Hazırda Türkmənistan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Ölkə iqtisadiyyatına təqribən 50 milyard ABŞ dolları qoyulur, bu da müxtəlif sahələrin təkamülünə müsbət təsir göstərir. Türkmənistanda dəyəri 42 milyard ABŞ dollarından artıq olan təxminən 1700 iri obyekt tikilir. Ölkə iqtisadiyyatında investisiyaların payı ÜDM-nin 32%-dən çoxunu təşkil edir (cari ilin I rübünün yekunları üzrə).
Həyata keçirilən ən vacib investisiya layihələrindən biri “Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan” (TAPİ) qaz kəmərinin çəkilməsidir. 2018-ci ilin fevralında onun Əfqanıstandakı hissəsinin tikintisinə başlanılıb. Bundan başqa, Türkmənbaşı dəniz limanının inşası başa çatıb, polietilen və polipropilen istehsalı üzrə qaz-kimya kompleksinin tikintisi sona yaxınlaşıb, “Qalkınış” qaz yatağının və başqa vacib infrastruktur layihələrinin istismara hazırlığı başa çatıb.
Bütün bunlar logistika sahəsinin inkişafı üçün böyük perspektivlər yaradır və Türkmənistanı dəniz transxəzər daşımalarının strateji mərkəzinə çevirir.
Buna görə təəccüblü deyil ki, Xəzərdə bu yaxınlarda ən böyük dəniz limanının tikildiyi şəhər nəqliyyat-logistika üzrə fikir mübadiləsi üçün meydançaya çevrilib. 2018-ci il oktyabrın 1-dən 3-dək HEAVY TURKMENISTAN 2018 konfransı keçirilib. Konfransda ağırçəkili və layihə yüklərinin müstəqil və neytral Türkmənistana çatdırıması məsələləri müzakirə olunub. Konfrans AsstrA-Associated Traffic AG beynəlxalq nəqliyyat-logistika qrupunun ekspertləri üçün ölkəyə səfər etmək və yeni Türkmənbaşı limanının infrastrukturu ilə tanış olmaq üçün unikal imkan oldu.
AsstrA şirkətlər qrupunun ədədi yüklərin daşınması şöbəsinin rəhbəri Oleq Sısolyatin regiondakı irihəcmli investisiyadan danışır:
“Layihə ilə bağlı yaranan ilk təəssürat miqyas və müasirlikdir. Liman yenidir və qarşıya qoyulmuş iddialı planların reallaşdırılması üçün tam hazırdır. Maye və tökmə (aşırma) yüklərə kompleks xidmət göstərmək məqsədi ilə terminal tikilib. Terminalda vaqonların boşaldılması və gəmilərin yüklənməsi üzrə konveyer sistemi var. İndiki məqamda son sazlama işləri gedir və yaxın vaxtlarda terminal istismara veriləcək. Bu dünya əhəmiyyətli uğurlu layihə nəqliyyat sahəsinin iştirakçıları üçün yeni logistik perspektivlər açacaq, regionun nəqliyyat infrastrukturunu yaxşılaşdıracaq və bunun nəticəsi olaraq Türkmənistanın beynəlxalq münasibətlərini möhkəmləndirəcək. Buna şübhə yoxdur”.
AsstrA Fertilizers Logistics şöbəsinin rəhbəri Svetlana Palkina tədbirlər bağlı öz şərhlərini bölüşür:
“HEAVY TURKMENISTAN 2018-də ölkənin dövlət strukturlarının və dövlət şirkətlərinin nümayəndələri çıxış ediblər. Son bir neçə il ərzində burada işə salınan iri infrastruktur və sənaye obyektləri Türkmənistandan gübrələrin və kimya sənayesinin məhsullarının ixracının xeyli artması üçün əla baza ola bilər.
Konfrans tərəfdaşlar və şirkətlərlə bir çox işgüzar görüşləri keçirmək imkanı verib. Onları bu unikal regionda logistika üçün cəlb etmək olar. Biz Türkmənbaşı dəniz limanı administrasiyasının nümayəndələri ilə görüşə, limanın infrastrukturu və onun texniki imkanları ilə tanış ola bildik.
Gördüyümüzdən təsirləndik: hər şeydən əvvəl limanın müasir infrastrukturu, avadanlığı və ədədi yüklərin boşaldılıb yüklənməsi üçün imkanlar. AsstrA şirkəti gübrələrin – karbamid və kükürdün boşaldıb yüklənməsi üzrə optimal baza kimi Türkmənbaşı dəniz limanında maraq kəsb edir.
AsstrA Fertilizers Logistics şöbəsinin artıq Türkmənistanla ilk iş təcrübəsi var – kükürdün daşınması üzrə layihə. Səfər zamanı “bizim” kükürdün olduğu vaqonları görmək imkanı oldu – o, yeri gəlmişkən limanda bərə gözləyirdi.
Biz Türkmənistana səfər etmək və hər şeyi öz gözlərimizlə görmək imkanına görə konfrans təşkilatçılarına təşəkkür edirik. Zərbi-məsəldə əbəs yerə deyilmir: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.