AsstrA-nın aviadaşımalarının coğrafi əhatəsi məhdud deyil. Şirkətlər qrupu ən populyar nəqliyyat istiqamətlərindən başqa, ekzotik ölkələrə hava marşrutları təklif edir. “AsstrA”nın Berqamodakı filialının ekspertləri ekzotik hava daşımalarını necə təşkil etməyi yaxşı bilirlər.
“AsstrA Express Delivery and Groupage Cargo Division” şöbəsinin ekspeditoru Alan Tertsi deyir:
“Uzaq ölkələrə avianəqliyyat bizim bilik sahəmizdir. AsstrA Müştərilərə malları İtaliyanın Malpensa, Fyumiçino, Marko Polo, Punta Raizi, Florensiya, Turin və ya Kazelle kimi aeroportlarından Asiyanın bütün ölkələrinə, Avstraliyaya, ABŞ-a və Afrikaya göndərməyə kömək edir. Biz 2017-ci ilin əvvəlindən etibarən İtaliyadan Hindistan, Keniya, Nigeriya, Argentina və Azərbacana artıq bir çox tədarük həyata keçirmişik”.
AsstrA-nın aviadaşımalar xidmətləri, həmçinin yüklərin gömrük rəsmiləşdirilməsinə yardım edilməsini və kompleks izləməni əhatə edir. Yük növlərinin diapazonu çox genişdir: AsstrA, həmçinin öz Müştərilərinə ADR-yüklərin daşınmasını təklif edir.
Alan Tertsi əlavə edir: “Ekzotik ticarət istiqamətləri üzrə daşınan yüklərin növləri ilə bağlı məhdudiyyətlər yoxdur. Bu, ehtiyat hissələrindən tutmuş un və kağızadək hər şey ola bilər. Biz bu yaxınlarda əsas Müştəri üçün bir neçə Afrika ölkəsinə ehtiyat hissələri daşıdıq. AsstrA bütün sahələrə xidmət göstərməyə hazırdır”.
Asiya ölkələrinə, Avstraliyaya, ABŞ və Afrikaya aviadaşımalar digər istiqamətlər üzrə nəqldən fərqlənir. Alan Tertsi qeyd edir:
“Aviaşirkətlərin tələb etdikləri sənədlərin böyük həcmi bu ticarət istiqamətləri üzrə daşımalarda norma sayılır, buna görə də bütün mümkün səhvlərin qarşısını almaq üçün Müştəri ilə sinxron işləmək çox önəmlidir”.
AsstrA-nın İtaliyadakı filialının rəhbəri Lyubov Zaxarova vurğulayır:
“Bütün Asiya ölkələrinə, Avstraliyaya, ABŞ və Afrikaya aviadaşımalar əsas təkliflərimizdən biridir. Biz bu xidməti ötən il əlavə etmişik və artıq Müştərilər tərəfindən əhəmiyyətli dərəcədə tələbat müşahidə edirik. Komandamız aviadaşımalar servisini təkmilləşdirmək və nəqlin həcmini artırmaq niyyətindədir.Gələcəkdə mövcud IATA Rusiya statusumuza əlavə olaraq İtaliyada IATA assosiasiyasına üzv olmağı da istərdik. Bununla da, AsstrA aviaşirkətlərlə birbaşa işləyəcək ki, bu da Müştərilərə biznesdə yeni perspektivlər təklif etməyə imkan verəcək”.