Nəqliyyat-logistika sahəsi sağlam həyat tərzinin ümumi tendensiyasına əməl edərək geri qalmamaq və öz formasının qayğısına qalmaq qərarına gəlib. AsstrA-Associated Traffic AG şirkətlər qrupunun Lean Manager& Data Protection Officer-i Maçey Tıburçu deyir ki, logistika müəssisəsi üçün əlavə kiloqramları atmaq effektiv olardı.
Maçey, “Lean Management” qənaətcil logistika konsepsiyası deyəndə nə nəzərdə tutulur?
Bu, müəssisəni qəbul olunmuş strategiyaya və bütün əməkdaşların tələbatlarına uyğun səmərəli inkişaf etdirməyə kömək edən mədəniyyət və fəlsəfədir.
“Lean Management” Müştərilərin məmnunluğunu artırmağa kömək edir. Üstəlik, onun köməkliyi ilə şirkətdə ən çətin prosesləri təkmilləşdirmək mümkündür. “Qənaətcil idarəetmə” konsepsiyası vəzifələri hərtərəfli nəzərdən keçirməyi və heç nəyi gözdən qaçırmamaq üçün məsələlərə müxtəlif nəzər nöqtələrindən baxmağı öyrədir.
Logistika sahəsinə “qənaətcil” həllər lazımdırmı?
Əlbəttə. Hər şeydən əvvəl “Lean Management” ən az çəkilən xərclər zamanı daha böyük işə nail olmaq üçün nəqliyyat-logistika sahəsinə məhdud resurslardan səmərəli istifadə etməyə imkan verir.
Məsələn, anbarlarda boş yerlər məhduddur, buna görə də orada hər şeyin yerləşməsi üçün siz malları düzgün idarə etməlisiniz. Konteyner və ya yük maşınında optimal sayda yükün yerləşməsi üçün yükləmə prosesini düzgün idarə etmək lazımdır. Nəqliyyat sənədləri həmişə vaxtında hazırlanmalıdır: bununla əlaqədar ödənişlə bağlı prosesləri nəzərə almaq lazımdır. Bu, şirkətlərin sahəmizdə həll etməli olduğu məsələlərdən yalnız bir neçəsidir. “Lean Management” konsepsiyası bu məsələləri optimallaşdırmağa imkan verir.
Lean -Menecerin reseptinə əsasən, “möcüzəvi pəhriz” necə görünür?
Bizim logistika şirkətinin lazımsız bir neçə kiloqramı itirməsi və “Lean” olması üçün bir neçə qaydaya sadiq qalmalıyıq. Bu qaydalar sadədir: təkrar saymaq, təhlil etmək, eləcə də Müştərinin gözləntilərini qarşılamaq və şirkətimizin inkişafını dəstəkləmək üçün vaxt və müddət üzrə prosesləri optimallaşdırmaq.
Logistika sahəsi Lean-Menecer üçün sadə fəaliyyət növüdür?
Sənayenin digər seqmentləri kimi logistika sahəsinin də öz xüsusiyyətləri və mürəkkəb prosesləri var. Bu ona gətirib çıxarır ki, mürəkkəb, qabaqcıl və bəzən gözlənilməz əməliyyatların optimallaşdırılması Lean-Menecer üçün ciddi vəzifədir. Burada bir sıra amilləri, o cümlədən dəyişkənliyi (hər bir sahədə yaranan), insan amilini, məhdud resursları və sahibkarlarla prosesin digər iştirakçılarının gözləntilərini nəzərə almaq lazımdır.
Maraqlıdır ki, nəqliyyat-logistika sahəsində prosesin özünü görmək bəzən çətindir, çünki o, kompüterlərdə və ya əməkdaşların beynində cərəyan edir. Buna görə də burada hər şey məsələn, istehsalat zavodları ilə müqayisədə tamamilə fərqlidir. Əlbəttə ki, bu, proseslərin təhlilini çətinləşdirir.
Lean-Menecer öz işini proseslə bağlı konkret məlumatlar və faktlara əsaslandırmalıdır. Digər tərəfdən, əməliyyatlar, xüsusən adi gözlə görünməyən əməliyyatlar vizuallaşdırlmalıdır. Yalnız bundan sonra kompleks təhlilə başlamaq olar. “Qənaətcil” həllərdə ehtimallara və gümanlara yer yoxdur: yalnız dəqiq faktlar prosesi idarə edir.
Zəhmət olmasa, nəqliyyat biznesində “qənaətcil” həllərin istifadəsinə dair nümunələri sadalayın?
Bu cür bir çox nümunə var. Lakin gəlin diqqəti bir neçəsinə ayıraq.
Birincisi, bu, VOC (ing. Voice of Customer, istehlakçının səsi) texnikasıdır. O, Müştərinin səsinin fəal eşidilməsinə, nəticələrin proqnozlaşdırılmasına və yekunda Sifarişçinin tələbatlarının reallaşdırılmasına əsas yer verir.
İkincisi, SOP-dur (ing. Standard Operating Procedure, standart iş proseduru). Proseslərin reallaşdırılmasının bu cür standart prosedurları əməliyyatları sürətləndirir və xidmətin yüksək keyfiyyətinə zəmanət verir.
CRM (ing. Customer Relationship Management, müştərilərlə qarşılıqlı münasibətlərin idarəetmə sistemi) konsepsiyasını qeyd etməyə dəyər. O özünü Müştərilər və tərəfdaş şirkətlərlə qarşılıqlı münasibətlərin idarə edilməsində büruzə verir.
JIT (ing. Just In Time, vaxtda dəqiqlik) prinsipi də yaxşı alətdir. “Lean Management” konsepsiyasının bu yanaşması ondan xəbər verir ki, proseslər və onların məhsulları dəqiq vaxtında həyata keçirilir. Biz sənədləri yalnız lazım olanda hazırlayırıq. Bu işi əvvəlcə yerinə yetirməyə dəyməz, çünki nəysə dəyişə bilər və o zaman sənədləri yenidən hazırlamaq lazım gələcək. Sənədlər paketini daha sonra formalaşdırmaq da tövsiyə olunmur, çünki bu, Müştəriylə işin keyfiyyətinə mənfi təsir göstərir.
Daha bir yanaşma da mövcuddur – Muda [red. yapon sözüdür, nə isə faydasız, lazımsız mənasını verir]. Bu yanaşma şirkətin təqdim etdiyi məhsulun və ya xidmətlərin dəyərini artırmayan fəaliyyət proseslərində itkilərin aradan qaldırılmasını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, bütün bu konsepsiyalar prosesin ardıcıl yaxşılaşdırılması və problemlərin konstruktiv həlləri (ing. Problem Solving, vəzifələrin həlli) ilə müşayiət olunmalıdır.
Bu gün “Lean Management”, bəs sabah nə olacaq?
Bir şey aydındır: “sabahkı” Lean Management Robotic Process Automation (RPA) olan növbəti mərhələyə keçəcək. Daha əvvəl “Lean” alətindən istifadə edilməklə artıq optimallaşdırılmış proseslərin avtomatlaşdırılması belə adlanır. Axı, əvvəlcə proses standartlaşdırılmalıdır və yalnız sonra onu avtomatlaşdırmağı sınamaq olar. Bütün əməliyatları avtomatlaşdırmaq mümkün deyil. Bu, xüsusən də məsələn, Müştəri ilə birbaşa təmasa əsaslanmış proseslərə aiddir. Robotic Process Automation ilk növbədə avtomat qurğuların kompüter proqramları (məsələn, informasiya axını prosesləri) və ya fiziki robotlar (məsələn, anbarlardakı proseslər) qismində yerinə yetirə bildiyi təkrarlanan standart proseslərinə aiddir.
Qeyd etmək lazımdır ki, RPA “Lean” konsepsiyasını dəyişməyəcək, yalnız proseslərin optimallaşdırılması üçün imkanları və alətləri genişləndirəcək. Onu da unutmaq olmaz ki, yalnız daha əvvəl qaydaya salınmış, eləcə də standartlaşdırılmış və təkrarlanan prosesi olan əməliyyatarı avtomatlaşdırmaq olar. Buna görə də bütün proseslər bir-birilə bağlıdr və növbəti mərhələyə uğurla keçmək üçün əvvəlkini savadlı şəkildə başa çatdırmaq lazımdır.