IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) yük agenti qismində AsstrA-nın Rusiya nümayəndəliyinin (AsstrA Rus) yeni statusu şirkətin müştərilərinə aviadaşımalar zamanı assosiasiya standartlarının uyğunluğuna və maksimum maliyyə sabitliyinə zəmanət verir. AsstrA-nın mütəxəssisləri, həmçinin təhlükəli yükləri sərbəst şəkildə bəyan edə biləcəklər. Aviadaşıyıcılar ilə əməkdaşlıq şirkətlər qrupuna müştərilərə təkcə xidmətin geniş coğrafiyasını deyil, həm də qiymət artırmadan tariflər təklif etməyə birbaşa imkan verir. Hazırda şirkətin Rusiyanın daxilində 60-dan çox istiqaməti və bütün dünya üzrə 100-dən artıq aviadaşıma marşrutu var.
AsstrA şirkətlər qrupunun Aviadaşımalar şöbəsinin rəhbəri Anton Seyçasov deyir:
“Mülki aviasiyada ən önəmli assosiasiyanın yük agenti olmaq təkcə şərəfli deyil, həm də çətindir. Potensial agentə tələblərdən ibarət geniş siyahı təqdim olunur. Son il üçün auditor maliyyə maliyyə hesabatını və aviadaşıma xidmətlərinin satışları üzrə məlumatlar vermək lazımdır. Namizədin daşıma sənədləri buraxmağın və satışlar aparmağın mümkün olduğu aeroportlarda ofisləri yerləşməlidir. Həmçinin, il ərzində nəzərdə tutulan satışların məbləği üçün bank zəmanəti lazımdır. Biz buna 100 min ABŞ dolları həcmində vəsait qoymuşuq. Gələcəkdə gözləyirik ki, IATA tərəfindən hazırlanmış yük daşımalarına görə hesablamalar sistemini (CASS) Moskvadan reyslər həyata keçirən digər aviaşirkətlər də buraxacaqlar. Bu, AsstrA-nın müştəriləri üçün imkanları xeyli genişləndirəcək”.
AsstrA-nın avianəqliyyatla daşınmasına praktiki olaraq istənilən yük qəbul edilir, lakin bəzi kateqoriyalı mallar xüsusi davranış tələb edir. Müvafiq qaydalara əməl edilməsi halında tez korlanan mallar, bəzi kimyəvi materiallar, eləcə də əndazəsiz yüklər hava nəqliyyatı ilə daşınmaya buraxılır. Daşınması qəti qadağan olunan bəzi maddələrin siyahısı da mövcuddur. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) korroziyalı, zəhərli və partlayıcı maddələrin təyyarənin göyərtəsinə keçirməyi qadağan edir. AsstrA şirkətlər qrupu hər bir konkret malın təhlükəsiz və operativ çatdırılmasını təmin etmək üçün aviadaşımaların beynəlxalq və Rusiya daxilində hüququ tənzimlənməsində dəyişiklikləri diqqətlə izləyir.