“Bir qurşaq və bir yol” kimi çox vacib iqtisadi və nəqliyyat yolunun inkişafında dəmir yolu ilə daşımalar Çin-Avropa-Çin marşrutu üzrə getdikcə daha əhəmiyyətli rol oynayır. Əgər yükləri göndərənlər əvvəllər 90 faiz halda ən qənaətcil variant kimi dəniz yolu ilə daşımalara üstünlük verirdilərsə, hazırda dəmir yolları getdikcə daha çox populyarlaşır. Biz Çindən dəmir yol daşımalarının xüsusiyyətləri və inkişaf perspektivləri barədə AsstrA-Associated Traffic AG-nin “Çin” şöbəsinin müdiri Dmitri Poxodenko ilə söhbət etdik.
Belarus Dəmir Yollarının məlumatına görə, Çindən Belarus vasitəsilə Avropaya gedən tranzit heyətlərinin sayı 2017-ci ildə əvvəlki illə müqayisədə 60 faiz artıb. Dmitri, dəmir yol daşımalarının bu cür artımına nə təsir edib?
Əsas səbəb ondan ibarətdir ki, “İpək yolu”nda məhz quru marşrutların inkişafı dövlət təşəbbüsüdür. Bu da Çinin planlı iqtisadi modeli çərçivəsində çox şey deməkdir. Bu, çatışmayan nəqliyyat-logistika obyektlərini operativ yaradılması, Avropa istiqamətləri üzrə işləyən dəmir yol operatorları üçün subsidiyalar və hətta İpək yolunun iştirakçı ölkələrinin məsələn, Rusiya, Qazaxıstan, Belarus və Polşanın dəmir yolu inkişafına investisiyaların qoyulmasıdır. Çin Dövlət Şurasının planlarına əsasən, 2020-ci ilədək Çin və Avropa arasında hər il 5 mindən çox qatar hərəkət etməlidir. Və yerli hakimiyyətlər bu məqsədə çatmaq üçün maksimum səy göstərirlər. Avropa və MDB istiqamətlərində getdikcə daha çox qatarlar işə salırlar və artıq hazırda 12 ölkədə 35-dən çox şəhərlə müntəzəm nəqliyyat əlaqəsi qurulub.
Dəqiq başa düşmək lazımdırki, Dəmir İpək yolu Çinin təşəbbüsüdür və birinci növbədə Çin tərəfindən dəstəklənir. Çinin dotasiyaları və yükləri olmadan Çin-Avropa istiqaməti üzrə dəmir yol ilə yükdaşımaların indiki templə inkişaf edəcəyi ehtimalı azdır.
Başqa sözlə, Siz hazırda müştərilərə dənizlə bərabər dəmir yolu daşımalarını təklif edirsiniz?
Dəmir yolu ilə yükdaşımalar ümumi anlayışdır. Başa düşmək lazımdır ki, söhbət burada hansı daşımalardan gedir: tək konteyner, vaqon göndərmələri və ya sürətli konteyner qatar daşımaları. Nəqlin coğrafiyası və yükün növü həlledici amildir.
Konteyner daşımalarından danışsaq, burada proses qurulub və yüklər sabit şəkildə daşınır. Müştəri üçün dənizlə müqayisədə qiymət və müddət münasibdir. Adətən 40 futluq konteynerlər, nadir hallarda isə 20 futluq konteynerlər daşıyırlar. Əgər söhbət iyirmilikdən gedirsə, bu, minimum iki 20 futluq konteyner olmalıdır. Demək olar istənilən yükü daşımaq mümkündür. Temperatur rejimi olan yüklər üçün dizel-generatorla (gen sets) təchiz edilmiş refrijator konteynerlərdə daşımaq imkanı mövcuddur. Əgər konteyner fərdi generatorla təchiz edilibsə, tək konteynerdən daşımalar mümkündür, əgər işi dizel vaqonu təmin edirsə, o zaman azı 6 konteyner tələb olunur. Burada müəyyən çətinliklər yaranır, axı dərhal 6 konteynerə yük doldurulacağına az adam zəmanət verə bilər.
Biz tam konteynerlərdən başqa, yığma yüklər də daşıyırıq. ADR yüklər, o cümlədən tərkib hissəsi istənilən təhlükə sinfinə aid olan mallar məsələn, litium batareyaları qəbul olunmur. Bu qadağa yükləmə, bu yüklərin göndərilməsinin gözlənilməsi, hərəkət heyətinin emalı prosesləri zamanı stansiyalarda alışma və partlayış halları ilə izah olunur.
Vaqonlar iki əsas marşrut üzrə hərəkət edirlər: Şimal (red.Zabaykalsk üzərindən) və Cənub (red.Qazaxıstan üzərindən). Fikrimcə, Avropaya vaqon daşımaları özünü doğrultmur. Vaqonla Qazaxıstana və Mərkəzi Asiyaya, Urala, Moskva ətrafına daşımaq olar.
Sürətli konteyner qatarları başlanğıcda Avropanın iri istehsalçıları üçün qatar qismində yaradılıb. Onların əsas istehsal nöqtələri Çində yerləşib. Faktiki olaraq bu, beynəlxalq qeyri-müntəzəm dəmir yol daşımaları olub. Artıq sonradan kütləvi istifadədə olan qatarlar peyda oldu.
Qatarlar nə üçün sürətli hesab olunur? Yola salma və təyinat stansiyalarından (məsələn, Çençjou-Malaşeviçe/Hamburq/Varşava) asılı olaraq, stansiyadan stansiyaya qədər çatdırma müddəti 12-16 gün təşkil edir. Bilinməlidir ki, sürət konteyner qatarları ölkənin ərazi hissəsinə gəlir, yəni limanda yükün emalına vaxt sərf olunmur.
Bununla belə, sürət konteyner qatarlarının öz xüsusiyyətləri var. Sürət qatarların yola salındığı Çinin bütün stansiyaları təkcə qatarların cədvəli ilə fərqlənmir, həm də eyni təyinat stansiyasınadək olan qiymət dəyişir. Burada biznesin “Çin xarakteri” özünü göstərir: vahid qiymət mövcud deyil. Müxtəlif satıcılarda eyni cür xidmətin qiyməti 1,5 dəfə fərqlənir.
Sürət konteyner qatarları təsvir edilmə baxımından konteyner və vaqonları aydın şəkildə üstələyir. Yəni ideal həlldir?
Sürət konteyner qatarları hamı üçün həll deyil. Sürət qatarları dənizdən bahalıdır, lakin aviasiyadan ucuzdur. Biz bu xidməti kapitalın işləməsini vacib hesab edən və istehsalda boş dayanmanı və ya uzunmüddətli çatdırılmanı özünə rəvan görməyən müştərilərə təklif edirik.
Son istehsal olunmuş “iPhone” smartfonları partiyasını Yeni il bayramlarına qədər gətirilməli olduğu vəziyyəti təsəvvür edin. Müştərimizin malı çatdırılıb və artıq çoxdan satılıb, rəqibin yük partiyası isə hələ də dəniz yolu ilə çatdırılır. Hətta bir gün yubanma çox baha başa gələ bilər. Biznes elə qurulub ki, pul daim işləməlidir. Biz məhz bunda müştərilərimizə alternativ sxemlər təklif etməklə kömək edirik. Aviasiyadan ucuz, dəniz yolu ilə müqayisədə isə yüksək sürət tələb olunursa, sürətli konteyner qatarları qızıl ortadır.