Blokçeyn şübhəsiz 2018-ci ildə dünya biznesində partlayış edən başlıca texnoloji trenddir.
Buna əmin olmaq üçün statistikiya göz gəzdirmək kifayət edir: Hazırda 10 nəqliyyat-logistika şirkətindən 6-sı blokçeyn texnologiyasını öz əməliyyatlarında necə tətbiq etməyin yollarını axtarır. Hətta blokçeynin biznesdə tətbiq olunması ideyası ətrafında formalaşdırılmış nəqliyyat şirkətlərinin assosiasiyası - the Blockchain in Trucking Alliance (BiTA) - mövcuddur.
Buradan belə bir sual yaranır: Malların daşınması ilə məşğul olan şirkətlərdə blokçeyn texnologiyaları niyə belə populyardır? AsstrA-Associated Traffic AG nəqliyyat-logistika qrupunun eksperti, AsstrA-nın logistika biznesinin inkişaf üzrə direktoru Vyaçeslav Tureyko bunu onunla izah edir ki, bu cür texnologiyalar hələ bu yaxınlara qədər cavabı tapılmayan məsələləri həll etməyə imkan verir.
Məsələn, hazırda nəqliyyat və logistika sənayesi müxtəlif çağırışlarla üzləşir. Yüklərin oğurlanması, tədarük zəncirinin kifayət qədər şəffaf olmaması, malların naməlum mənşəyi, fraxt əməliyyatlarında vasitəçilərin çoxluğu, habelə mümkün risklərin və itkilərim natamam təhlili həmin çağırışlardandır. Blokçeyn texnologiyası şirkətdə proseslərin avtomatlaşdırılması yolu ilə problemlərin ideal həllini təmin edə, bununla da onları daha sürətli və etibarlı edə bilər.
Vyaçeslav Tureyko izah edərək deyir:
“Yüklərin daşınmasında blokçeyn texnologiyasından istifadənin bir çox üsulu var. Onların tətbiqinin ən vacib aspekti o ola bilər ki, blokçeyn tranzaksiyaları yaxşılaşdıra və hər məhsula teqin əlavə olunmasının köməkliyi ilə tədarük zəncirini qoruya bilər. Siz yüklər, mülkiyyət sertifakatları və onların yerləri haqqında xeyli sayda məlumat saxlaya bilərsiniz. Bu cür məlumata tez və qorunmuş şəkildə giriş imkanı Avropada yüklərin oğurlanma saylarını azaldacaq”.
Yüklərin nömrələrinin trekinqindən başqa, blokçeyn texnologiyası tədarük axınına izləməyə imkan verir, bununla da daşıyıcılar, istehsalçılar, tədarükçülər və Müştərilər arasında qarşılıqlı fəaliyyəti asanlaşdırır. Bu, nəqllərin ümumi dəyərini azaltmağa kömək edir.
Vyaçeslav Tureyko əlavə edir:
“Blokçeyndə “ağıllı müqavilələr” prosesləri avtomatlaşdıra və logistik şirkətlərin sənədlərlə iş saatına qənaət edə bilər”.
Tənqidçilər ehtiyat edirlər ki, blokçeyn texnologiyaları hakerlər üçün “qırmızı əsgi” olacaq. Lakin kriptoqrafik şəkildə qorunan məlumat müxtəlif kompüterlərdə saxlanıla bilər, bu da real məlumatları yükləməyə imkan verir.
Logistika şirkələri üçün blokçeyn-texnologiyalarının operativ tətbiqinin əsas motvivasiyası məlumatların yüksək səviyyədə qorunmasıdır. Axı, məhz bu biznesdə məlumatların gündəlik ötürülmə həcmi terabayta çata bilər, bu qədər sayda məlumatların qorunması üçün ən yaxşı vasitəni isə deyəsən hələ kəşf edə bilməyiblər.