Poladdan olan malların istehsalı ildən-ilə artır. Müvafiq olaraq, bu faydalı ərintinin istehsal həcmi də artır. Belə ki, 1950-ci ildə 189 milyon ton polad tədarük edilib, halbuki 2014-ci ildə dünya üzrə istehsal həcmi 1 621 milyon ton olmaqla rekord göstəriciyə çatıb. Amerika gəmi sahiblərinin qarşılıqlı sığortalama assosiasiyasının (American Steamship Owners Mutual Protection and Indemnity Association) məlumatına görə, dəmir karbon ərintisi maşınqayırma, tikinti və nəqliyyat, sənayenin ağır və hərbi sahələri daxil olmaqla, sənayenin əsas sahələrinin işləməsi üçün zəruri olan əvəzsiz elementlərdən ibarətdir.
Polada olan inanılmaz tələbat polad tökmə sənayesinin intensiv işini, xammal və hazır məmulatların fasiləsiz tədarükünə yüksək tələbatın olmasını şərtləndirir. Polad istehsalçıları daşıyıcıların səmərəliliyindən asılıdırlar. Daşıyıcılar metal məhsullarının operativ idxal və ixracını təmin edirlər. AsstrA-Associated Traffic AG beynəlxalq nəqliyyat-logistika provayderi də polad rulonların və digər metal prokat növlərinin nəql həcminin sabit artımını qeydə alır. AsstrA-nın ekspertləri bu ərintinin daşıma prosesinə birbaşa təsir edən şərtləri və amilləri izah edirlər.
AsstrA polad və polad rulonların təhlükəsiz çatdırılmasını təmin etmək üçün tədarüklərin idarə edilməsində daxili sistem hazırlayıb. Bu sistem metalların xarici təsirlərə həssaslığı meyarları üzrə təsnifatına əsaslanır. AsstrA Steel Logistics profil şöbəsinin mütəxəssisləri daşıma başlamazdan qabaq nəqliyyat xidmətləri tədarükçülərinin çeşidlənməsini aparırlar, münasib çatdırılma metodunu müəyyənləşdirirlər və uyğunlaşdırılmış nəqliyyat vasitəsini seçirlər.
AsstrA Steel Logistics şöbəsinin rəhbəri Katerina Suxanova qeyd edir: “Polad və polad rulonlarını uğurla nəql etmək üçün nəzərə almaq lazımdır ki, bu ərinti su və kondensatın təsirinə qarşı çox həssasdır. AsstrA-nın mütəxəssisləri hələ daşıma başlamazdan qabaq yükün korlanma riskini minimuma endirməyə və istənilən itkinin qarşısını almağa çalışırlar. Buna görə də müvafiq nəqliyyat vasitəsinin və layihənin reallaşdırılması üçün etibarlı nəqliyyat tərəfdaşının seçilməsi ən vacib hazırlıq mərhələsidir”.
Poladdan olan məmulatlar müxtəlif üsullarla nəql edilir: ayrıca vahidlər şəklində, qabsız yüklər qismində, fərdi qablaşdırmada, kağız və ya metal qoruyucu qablaşdırmada, yağ və ya lak və boya örtüyü ilə. AsstrA poladın yerüstü daşınması üçün uyğunlaşdırılmış avtomobillər seçir: xüsusi avadanlıqla təchiz edilmiş yük maşınları, əndazəsiz yüklərin daşınması üçün “MEQA” sinifli yarımqoşqular, navalçası bağlı yarımqoşqular və konteynerlərin daşınması üçün yarımqoşqular.
Poladın nəqli prosesində yaranan əsas çətinliklər aşağıdakılardan ibarətdir: yükün şirin və ya duzlu su ilə isladılması, yüksək nəmlik, kondensatın əmələ gəlməsi, konteynerin, vaqonun və ya platformanın pis vəziyyətdə olması, yükün emalı üçün lazımı şəraitin olmaması, nəqliyyat vasitəsinin daxilində ventilyasiyanın yoxluğu, yad cisimlərlə və ya maddələrlə çirklənmə, eləcə də yük partiyalarının kifayət qədər seqreqasiya olmaması.
Katerina Suxanova deyir: “Nəql edilən poladın salamatlığına təsir edən bütün amillər arasında ən asanı havaya nəzarət etməkdir. Rulonları yağıntılar və rütubətdən germetik qablaşdırma və ilkin emal qoruyur. Yük vahidləri arasında sürtünməyə nəzarət etmək daha çətindir. Yük vahidlərinin zəruri seqreqasiyası təcrübə, habelə lazımi materiallar və avadanlığın düzgün seçimini tələb edir. Bundan başqa, mütəxəssislər nəqliyyat vasitəsinin daxilində ventilyasiyanın və rütubətin optimal səviyyəsini qorumalıdırlar. Başa düşmək lazımdır ki, ventilyasiyanın məqsədi yükün temperaturunu tənzimləmək deyil, kondensatın əmələ gəlməsinin profilaktikasını aparmaqdır”.
AsstrA Steel Logistics şöbəsinin ixtisaslı ekspeditorları 2018-ci ilin birinci yarısında ümumi həcmi 241 min ton olan poladın nəqli üzrə 5 492 layihəni həyata keçiriblər. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.
AsstrA-nın mütəxəssisləri 2017-ci ildə 101 928 ton mteal məhsulları daşıyıblar. Bununla belə, cari ilin yanvarından iyunadək olan dövrdə metal prokatının daşınma həcmi artıq 95 321 ton həddinə çatıb. Avropa dövlətlərinin iqtisadiyyatının inkişafı və enerji qiymətinin azalması səbəbindən poladın Avropa bazarlarına ixrac və idxal həcminin artması da gözlənilir. Bununla da AsstrA qarşısında bu seqmentdə yük dövriyyəsini iki dəfə artırmaq perspektivi açılıb. Digər tərəfdən yük dövriyyəsinin əhəmiyyətli hissəsini polad karkaslar, məftillər, avtomobillər və xüsusi texnika üçün ehtiyat hissələri və detallar, metal lövhələr (list) və polad çubuqlar təşkil edir.
2018-ci ildə AsstrA Steel Logistics-in əsas ticatət marşrutları arasında aşağıdakıları qeyd etmək olar: “"Belçika - Polşa", "Rumıniya - Polşa", "Rusiya-Almaniya" "Belçika - Rusiya", "Latviya - Litva", eləcə də Rusiya daxili marşrutlar.
Katerina Suxanova vurğulayır ki, AsstrA-nın poladın daşınması üzrə sifarişlərdən əldə etdiyi gəlirin artmasının əsas amili şirkətin geniş coğrafi təmsilçiliyinin olması və poladın nəqlinin bütün mərhələlərində yüksək xidmət səviyyəsinin qorunmasıdır.