinin qabsız yüklər üçün nəzərdə tutulmuş yeni terminalının inşa edildiyi tikinti meydançasına səfər konfransı başa vurub. Argus 2018 iştirakçıları üçün obyektdə ekskursiya keçirilib.
“AsstrA”nın ümumi yüklərin daşınması şöbəsinin rəhbəri Oleq Sısolyatin qeyd edib:
“Qabsız yüklər üçün yeni terminalın tikintisi bizdə xoş təəssürat yaratdı. Yeni obyektin istismara verilməsi limanın buraxılış qabiliyyətini xeyli artıracaq və logistika prosesinin iştirakçıları üçün Rusiyanın cənubunda daha bir dərinsulu limanının güclərinə çıxış açacaq. Çox güman ki, Tamandakı dəniz limanı yük dövriyyəsi üzrə Rusiyada ən böyük ilk beşlikdə yer tuta biləcək. Bundan başqa, ekskursiya formatının özü potensial tərəfdaş və müştərilərlə qeyr-rəsmi və dost ünsiyyətinə malik xoş ab-hava yaradıb”.
“AsstrA” şirkətinin ekspertlər qrupunun iştirak etdiyi növbəti vacib tədbir 5-ci Beynəlxalq Qara dəniz-Xəzər Nəqliyyat Forumu olub. İyunun 11 və 12-də Gürcüstanın Batumi liman şəhərində limanların, terminalların, avtodaşıyıcıların, ekspedtorların, logistik şirkətlərin və yük sahiblərinin nümayəndələri bir araya gələrək Azov-Qara dəniz və Xəzər regionlarında nəqliyyat logistikasının məsələlərini müzakirə ediblər.
“AsstrA”nın sahənin inkişafı üzrə meneceri Svetlana Palkin təəssüratlarını bölüşüb:
“Forumun proqramı zəngin və maarifləndirici olub. Biz ən aktual mövzuları, o cümlədən “Anakliya” yeni dərinsulu limanın tikintisini müzakirə etdik. Həmin limanın açılışından sonra Çindən sürət qatarlarına daha büdcəli alternativ yaranacaq. Keçirilmiş nəqliyyat forumuna bənzər tədbirlər tədarük zəncirinin bütün iştirakçılarının nöqteyi- nəzərindən bu və ya digər vəziyyətə baxmaq imkanı verir. Bundan başqa, forumda təkcə Qara dəniz limanlarının rəhbərləri deyil, həm də Gürcüstan dəmir yollarının nümayəndələri iştirak ediblər ki, bu da dolğun dialoq üçün vacibdir, çünki həmin limanlarda əsas həcmi təşkil edən qabsız yüklərin logistikası dəmiryol və dənizin alyansını nəzərdə tutur. “AsstrA” iri logistika provayderidir və Bizim üçün limanların infrastrukturunu əyani surətdə görmək və yerindəcə Müştərilərimiz üçün hazırladığımız marşrutların bütün imkanlarını qiymətləndirmək xüsusilə dəyərlidir. Bu, ilk növbədə “AsstrA Fertilizers Logistics” bölməsi çərçivəsində gübrələrin logistikasına aiddir”.