“Romadasansa, romalılar kimi davran” zərbi-məsəli təkcə İtaliya üçün deyil, həm də səyahətçilər üçün də doğrudur. Bazarın ənənələrini başa düşmək və onlardan öz fəaliyyətində istifadə etmək uğurlu biznesin qızıl qaydalarından biridir. Burada söhbət xüsusən bir neçə qitədə eyni zamanda işləyən beynəlxalq şirkətlərdən gedir.
ABŞ avropalı menecerlər üçün sanki çoxdan “terra incognita” deyil: yüzlərlə kitab və mərhələli vəsaitlər buraxılıb, Yeni Torpaqda biznesə başlanılması üzrə mütəmadi seminarlar keçirilir. Buna baxmayaraq, hər bir sahənin özünəxass xüsusiyyəti və öz “life hacking”i olur.
AsstrA USA şöbəsinin rəhbəri Vladislav Laqun logistika biznesinin ABŞ-ın biznes arenasına çıxmasının və böyük almadan öz kiçik payını qopartmağın yolları barədə danışır:
Vladislav, AsstrA USA şöbəsinin yaradılmasına təkan verən nə oldu?
Şöbənin yaradılmasında və ümumiyyətlə biznesin inkişafında əsas təkan AsstrA-nın nəqliyyat-logistika şirkətlərinin beynəlxalq arenasında lider olmaq cəhdi olub və olacaq. 2015-ci ildə AsstrA-da yeni Trade Lane Management (TLM) konsepsiyası tətbiq edilib. TLM-nin mahiyyəti ondan ibarətdir ki, daşıma istiqamətlərinin əksəriyyətində (TL-Trade Lanes) bir neçə alternativ marşrut var, həmin marşrutlar üzrə müxtəlif nəqliyyat növləri ilə nəqli həyata keçirmək mümkündür. AsstrA komandası Müştərinin özünə münasib variant seçməsi üçün dəqiq deyil, kompleks TLM həllər təklif etmək qərarına gəlib.
TLM konsepsiyası uzaq məsafəyə daşımalarla bağlı marşrutlara himayədarlıq edir, buna görə də Çin-Aİ/MDB-Çin və ABŞ-Aİ/MDB-ABŞ dəhlizləri inkişaf üçün prioritet ticarət istiqamətləri kimi seçilib. Bununla da AsstrA USA şöbəsinin açılışı ümumilikdə şirkətin məntiqi siyasətinin davamıdır. İxtisaslaşdırılmış şöbə rəqabət üstünlüyü, müştəriyə meyillimizin markeridir. Biz onun köməkliyilə yeni Müştərilər cəlb edirik və mövcud Müştərilərlə əməkdaşlığı genişləndiririk.
İkinci təkan obyektiv göstəricilər oldu: 2017-ci ildə şöbə açılmazdan qabaq AsstrA ABŞ-la bağlı ticarət isiqamətlərində 3 400 ton yük daşıyıb. Nəzərə alsaq ki, 2016-cı ildə ABŞ-a və əks istiqamətdə bütün ticarət axını 37 000 kiloton təşkil edib, o zaman aydın oldu ki, AsstrA-nın bu nəqliyyat dəhlizində artımı üçün daha böyük potensialı var və bu artımın dəstəklənməsi üçün ayrıca komanda lazımdır.
Başlanğıcda hansı çətinliklərlə üzləşdiniz?
Avropa-ABŞ-Avropa dəhlizində nəqliyyat bazarı yaxşı inkişaf edib, buna görə də bu istiqamətdə yenicə daşımalara başlayan logistika üçün əsas çətinlik güclü rəqabətdir. Sərt mübarizədə davam gətirmək üçün güclü və ya özünəməxsus rəqabət üstünlükləri tələb olunur.
Amerika ekspedisiyalarının yeni tərəfdaşlara qarşı münasibəti bizim üçün gözlənilməz problem oldu. İlk təmasların böyük əksəri heç nəyə gətirib çıxarmadı, çünki Amerika tərəfindən əməkdaşlığa qarşılıqlı maraq olmayıb, bizim sorğularımıza isə çox vaxt məhəl qoyulmurdu. Həmçinin, bir çox Amerika ekspedisiyalarında qərarların əksəri mərkəzləşdirilmiş qaydada qəbul olunur, bu səbəbdən bizim əlaqələndiric şəxslər sualların bir hissəsinə özləri cavab verə bilməyiblər və onların həllini rəhbərliklə razılaşdırma bəhanəsi ilə başqa vaxta keçirirdilər.
Etibarlı agentlərin axtarışı çoxlu səbrin tələb olunduğu, lakin uzunmüddətli uğurla bitən proses oldu. Beləliklə, ilkin mərhələdə etibarlı tərəfdaşların axtarış və seçiminə daha çox vaxt və diqqət ayırmağı məsləhət görürəm, bu, məhz heç vaxt peşman olmadığımız güc sərmayəsidir.
KİV-də tez-tez müzakirə olunan sanksiyaların effekti məsələsi isə sual altındadır. Beynəlxalq ticarət üzrə məlumatların təhlili ilə məşğul olan “Panjiva” şirkətinin məlumatlarını təhlil etsək görərik ki, 2018-cı ilin ikinci rübündə ABŞ və Avropa arasında daşımaların tonnajı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 8% artıb, iyun-iyul aylarında isə (bir neçə kateqoriyalı mala qarşılıqlı tarif tətbiq edildikdən sonra) artım 6,5 % təşkil edib. Fikrimcə, sanksiyalar KİV-də tirajlandığı kimi ticarətə o cür təsir göstərmir. Ölkələrin ÜDM-i və ya istehlak xərcləri kimi iqtisadi göstəriciləri həlledici faktor olub və belə də qalacaq.
Hansı daşıma sxemləri qiymət və müddət baxımından daha münasibdir?
Həm dəniz, həm də aviadaşımalarda həmişə 3 tərkib hissə olur: malın götürülməsi (pre-carriage)/daşımanın dəniz və ya hava mərhələsi (main carriage), yükün daşınması (on-carriage). Sxemin seçilməsi bir tərəfdən marşrutdan asılıdır. Qiymət və tranzit müddəti yükləmənin həyata keçirildiyi və hərəkət boyunda yerləşən regiondakı nəqliyyat infrastukturla və daşıyıcılarla güclü bağlıdır. Digər tərəfdən, yükləmənin növü, müddət, malın yüklənməsi kimi konkret şərtlər daşımanın yekun sxemini müəyyənləşdirir.
Çox vaxt mal baha olmayanda onun götürülməsi və dəniz konteyneri ilə göndərilməsi münasib variantdır. Bu zaman göndərmə limanına nəql konteyner daşıyan gəminin (qısa məsafələrə) və ya dəmiryol platformasının (hərəkət marşrutu üzrə infrastruktur imkan verirsə uzaq məsafələrə) köməkliyi ilə həyata keçirilə bilər.
Dəniz daşımalarının hansı gizli maneələri barədə bilmək lazımdır?
Birincisi, Amerika bazarının öz xüsusiyyəti var: dəniz xətləri tarifləri yükü göndərənin qapısından həvəslə vermirlər. İkincisi, sanksiyalarla bağlı vəziyyəti izləmək vacibdir. Bir qayda olaraq, Müştərilərin özləri mallarının vəya tərəfdaşının sanksiya siyahısına düşüb-düşmədiyini özləri yoxlayırlar. Lakin hətta sanksiya malının olduğu bir koneyner belə, Müştəri üçün ciddi itkiyə səbəb ola bilər. Həmçinin sürücü və konteyner daşıyan gəmilərin çatışmazlığı problemi mövcuddur, buna görə konteynerlər limandan çıxmq üçün öz növbəsini uzun müddət gözləyə bilər.
AsstrA Amerikada özü üçün hansı qısamüddətli hədəfləri qarşısına qoyub?
Məqsədimiz 2020-ci ilədək ABŞ-la bağlı istiqamətlərdə 6,6 milyon avro həcmində dövriyyəyə çatmaqdır. Bu, real plandır, diqqəti ayrıca ticarət xətlərinə ayırmaqla, dəniz və aviaxətlərlə əlaqələrin inkişafı, alış qabiliyyətlərinin artması üçün agentlərlə strateji tərəfdaşlıq sayəsində buna nail olmaq mümkündür
Zəhmət olmasa, rastlaşdığınız maraqlı keyslər barədə danışın
İlin əvvəlində maraqlı hadisə baş vermişdi. Həmin vaxt kosmetikanı Müştərimiz üçün Avropaya aparmışdıq. Çatdırılma üçün artıq əvvəlcə sərt müddət təyin edilmişdi, çünki yük kolleksiyanın bir hissəsi olub. Təəssüf ki, konteynerin yüklənməsi gəmilərdə yerlərin kəskin çatışmadığı bir dövrlə üst-üstə düşdü. Heç bir xətt heç bir qiymətə gəmidə yer verməyə razı olmurdu. Onları bir neçə aydan əvvəl konteyner reysində yer bronlaşdıran şirkətlər alırdılar.
Şöbənin mütəxəssisləri vaxt itirmirdilər və boş yer axtarırdılar, paralel olaraq Müştəri ilə təyyarəylə alternativ çatdırma sxemini müzakirə edirdilər. Konteynerlə daşıma bizə yükü vaxtında çatdırmağa imkan verməyəcəyi aydın olduqdan sonra iki gün ərzində aviadaşımanı və 10 ton kosmetikanın markalanmasını təşkil etdik. Bu sübut edir ki, başlanğıcda qeyd etdiyim müştəriyə yönümlülük və fərdi səylər sayəsində əla nəticə alınır. Çatdırılma vaxtında təşkil edildi və vəziyyətin operativ həlli Müştəri ilə münasibətlərin gələcək inkişafının təminatı oldu. Zövqə uyğun logistika!