Gələcək bəşəriyyətin həmişə marağına səbəb olan mövzulardan biri olub və olacaq. Keçmişi nə qədər yaxşı təhlil etməyimizdən asılı olmayaraq, bizi gələcəkdə dəqiq nə gözlədiyini öncədən proqnozlaşdıra bilmərik. Nəqliyyat və logistika sahəsində gələcək barədə qurulan xəyallar sərhəd tanımır.
İşə uçan nəqliyyatda gedə biləcəyik? Dron sifariş edilmiş pizzanı İtaliyadan evimizə çatdıracaqmı? İşıqdan sürətli qatarda səhayət edəcəyik? Lakin texnologiyalar əlavələr və xüsusiləşdirilmiş softlar kimi çılğın tempdə hələ inkişaf etmir. Logistika və nəqliyyat kimi infrastruktur sahələrində dəyişikliklər olduqca böyük investisiyalar tələb edir və buna görə də inkişaf daha ləng gedir. Bu səbəbdən vaxtımız var və biz logistikanın gələcəyinə hazırlaşa bilərik. AsstrA-Associated Traffic AG beynəlxalq nəqliyyat-logistika qrupunun ekspertləri məhz bunu edirlər. Şirkətin mütəxəssisləri standart yük maşınları, qatarlar, gəmilər və təyyarələrin çərçivəsindən xeyli uzağa çıxan nəqliyyat vasitələrindən istifadə imkanlarını səbirsizliklə gözləyirlər. Artıq hazırda rast gəlinən bəzi futurizm üslublu nəqliyyat vasitəsi nümunələri bunlardır:
Uçan avtomobillər təkcə elmi fantastika dünyasında mövcud deyil
“AeroMobil” adlı uçan aparatın prototipini hazırlayanlar yeni maşının köməkliyi ilə ənənəvi nəqliyyat şəbəkələrinin həddən artıq yüklənməsini azaltmağı və yol hərəkətinin işini yüngülləşdirməyi planlaşdırırlar. Aparat üzərində iş son 15 il ərzində aparılır. Maşın həm yollarda, həm də uçuşda sınaqdan keçirilib, uçan avtomobilin sürəti saatda 130 kilometrə çatır, səyahət adi dayanacağa təhlükəsiz enişlə başa çatır.
Dronların köməkliyi ilə mal və insanların daşınması
Sürücüsüz hava taksiləri ilk dəfə Dubayda sınaqdan keçirilib. İçərisində sərnişinlərin olduğu uçan avtomobil havaya qalxıb və beş dəqiqə ərzində uçuş həyata keçirib. Sürücüsüz taksilər adi hala çevrilənədək müəyyən vaxt keçəcək. Ancaq yeni həllərin hazırlanması üzərində işləyən çoxsaylı şirkətlər sayəsində artıq yaxın vaxtlarda yükləri şəhərdən şəhərə asanlıqla çatdıran dronları səmada görə biləcəyik.
Sürücülük vəsiqələri? Unudun onları!
Uçan avtomobil ideyası ilə müqayisədə sürücüsüz avtomobil konsepsiyası daha az təəccüb doğurur və getdikcə gündəlik həyatda tez-tez rast gəlinir. AsstrA-da Avtodaşımalar üzrə əməliyyat idarəsinin direktor müavini Vitali Yeryomenko deyir:
“Proqnozlara əsasən, 2020-ci ilədək yollarda 10 milyon ədəd sürücüsüz minik və yük avtomobili hərəkət edəcək. Tesla, Mercedes və BMW kimi şirkətlər özüyeriyən avtomobilləri artıq satmağa başlayıblar, buna görə də bu, yalnız vaxt məsələsidir, o zaman sürücülük vəsiqələri artıq bizə lazım olmayacaq”.
Daimler Trucks korporasiyası, Einride və Uber sürücüsüz yük maşınlarını buraxıblar. Həmin maşınlar texniki və hüquqi risk olmadan Amerika yollarında hərəkət etmək üçün tam uyğunlaşdırılıb və yükü göstərilən yerə təhlükəsiz çatdıra bilirlər. Bundan başqa, məsafədən idarə olunan gəmilər də hazırlanır. Bu cür gəmilər yaxın gələcəkdə yükləri insanların göyərtədə iştirakı olmadan çatdıracaqlar.
Boruda səyahət
İlon Maskın Hyperloop sisteminin yaradılması ilə bağlı ideyası artıq fantaziya hesab olunmur. Dünyanın müxtəif ölkələrindən olan investorlar obyektləri təyyarələrdən tez nəql edə biləcək borulu maşınların infrastrukturunu qurmağa çalışır. ABŞ-ın SpaceX şirkətinin qurucusu vəd verir ki, Hyperloop avtomobili saatda 1100 kilometrədək sürət yığa biləcək. Eni 1,35 metr olan boruda daşınan insanlar və yüklər 600 kilometr məsafəni cəmi 30 dəqiqə ərzində qət edə biləcəklər.
Əlavə doldurma olmadan
Yola qurulan dəmir yolu və avtomobillərin idarə edilərkən enerji ilə doldurulması artıq tətbiq edilir. Və bu, Ayzek Azimovun kitabından nümunə deyil. Belə stansiyaları artıq indi Norveçdə tapmaq mümkündür. Elektrikləşdirilən yol həm avtomobilləri, həm də yük maşınlarını avtomatik olaraq hərəkətə gətirmək iqtidarındadır. Bu innovativ metod şübhəsiz ki, bütün dünyada yayılır, çünki o, bir çox ekoloji məsələləri həll edir.
Yanacaq doldurma məntəqələrini unudun
Elektromobillər yəqin ki, 2027-ci ilədək daha sürücü “statusu”nun əlaməti hesab edilməyəcək. Bu cür nəqliyyat vasitələri və onların doldurma infrastrukturu gündəlik həyatımızın bir hissəsinə çevriləcək. Vitali Yeryomenko əlavə edir:
“Ətraf mühitin qorunması məsələləri ilə bağlı artan narahatçılıqlar, ekoşəhərlərin inkişafı elektromobillərin populyarlaşmasına xidmət edəcək. Tələbatı qarşılamaq üçün təklif artanda, rəqabət isə qiymətin azalmasını stimullaşdıranda elektromobillər böyük əksər insan üçün hər gün ən yaxşı variant olacaq”.