Cari ilin I yarısında şirkətlər qrupunun dəmir yolu daşımaları dövriyyəsi 4 % artaraq 8,5 milyon avrodan çox təşkil edib. Sifarişlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 23% artıb.
Şirkətlər qrupunun dəmir yolları ilə bütün daşımalarında əsas payı sənaye yükləri - 27%, metallar - 10%, "fashion & beauty" seqmentinin yükləri - 6%, habelə gübrə və kimyəvi məhsullar - 5% tutur. 2018-ci ilin 6 ayında dəmir yolları üzrə daşınan bütün yüklər 430 min ton təşkil edib.
Daşınan məhsulların dəyər baxımından həcmi üzrə başlıca istiqamətləri Rusiya daxilində daşımalar (316 göndərmə), "Çin-Rusiya" (272), Qazaxıstan daxilində daşımalar (260), "Çin-Belarus" (188), "Qazaxıstan-Özbəkistan" (118) olublar.
AsstrA Asiya istiqamətində öz mövqelərini möhkəmləndirmək strategiyası çərçivəsində Transsibir magistralından istifadə etməklə Çindən və əks istiqamətdə sürətli konteyner qatarlarının servislərini inkişaf etdirməyə davam edir. Hazırda şirkətin bütün dəmir yolu daşımalarının ümumi sayında bu cür göndərmələrin payı təqribən 60%-dir.
AsstrA-Associated Traffic AG şirkətlər qrupunun dəmir yolu daşımaları üzrə əməliyyat direktorunun müavini Andrey Sulla deyir: "Ötən il Bizim üçün tərəfdaşlıq münasibətlərinin fəal inkişaf ili olub. AsstrA "Birləşmiş Nəqliyyat-Logistika Şirkəti" Səhmdar Cəmiyyəti ilə Çin-Avropa-Çin marşrutu üzrə birgə daşımaların reallaşdırılması üzrə beşillik memorandum bağlayıb. Transsibir daşımalar üzrə Koordinasiya Şurasında üzvlük əldə edib. Firma Nəqliyyat Xidməti Mərkəzi ilə Rusiya üzrə tranzit marşrutlarının tranzit ödənişinə dair müqavilə bağlayıb. Bu cür əməkdaşlığın nəticələri artıq görünür. Şirkətimiz dəmir yolu aktivlərinin iri sahibləri ilə qarşılıqlı münasibətləri genişləndirdiyinə, daşıma imkanlarını artırdığına və dəmir yolu nəqliyyatı ilə çatdırma üzrə sərfəli şərtlər təklif etdiyinə görə ötən il ərzində 200-dən çox yeni müştəri cəlb olunub. Həmçinin ilin sonunadək dəmir yolu üzrə yük daşımalarının sayını 15 %-dən çox artırmağı planlaşdırırıq".