AsstrA-Associated Traffic AG nəqliyyat və logistik xidmətlərin beynəlxalq provayderi bu il öz sıralarına mininci əməkdaşı qatıb.
AsstrA 20 ildən artıqdır nəqliyyat-logistika bazarında fəaliyyət göstərir. Son aylar xüsusi intensiv inkişaf qeydə alınıb. Şirkət coğrafi təmsilçiliyini xeyli genişləndirib, dünyanın müxtəlif guşələrində yeni ofislər açıb. Hazırda AsstrA-nın mütəxəssisləri MDB, Avropa və Asiyanın 18 ölkəsində nəqliyyat-logistika xidmətləri göstərir. Bununla yanaşı, şirkətin ştatı yeni mütəxəssislərlə sistematik olaraq genişlənir.
AsstrA-nın Personal üzrə direktoru Yelena Yevdokimenko bildirir: “Son üç ilin statistik məlumatlarının təhlili göstərib ki, əməkdaşların illik artımı təqribən 100 nəfər təşkil edir. 2018-ci ilin mayında AsstrA mütəxəssislərinin ümumi sayı min nəfər həddinə çatıb. Budur əsl inkişaf”.
Bütün dünya üzrə ölkələrdəki ofislər və peşəkar mehriban komanda AsstrA-nın müştərilərə yaxın olmasına kömək edir. Coğrafi sərhədlər və dil maneələri artıq problem yaratmır. AsstrA-nın əməkdaşları ingilis, rus, fransız, italyan, ispan, katalan, alman, polyak, çex, slovak, Litva, fin, rumın, bolqar, xorvat, serb, türk, Azərbaycan, fars və Çin dillərində müştərilərilərlə sərbəst ünsiyyət saxlayırlar. Müştərinin doğma dilində danışmaq bir-birini daha yaxşı başa düşməyə və nəqliyyat-logistika layihələrinin daha operativ reallaşdırılmasına yardım edir.
Yelena Yevdokimenko qeyd edir: “Biz çox fəxr edirik ki, insanlar Bizim şirkəti seçirlər. AsstrA əməkdaşları üçün bura qanadları açmaq və üfüqləri genişləndirmək yeridir. Yeni işçilərimiz arasında mütəmadi olaraq sorğular keçiririk. Son sorğular göstərib ki, iş axtaranların AsstrA-nı seçməsinin əsas səbəbi mehriban həmkarlardır. Bu, çox ruhlandırır və daha da inkişaf etməyə sövq edir”.