Türkiyə Şərq və Qərb ölkələri arasında həyata keçirilən yük daşımalarında strateji rol oynayır. Əlverişli coğrafi mövqeyi və mütəmadi tranzit axını sayəsində Türkiyənin logistika sektou bu yaxınlaradək ölkənin ən sürətlə inkişaf edən sahələrindən biriydi: orta illik artım tempi 20 faiz təşkil edirdi. Bundan başqa, Türkiyə 2016-cı ilin yekunları üzrə dünya ixracatçıları və idxalçılarının ilk 30-luğuna daxil olub. Bütün bu amillər daha çox avropalı investoru ölkəyə cəlb edirdi. 2018-ci ilin avqustunda vəziyyət kəskin dəyişdi, belə ki, həmin vaxt ABŞ Ankaraya qarşı sanksiya tətbiq etdi.
Biz AsstrA-nın İstanbuldakı idarəsinin müdiri Yelena Firsovadan logistika biznesinin Türkiyəyə xass cəhətləri və hazırda Türkiyə logistikası ilə nə baş verdiyi barədə danışmağı xahiş etdik..
- Yelena, Türkiyə bölməsinin mövcud olduğu dövr ərzində Türkiyə logistikasının xüsusiyyətlərini başa düşmək və bunun sayəsində yeni ideyaları AsstrA-nın fəaliyyətində tətbiq etmək mümkün oldumu?
- Türkiyədə biznesin fərqləndirici cəhətləri şəffaflıq, qanunilik və aşkarlıqdır. Əgər siz öz yerinizi tapmısınızsa, xidmətləri lazımi səviyyədə göstərirsinizsə və qanunvericiliyə əməl edirsinizsə, istənilən halda gəlir əldə edəcəksiniz. Türkiyədə bürokratizm olmadığını nəzərə alsaq, ölkədə bizneslə məşğul olmaq asandır: burada lazımi lisenziyanı və ya sertifikatı tez almaq mümkündür. Avropa şirkətləri üçün bu ölkədə biznesə başlamağın əsas üstünlüklərindən biri odur ki, xarici vətəndaşların hüquqları rezidentlərlə eynidir.
Türkiyədə B2B sahəsinə gəlincə, təcrübəli menecerlər bilirlər: əgər ilkin mərhələdə türkiyəli Tərəfdaşlarla hansısa razılaşma əldə etmək heç bir problem təşkil etmirsə, onlar bu razılaşmalara özünəməxsus sadiq qalırlar. Əgər sizin türkiyəli həmkarınız “bu gün” deyirsə, bu, “ola bilsin sabah” anlamına gəlir. Buna görə də danışıqlardan sonra və daha yaxşısı danışıqlar zamanı bütün razılaşmaları yazılı şəkildə təsbit etmək və əməkdaşlığın dəqiq şərtlərini yazmaq lazımdır.
Türkiyə biznesinin mədəni hissəsi emosional yanaşmadan ibarətdir. “Hər saniyə qiymətlidir” və ya “bu, sadəcə biznesdir” sözləri Türkiyədə keçərli deyil. Sizin bu bazardakı nəticələriniz tamamilə netvörkinqdən asılı olacaq. Türklər yalnız tanıdıqları, hörmət etdikəri və etibar edə biləcəkləri şəxslərlə iş görməyə üstünlük verirlər. Bu yanaşmada böyük müsbət cəhət var: türkiyəli Tərəfdaşlar və Müştərilər tələsik mənfəət qazanmağa deyil, uzunmüddətli əməkdaşlığa meyl edirlər.
Türkiyədə bizneslə bütün Şərq dünyasının qaydalarına uyğun məşğul olurlar- tələsmədən və ətraflı. Burada vaxt Qərbdə olduğu kimi birinci dərəcəli resurs deyil, insani münasibətlər daha böyük əhəmiyyət kəsb edir. İşgüzar söhbət ancaq əslində Tərəfdaşa qarşı diqqətsizlik və hörmətsizlik kimi qəbul edilir. Türkiyədə hesablaşmaların sürətli aparılmasında Avropa şirkətlərinə xass olmayan özünəməxsus xüsusiyyət var: daşıyıcılar bu bazarda ödənişi tez, yaxud qabaqcadan ödənişi nağd şəkildə tələb edirlər.
Türkiyə hökuməti yeni qanunları və müddəaları fəal şəkildə tətbiq edir, bütün bunlar iqtisadi modeli və qanunvericilik mexanizmini Avropa qanunlarına uyğunlaşdırmalıdır. Normativ sənədlərə yeniliklər praktiki olaraq hər gün daxil edilr və bu bizi bütün dəyişiklikləri diqqətlə izləməyə vadar edir. Lakin qanunvericilik səviyyəsində qəbuldan hər yerdə və xalq arasında qəbuladək müəyyən vaxt keçməlidir.
– - ABŞ-ın sanksiyaları AsstrA-nın Türkiyədəki biznesinə necə təsir göstərib?
- Türk lirəsi ilin əvvəlindən təqribən iki dəfə ucuzlaşdı, inflyasiya 15 faiz artdı və hələ də artmağa davam edir. Türkiyənin bir çox şirkəti hazırda defolt həddindədir, axı lirənin dəyərsizləşməsi valyuta borclarına xdmət göstərməyi çətinləşdirir. Bütün bunlar təkcə ABŞ-ın sanksiyalarının (alüminium və polad idxalına görə rüsumların artırılması) deyil, həm də kredit bumu səbəbindən iqtisadiyyatın bərk qızmasının nəticəsidir.
Lirənin zəifləməsi o deməkdir ki, idxal getdikcə daha bahalı olur – bu, ilk növbədə avtomobil, məişət texnikası, xammal kimi mal qruplarına aiddir. Qiymətin artması ilə əlaqədar Türkiyənin idxalı xeyli azalıb, bu, dərhal ixrac yüklərinin nəqlinin dəyərinə təsir edib. İxrac istiqamətləri üzrə fraxtların səviyyəsi əhəmiyyətli dərəcədə artıb.
Hazırda təkcə yükdaşımaların logistika bazarı deyil, bütün Türkiyə biznesi hadisələrin gələcək inkişafını gözləyir. Türkiyə Mərkəzi Bankı bir sıra qarşıalma normativ tədbirlər görüb – o cümlədən, ehtiyat tələblərdən istifadə etmək hesabına. Lakin bu, müvəqqəti qərardır.